Qadin.NET / Qadınların bilməsi lazım olan 22 qayda!

Qadınların bilməsi lazım olan 22 qayda!

Qadınların bilməsi lazım olan 22 qayda!

1. Unutmayın siz hər şeydən dəyərlisiniz. İş xanımı və ya evdar xanım olsanız belə, məşhur və ya sadə bir xanım olsanız belə, hətta "o" kişi sizi istəməsə belə siz siz olduğunuz üçün çox dəyərlisiniz.

2. Qadın olmağın verdiyi zövqü dərindən yaşamalısınız. Bir az xeyirxahlıq, bir az cazibədarlıq, bir az ağıl və altıncı hiss...siz möhtəşəmsiniz! Xoşbəxtlik sizin içinizdədir.

3. Bir az kilonuz artıqdırsa, saçlarınız reklamlardakı xanımların saçları kimi uzun və parlaq deyilsə bu o demək deyil ki, siz başqalarından əskiksiniz.

4. Özgüvən sizin ən böyük silahınızdır.

5. Əslində bu hamımızda adətdir. Lakin alınmayan bir işi 50 dəfə danışıb, alınmadığı üçün kədərlənməyə gərək yoxdur. Üzərindən bir xətt çəkib yeni işləri düşünməlisiniz. 

6. İndiyə qədər edə bilmədiklərini düşünüb özünüzü bədbəxt hiss etməməlisiniz. Etmədiklərinizi bir siyahı kimi yazıb bundan sonra etmək istədiklərinizin arxasından getməlisiniz.

7. Uzaqlarda axtarmayın: Ən böyük xoşbəxtlik sizin öz içinizdədir.

8. Ona qarşı olan sevginiz nə qədər dərin və güclü olursa olsun özünüzə olan hörməti itirməməlisiniz. Bəs hörmət nə zaman itir? Onun sizi təhqir edib alçaltdığı zaman.

9. Siz nə zamana qədər özünüzə hörmət edəcəksiniz ətrafınızdakılar da sizə o zamana qədər hörmət edəcək. Hər kəsə sevgilim deməyin.

10. Evdə oturub dərdinizə yas saxlamayın. Talehim niyə belə oldu deyə düşünüməyin. Talehiniz öz əlinizdədir bunu unutmayın!

Qadınların bilməsi lazım olan 22 qayda!

11. Keçmiş həyat yoldaşınız və ya sevgiliniz, adı üstündə keçmişdir. İndi gələcəyi və daha xoşbəxt olmağı düşünün.

12. Əvvəlkindən daha çox sevəcək- seviləcəksiniz, əvvəlkindən daha çox xoşbəxt olacaqsınız. 

13. "Niyyətin hara mənzilin ora"deyiblər. Ona görə özünüzdən senarilər yazmayın!

14. Sevdiyinizi pak, dərin məhəbbətlə sevməli, onu heç nəyə dəyişməməlisiniz. Lakin kimisə çox sevmək özünü ayaqlar altına atmaq demək deyildir! "Bu qadın sevərək də gedə bilər" deyilməlidir sizin üçün. Hər zaman yüksəklərdə olun!

Qadınların bilməsi lazım olan 22 qayda!

15. Hər şeyiniz zövqlü olsun ruhunuz, geyiminiz, yerişiniz, dostluğunuz... Qadınlıq zövqlü və qüsursuz olmaq deməkdir!

16. Başqa qadınları qısqanmaqdan vaz keçin. Hər qadın siz ola bilməz, siz də o qadınlar kimi ola bilməzsiniz. 

17. Rəfiqələrinizi seçin. Tək dar gününüzdə yanınızda olan rəfiqələrinzə deyil, xoşbəxt anlarınızda yanınızda olan, uğurlarınıza sevinə bilən rəfiqələrinizə qiymət verin.

18. Kişilər uşaqdır vəssəlam! Yeri gələn onların qayğısına qalmalı, yeri gələndə uşaq kimi cəzalandırmalı, tərbiyə etməli, sevməlisiniz.

19. Sizi tərk edənin arxasınca göz yaşı tökməyəcəksiniz. 

20. Sevginin, sədaqətin qədrini bilməyən kişinin arxasınca ağlamağa lüzum yoxdur. 

21. Siz hər kişinin xoşbəxtliyi, yaşama səbəbisiniz. Bunu bilməlisiniz. Səbirli olmaq da gözəldir. Lakin hər zaman deyil.

22. Düşünməyin ki, sizin üçün artıq gecdir. Bütün qapılar üzünüzə hər zaman açıqdr. Təki siz istəyin. Unutmayın siz çox dəyərlisiniz, sizdən yoxdur!

18 sentyabr 2015
GO BACK