Qadin.NET / Beyin haqqında miflər(3)

Beyin haqqında miflər(3)

 

Beyin haqqında miflər(3)

 

Subliminal mesajlar yoluyla öyrənə bilərsiniz

Hökumətin, böyük şirkətlərin ya da medianın bizə həqiqətən nə söyləməyə çalışdığıyla bağlı Subliminal mesajların istifadə edilməsi anlayışı şübhə doğurur. Subliminal (şüurlu qəbul etmənin У™ksi demək olan şüuraltı mənasındadır) bir mesaj şüuraltımıza işləyərək davranışımıza təsir edУ™cУ™k görünüşlər və səslər ehtiva edən mesaj deməkdir. Bu ibarУ™ni ilk istifadə edən bir satış araşdırmaçısı olan James Vicary olmuşdur. Vicary 1957-ci ildə, Nyu Cersidə göstərilən bir filmin içinə mesajlar yerləşdirdiyini ifadə etdi. Bu mesajlar saniyənin 3000-də 1-də göstərilir və filmi izləyənlərin Coca Cola içib popkorn yeməsini söyləyirdilər.

Vicary-У™ görə kino salonunda kola satışları 18%, popkorn satışları isə 57% artmışdı, yəni Subliminal mesajlar işə yarayırdı. 1950-ci illərin sonunda və 1970-ci illərin başında nəşr olunan kitablar da Vicarynin istehlakçıları öz məhsullarını almaq üçün razı etməsinə yarayan texnikalarının necə istifadə edilə biləcəyindУ™n bəhs edirdi. Bəzi radio və televiziya reklamlarında Subliminal mesajlar istifadə edildi, lakin bir çox kanal və professional firma bunları qadağan etdi. 1974-cü ildə isə FCC (Federal Communications Commission-Federal Əlaqə Komissiyası) Subliminal reklamçılığı qadağan etdi.

Yaxşı mesajlar işə yaradımı? Vicarynin bu işin tapıntıları haqqında yalan söylədiyi sonradan ortaya çıxdı. Təqib edən araşdırmalara görə bu mesajların, məsələn bir Kanada televiziya kanalında program zamanı yerləşdirilən "Dərhal ZУ™ng Edin" mesajının tamaşaçılar üzərində heç bir təsiri olmadığı ortaya çıxdı. 1990-lardakı məşhur Judas Priest iddiasında intihar edən iki gəncin ailələri gənclərə bunu bir mahnının etdirdiyini söyləmişdilər, ancaq mУ™hkУ™mУ™ hakimin bununla əlaqədar heç bir elmi dəlil olmadığını söyləməsiylə nəticələndi. Bununla yanaşı bəzi insanlar hələ də musiqidə və reklamlarda gizli mesajlar gizlУ™ndiyini iddia etməkdədir.

Yəni, yatarkən dinlədiyiniz özünə-yardım kasetlərinin sizə yəqin ki, bir zərəri olmaz, ancaq sizin siqareti atmanıza köməkçi olmadıqları da deyilə bilər.

İnsan və digər heyvanların beyinlərinin ölçüsünün bir əhəmiyyəti vardırmı? Cavabı tapmaq üçün sonrakı mifimizУ™ baxaq.

 

Beyin haqqında miflər(3)

 

 

İnsan beyni У™n böyük beyindir.

Bir çox heyvan beyinlərini insanların da edə biləcəkləri şeylər üçün istifadə edə bilər, məsələn problem həll etmək üçün yaradıcı yollar tapmaq, mənlik fУ™rqliliyi sərgiləmək, digərlərinə qarşı empati göstərmək və necə alət istifadə etmУ™yi öyrənmək kimi. Bununla birlikdə elm insanları bir insanı nəyin ağıllı etdiyini göstərəcək sabit bir göstУ™rici tapmamışlarsa da, ümumiyyətlə insanın yer üzündəki ən ağıllı varlıq olduğu üzərində həmfikirdirlər. Bizim "daha böyüyün daha yaxşı olduğu" inancına sahib cəmiyyətimiz dУ™ buradan yola çıxaraq insanın bütün heyvanlar arasında ən böyük beynə sahib olduğunu nəzərdə tuta bilər, çünki biz ən ağllıyıq. Amma əslində vəziyyət tam olaraq belə deyil.

Orta hesabla insan beyninin ağırlığı 1361 qramdır. Başqa bir ağıllı heyvan növü olan delfinin da beyni ortalama eyni ağırlıqdadır. Lakin ümumiyyətlə bir delfinlУ™ eyni zəka səviyyəsinə sahib olmadığı qəbul edilən bir ispermeçet balinası da (dişli balinaların ən böyüyü) 7800 qramlıq bir beynə malikdir. Kiçik beyinlər şkalasına gəlsək, bir oranqutan beyni də 370 qramdır. İtlər də orangutanlar da olduqca ağıllı heyvanlardır, ancaq beyinləri kiçikdir.

Bütün bu müqayisələrdə əhəmiyyətli bir şeyə diqqət etmiş ola bilərsiniz. Ortalama bir delfinin ağırlığı 158.8 kiloqramdır, ispermeçet balinası 13 tona qədər çıxa bilər. Ümumi olaraq bir heyvan nə qədər böyükdürsə kəlləsi də o qədər böyükdür, təbii olaraq beyni də elə. Tazılar xeyli kiçik itlУ™rdir, ən çox 11.3 kiloqram olarlar, bu səbəbdən beyinlərinin də daha kiçik olacağı nəzərdə tutula bilər. Beynin ölçüsü və zəka arasındakı əlaqə beynin tam ağırlığıyla əlaqədar deyil, beyin ağırlığının bədən ağırlığına nisbətiylə bağlıdır. İnsanlar üçün bu nisbət 1ə 50-dir (1/50). Məməlilərin çoxu üçün 1/180, quşlar üçün 1/220-dir. İnsan beyni digər heyvanlara görə bədənə nisbətlə ən çox ağırlığa malikdir.

Zəkanın ayrıca beynin fərqli hissələri da əlaqəsi vardır. Quşların, balıqların ya da sürünənlərin əksinə məməlilərin çox böyük serebral korteks vardır. MУ™mУ™lilУ™rdУ™ki serebellumda yaddaş, ünsiyyət və düşünmə kimi üst səviyyə funksiyalardan məsul olan serebral yarımkürУ™ vardır. İnsanlarda beyinlərinə nisbətlə digər bütün məməlilərdən daha böyük serebral korteks vardır.

Ardı var...

İlkin Cəfərov

5 sentyabr 2015
GO BACK