Beyin insan bədənindəki ən heyranedici orqandır. Mərkəzi sinir sistemimizУ™ nəzarət etməsindУ™n tutmuş, hУ™rУ™kУ™t etmУ™yimizi, danışmağımızı, nəfəs almamızı və düşünməmizi təmin edir. Beyin eyni zamanda inanılmaz dərəcədə mürУ™kkУ™bdir, təxminən 100 milyard neyrondan (sinir hüceyrəsi) ibarУ™tdir. Beyinlə bağlı o qədər çox şey bilirik ki, tibbin və elmin fərqli bir neçə sahəsi onu araşdırmağa və müalicə etməyə həsr edilib. Məsələn beyindəki fiziki pozuqluqların müalicəsinə dair nevrologiya, zehni proseslərin və davranışın araşdırılmasıyla məşğul olan psixologiya və zehni pozuqluqlar ilə bağlı xəstəlikləri müalicə etməyi qarşısına məqsəd qoyan psixiatriya kimi. Bu sahУ™lУ™r bəzi xüsusiyyУ™tlУ™ri ilУ™ bir-biriylə üst-üstə düşməkdədir, bundan əlavə başqa sahələr də beynin araşdırılmasıyla məşğul olur.
Bu prinsiplər çox qədim zamanlardan bəri mövcuddur, buna görə də indiyə qədər beyinlə əlaqədar məlum hər cür məlumatı У™ldУ™ etdiyimizi düşünə bilərsiniz. Ancaq heç bir şey bu düşüncə qədər həqiqУ™tdУ™n uzaq deyil. Minlərlə ildir, beynin hər sahəsini araşdırmaq və müalicə etməklə bağlı hələ bir çox sirli qalan xüsus mövcuddur. Ayrıca beyin o qədər kompleksdir ki, onu daha aydın olması adına, necə çalışdığına bağlı məlumatı sadələşdirmУ™yУ™ çalışırıq. Bütün bunların bir araya gəlməsi beyinlə əlaqədar bir çox mifin meydana gəlməsinə gətirib çıxarmışdır. Bunların çoxu da hələ aktualdır, çünki hələ hekayənin hamısını eşitmУ™misiniz. İndi, birlikdə beyinlə bağlı ətrafda dolaşan 10 mifУ™ baxaq və işə onun rəngiylə başlayaq:
Beyniniz bozdur
Beyninizin rəngini heç düşündünüzmü? Əgər tibb sahəsində işləmirsinizsУ™ böyük ehtimalla xeyr. Bədənimizdə qan, toxuma, sümük və müxtəlif mayelər şəklində iştirak edən göy qurşağının bütün rəngləri mövcuddur. Amma siz televiziyada və ya bir biologiya kabinetindУ™ qabların içinə yerləşdirilmiş beyinlər görmüş ola bilərsiniz. Çox vaxt bu beyinlər tamamilə boz olur, hətta sarımtıl bir rəng tonuna da ​​malik ola bilirlər. Əslində buna baxmayaraq, yaşamaqda olan canlı bir beyin- məsələn bu anda kəllənizin içində olan kimi - darıxdırıcı və monoton bir boz rəngdən ibarət deyil, eyni zamanda ağ, qara və qırmızı rənglər də daxildir.
Beyin haqqındakı bir çox mif kimi, bu da həqiqətin əslində yalnız bir hissəsinУ™ daxildir; çünki beynin çox hissУ™si həqiqətən də bozdur. Bəzən bütün beyinə "boz maddə" deyilir. Sirli romanların yazıçısı Aqata Kristinin məşhur dedektivi Herak Poirot tez-tez "kiçik boz hüceyrələr"indУ™n bəhs edər. Boz hüceyrələr onurğa beynindУ™n başqa baş beynin də bir çox hissəsində yer alır ki, bu boz hüceyrələr neyronlar kimi fərqli növ hüceyrələrdən meydana gəlir. Ancaq beyinУ™ eyni zamanda boz maddələri bir-birinə bağlayan ağ maddУ™, yəni sinir lifləri də daxildir.
Qara komponent, "substantia nigra" deyilən (və təxmin etdiyiniz kimi Latınca olan) qara maddədir. Qara olmasının səbəbi isə "basal ganglia"nın bir parçası olan neyromelanindir - bu xüsusi piqment növü eyni zamanda dəri və saça da rəngini verər. Son olaraq da qırmızı rəngimiz var, bunun da səbəbi beyindəki bir çox qan damarıdır. Yaxşı, mühafizУ™ altında saxlanılan beyinlУ™r, mУ™sУ™lУ™n Albert Enşteynin beyni niyУ™ boz rУ™nglidir, rУ™ngli deyil? Buna sУ™bУ™b beyini mühafizУ™ edУ™n qoruyucu maddУ™lУ™rin tУ™siridir.
İndi rəngdən səsə keçək - bir sonrakı mifimiz musiqi zövqünüzü təkrar qiymətləndirmУ™nizУ™ sУ™bУ™b ola bilər.
Ardı var...
İlkin Cəfərov