Qadin.NET / Dil öyrənmək üçün

Dil öyrənmək üçün

 

Dil öyrənmək üçün

 

Kato Lomb – 16 dil bilən macarıstanlı tərcüməçidir. Xarici dil öyrənmək istəyən insanlar üçün 10 vacib məsləhət hazırlamışdır. Maraqlı bir faktdır ki, Kato Lomb bildiyi bir çox dilləri fərdi şəkildə həmin dildə yazılmış bədii ədəbiyyat və dərsliklər vasitəsilə mənimsəmişdir. Öyrənmə metodlarını “Mən dilləri necə öyrənirəm” adlı kitabında oxucuları ilə paylaşmışdır. Onun yanaşma tərzinin əsasında “həmin dil ilə tam şəkildə yüklənmə” durur: qrammatika öyrənərək paralel şəkildə kitab oxumaq, yeni sözlər axtarmaq və s.

1. Dil ilə mütəmadi məşğul ol. Əgər vaxt və imkan yoxdursa, gündə 10 dəqiqə ilə də yetərlənmək olar. Bunu səhərlər etmək daha faydalıdır.

2. Əgər tez öyrənmək arzusu zəifləyir və ruhdan düşürsənsə, tələsmə, lakin təslim də olma. Hazırda istifadə etdiyin metodu başqasıyla əvəz et: kitab oxumağı bir kənara qoy və radio dinlə, yaxud qrammatika dərsliyini deyil, lüğəti vərəqlə. Yorulma.

3. Əzbərləmə. Parçalanmış şəkildə deyil, bütöv öyrənməyə çalış.

4. Danışıq dilində tez-tez istifadə olunan frazeoloji birləşmələri öyrən.

5. Gördüyün hər şeyi tərcümə etməyə çalış: reklamlar, təsadüfən eşitdiyin sözlər, afişa yazıları. Bu yorulmuş beyin üçün istirahətin bir növüdür.

 

Dil öyrənmək üçün

 

6. Müəllim tərəfindən deyilmiş dəqiq və düz anlayışları möhkəmcə yadda saxla. Fərdi şəkildə öyrənirsənsə, şübhə etdiklərini deyil, dəqiq əmin olduqlarını əzbərlə.

7.  Frazeoloji birləşmələri yazaraq öyrən.

8. Xarici dil dörd bir yanına eyni zamanda hücum edilməsi gərəkən qaladır: qəzet oxumaq, dublyaj olunmamış filmləri izləmək, yazışmaq, radio dinləmək, bu dili bilən dostlarınla görüşüb danışmaq və s.

9. Danışmaqdan və səhv etməkdən qorxma, əksinə onları düzəltmələrini istə. Ən əsası danışığına düzəlişlər edilərkən ətrafdakılardan inciyib ruh düşkünlüyü yaşama.

10. Qəti şəkildə əmin ol ki, məqsədinə çatmaq üçün sənə lazım olan hər şey, ən önəmlisi iradə və gücün var.

Kato Lomb dili mənimsəmək üçün sadə bir düstur verib:

İsraf edilmiş vaxt + Maraq = Nəticə

Daha dəqiq desək, İsraf edilmiş vaxt + Maraq / Utanmaq (Səhv etmək qorxusu) = Nəticə

14 avqust 2015
GO BACK