İngiltərə tərəfindən 2003-cü ildə, yəni tam 12 il öncə Marsa göndərilən və 7.5 milyon dollarlıq dəyəri ilə ən ucuz kosmik proyektlərdən biri hesab edilən Beagle 2 kosmik cihazı enişə keçdikdən sonra cihazla əlaqə kəsilmiş və bir daha xəbər alına bilməmişdi. Eniş zamanı sürətini ayarlaya bilməyən cihazın yüksək sürətlə səthə çırpılıb parçalandığı təxmin edilirdi.
NASA-nın Reconnaissance adlı peyki tərəfindən çəkilən yüksək keyfiyyətli fotoşəkildə yeri təsbit edilən vasitənin tək parça halında enişi bacardığı, lakin eniş sonrası bəzi Günəş panellərinin açılmadığı və antenanın də panellərin altında qalması səbəbilə cihaz ilə əlaqənin kəsildiyi məlum olub.Cihaz planlanan nöqtənin tam 5 km uzağına düşüb.
Leicester Universitetindən Mark Sims, kosmik cihazın üzərində bir çox Günəş panelinin olduğunu və bu panellərin altında radio antennaların da olduğunu açıqladı. Sims'ə görə bu antennalar cihaz hələ atmosferə girərkən məhv olub. Tam açıldığında beş yarpaqlı bir çiçəyə bənzəyən cihazın yalnız üç "yarpağının" açıq olduğu təsbit edildi. Bunun bir şanssız olduğunu düşünən professor Mark Sims, hava yastığının enişdə deşilmiş ola biləcəyini və hava sızması nəticəsində ayrılma əməliyyatının müvəffəqiyyətsiz olduğunu düşünür.
Adını Darvinin gəmisindən alan Beagle 2,Marsda həyatın olub-olmamasını araşdıracaqdı. Yeri təsbit edilən cihazın bərpa edilməsi isə mümkün deyil. Buna baxmayaraq ESA-dan Jean-Jacques Dordain,cihazın itməsindən dərs aldıqlarını,dizaynında böyük rolu olan,bir sözlə cihazın "atası" sayıla biləcək Colin Pillingerin həyatda olmadığını, ancaq cihazın tapılmasının onun adında çox xoş olduğunu bildirib.
Elm Qurdu