Qadin.NET / Ay dəlikləri

Ay dəlikləri

Ay üzərində milyonlarla kraterdən əlavə LRO-nun kəşf etdiyi 200-dən çox dəlik var. Bu dəliklər gələcəkdə astronomlar üçün bir sığınacaq ola bilər.

Diametrləri 5 ilə 900 metr arasında dəyişən bu dəliklər ilk dəfə Yaponiyanın Kaguya kosmik vasitəsi tərəfindən görülüb. Kaguya ilə üç dəlik kəşf edilmişdi. Daha sonra LRO'nun dar bucaqlı kamerası'nın (Narrow Angle Camera-NAC) çəkdiyi minlərlə fotoşəkilin kompüterlər köməyiylə araşdırılması nəticəsində bu rəqəm olduqca artdı.

 

Ay dəlikləri

 

LRO-nun çəkdiyi Günəş işığının bir qismini yansıdan dəliklərdən biri

Arizona universitetindən Robert Wagner: "Bu çuxurlar Ay üzərində sığınacaq insanlara dəstək ola bilər. Səthin onlarl metr altında həyat qurula bilər. Bu çuxurlar astronomları səthdəki radiasiyadan,  meteorit və gecə-gündüz arasındakı böyük istilik fərqindən qoruya bilər"-deyir.

Ay səthində böyük kraterlərin olduğu və tünd rəngi ilə seçilən 'Maria' adlı sahələr qatılaşmış lavadan meydana gəlmişdir. Qədim zamanlarda Mariaların lava axıntılarının lava okeanlarını meydana gətirdiyi düşünülür. Maria sözü latın dilindən tərcümədə 'dəniz' mənasını verməkdədir.

Wagner'ə görə bir çuxur, düşən bir meteoritin meydana gətirdiyi titrəmələr nəticəsində altı boşalmış səthin çökməsiylə meydana gələ bilər. LRO'nun çəkdiyi şəkillərdə bu çuxurların meydana gəlməsi haqqında çox az ipucuna rast gəlinir. Yer üzündə də bu tip boşluqlara rast gəlinir. Səthə şiddətlə çarpan böyük bir krater səthin yuxarı qalxmasına və altdakı lavanın çölə çıxmasına səbəb ola bilər. Bu da səth altında fərqli yerlərdə boşluqların meydana gəlməsini təmin edə bilər.

Çuxurların kəşfi eyni zamanda Ay üzərindəki lava okeanlarının necə əmələ gəldiyini də ortaya çıxarır. "Xüsusilə də bu dəliklərin varlığı Maria-nın meydana gəlməsinin anlaşılmasında çox önəmlidir. Orbitdən alınan görüntülərə baxıldığında dəliklərin göstərdiyi yeraltı layları görə bilirik. Səthdə ediləcək araşdırmalarla bu layların yaşları təyin oluna bilər."- deyə Wagner əlavə edir.

Bu günə qədər tapılan 200-dən çox dəlikdən 29'u bir milyard il yaşından gənc olub "Kopernik" krateri olaraq təsnif edilmişdir. Kaguya'nın kəşf etdiyi üç dəlik də bunlar arasındadır.

 

Ay dəlikləri

 

Dəliklərdən bəziləri,orta dərinlik : 222 metr
Ay səthindəki ümumi yaş bölgüsü ilə dəliklərin yaş bölgüsü biri-birinə uyğundur. Maria ətrafında ərimə yolu ilə meydana gəlmiş dəliklər üç milyard ildən daha böyük yaşa sahibkən təpəlik qisimlərdə daha az dəyişməyə uğramış daha gənc dəliklərə rast gəlirik. Bu dəliklərin ətrafının daha gənc yaşda meydana gəldiyini söyləyə bilərik.
LRO ilə Ayın ən az % 40-ının aydınlandığı yerləri görüntüləmək mümkündür.Wagner'in dediyinə görə əslində dəliklərin sayı daha çoxur. "Biz LRO görüntülərini araşdırmağı davam edəcəyik. Ancaq Ayın qütblərə yaxın yerlərinin ancaq % 25 işıqlı olması səbəbiylə iş çətinləşir. Bu sahələr üçün daha geniş bir analiz lazımdır. "
Wagner'a görə insanların yaşaması üçün səthdəki və yeraltındaki maddələrin tərkibi, termal hesablamalar, cazibə qüvvəsi və b. daha çox məlumata ehtiyac var."Bu dəliklərin quruluşu orbitdən çox da dəqiq aydın olmur.Bir çox sualın cavabı üçün dəliklərin hər baxımdan yaxından çəkilmiş görüntülərinə ehtiyacımız var. Bunun üçün isə yeni bir layihə lazımdır. "
Elm Qurdu
17 avqust 2015
GO BACK