Qadin.NET / Kaktuslar və kompüter şüalanması (2)

Kaktuslar və kompüter şüalanması (2)

Kaktuslar və kompüter şüalanması (2)
Məlumat-3: Bu anda heç bir kompüter ekranı gündəlik normal istifadə şərtləri altında insan sağlamlığına qeydə dəyər miqdarda təsir edə biləcək bir xüsusiyyətə sahib deyil. Əvvəllər istifadə edilən Katodik Şüa Balonu texnologiyasına sahib (qısaca "balonlu") monitorlar saniyədə 60 dəfə ekranın bir elektron şüası tərəfindən vurulması ilə görüntü meydana gətirirdi. Bu elektron şüası ekrandakı bir nöqtəyə (pikselə) dəydiyində bu pikseli şiddətinə görə fərqli şəkillərdə işıqlandıraraq görüntünün meydana gəlməsini təmin edərdi. Beləcə bu an mövcud ekranlardan çox daha çox miqdarda radiasiya istifadəçiyə də təsir edəcək şəkildə ətrafa yayılardı. Bunun qarşısını məqsədiylə "ekran qoruyucu panellər" istifadə edilərdi. Ancaq günümüzdəki LCD və LED ekranlarda belə bir radiasiyaya səbəb ola biləcək heç bir reaksiya yoxdur. Bu monitorlarda görütü bildiyimiz "kiçik lampalar" (LED: Light Emitting Diode = İşıq yayan diod) ilə yaradılar. Bu günki kompüterlərdən yayılan radiasiya əhəmiyyət verilməyəcək qədər kiçikdir və təhdid edici ölçüyə çatacaq qədər kompüterdə işləmək demək olar ki, qeyri-mümkündür. Bu səbəbdən kaktuslar həqiqətən radiasiyanı udacaq xüsusi bir qabiliyyətə sahib olsalar belə bunu bu günki kompüterlərə qarşı istifadə etmək mənasız və gərəksizdir.
Kaktuslar və kompüter şüalanması (2)
Məlumat-4: Günümüz texnoloji ünsürlərindən yayılan ən fundamental radiasiya ultrabənövşəyi şüadır. Bu şüa rentgen və ya qamma şüalarına müqayisə ilə son dərəcə aşağı enerjilidir və bədənin dərinlərinə nüfuz edə bilməz. Buna görə əgər ki bu cür radiasiya hər hansı bir "xərçəng" ilə əlaqələndiriləcəksə, bu ən çoxu dəri xərçəngi ola bilər. Ancaq bu cür bir xərçəngə gətirib çıxaracaq qədər kompüter ekranından radiasiya qəbul etmək mümkün deyil. Bu səbəbdən nə dəri xərçəngi, nə də bədənin içindəki orqanlarla əlaqədar hər hansı bir başqa xərçəng növündən müasir kompüterlər məsul tutula bilməz.
Kaktuslar və kompüter şüalanması (2)
Məlumat-5: Kaktusların radiasiyaya qarşı əlavə qoruma təmin etdiyi iddiası içlərindəki yüksək su nisbətiylə də əlaqələndirilir. Su yaxşı bir radiasiya saxlayıcı kimyəvi maddə olduğu üçün kaktusların da qismən daha çox fayda verəcəyi iddia edilmişdir. Daha əvvəl də izah etdiyimiz kimi bunun doğru olma ehtimalı olsa da, bununla bağlı hər hansı bir elmi məlumat yoxdur. Ayrıca içlərindəki su miqdarına görə bitkiləri sıralayacaq olsaq, 94% ilə pomidor, 92% ilə qarpız, 91% ilə , 90% ilə qovun, 88% ilə şaftalı, 87% ilə ananas, portağal və böyürtkən, kaktusların ümumi ortalaması olan 85% su nisbətindən daha çox suya malikdir. Ayrıca yuxarıda izah etdiyimiz kimi hər cisimin radiasiya saxlayıcı olduğunu düşünsək, mütləq radiasiyadan qorunmaq istəyirsinizsə, ekranınızın önünə hər hansı bir şey, xüsusilə də pomidor ya da qarpız qoymanızı tövsiyə edə bilərik. Ekranınız radiasiya saçmasa da, xoş bir masa bəzəyi ola bilər.
İlkin Cəfərov
11 avqust 2015
GO BACK