Qadin.NET / Kaktuslar və kompüter şüalanması(1)

Kaktuslar və kompüter şüalanması(1)

 

Kaktuslar və kompüter şüalanması(1)

 

Mif: "Kaktuslar hər cür cihazdan, xüsusilə də kompüterdən yayılan radiasiyanın qarşısını alır. Buna görə kompüterlərin yanında kaktus saxlanılmalıdır."

Həqiqət: Kaktusların digər hər hansı bir cisimdən daha çox radiasiya udduğunu göstərən heç bir elmi məlumat yoxdur. Bu mövzunun hələ də bir mif olmama ehtimalı varsa da aşağıda verəcəyimiz məlumatlar nəzərə alındığında mövzunun bir mif olma ehtimalı olmama ehtimalından çox daha yüksək görünür.
Məlumat-1: Bu mif 1980-ci illərdə İsveçrənin Chardonne şəhərində olan Geobiologiya institutunda edilən bir müşahidəyə (araşdırma deyil!) əsaslanır. Bu institutda işləyən və uzun saatlarını kompüterlər qarşısında keçirən mütəxəssislər baş ağrısı və həddindən artıq yorğunluq keçirirlər, laboratoriyalara kaktusların alınmasından sonra bu hallarına zaldığı müşahidə edilir. Bu məlumatın yayılması ilə qlobal ölçüdə olmasa da xüsusilə Şərqi Avropa ölkələrində kaktusların radiasiyaanı udduğu və qoruyucu bir qalxan funksiyası yerinə yetirdiyi iddiası yayılmışdı. Qərb Avropa və ABŞ-dakı bir çox kaktus istehsalçısı və mütəxəssisinin belə bir mifdən xəbəri belə yoxdur.
Kaktuslar və kompüter şüalanması(1)

Məlumat-2: Hər cisim radiasiya yayır və radiasiya udur. Məsələn, siz də bu anda ətrafınıza ölçülə bilinəcək miqdarda radiasiya yayırsınız, ancaq əlbəttə ki, bu miqdar bir elektron cihazın yaydığına görə çox aşağı bir miqdardır. Eyni şəkildə siz, kompüter masanız, divarlarınız, klaviaturanız, yatağınız və ətrafınızda gördüyünüz digər bütün cisimlər ətrafımızda daim var olan radiasiyanı udurlar. Buna görə burada sual kaktusların radiasiyasiyanı udmaq mövzusunda digər cisimlərdən üstün olub-olmadığıdır. Belə bir tapıntıya işarə edən heç bir araşdırma edilmədiyi kimi kaktusların isti səhra mühitində radiasiyaya daha çox məruz qalmasından ötəri bəlkə bir az daha müqavimətli ola biləcəklərindən başqa buna dair heç bir məntiqli və elmi açıqlama yoxdur. Ancaq bu açıqlama doğru olsa belə bu kaktusun öz daxilini qorumasıyla açıqlana bilər, ətraflarındakı cisimləri də qoruma kimi bir xüsusiyyətləri olması o qədər də mümkün görünmür.
Ardı var...
İlkin Cəfərov
10 avqust 2015
GO BACK