Qadin.NET / Ving Çun

Ving Çun

 

Ving Çun

 

Dünyanı lərzəyə gətirən döyüş sənəti: Ving Çun

Ving-Çun -yaxın döyüş sistemi deməkdir.

Qədim Çin döyüş sənətinin ən real və praktik sistemi sayılan Ving-Çun 1700-1820-ci illərdə Çinin Futçzan Əyalətində yaradılmışdır. Bu döyüş stilinin daha sonralar orjinal formada qorunub saxlanılması və inkişafı 1893-1972-ci illərdə yaşamış qrandmaster Yip-Manın adı ilə bağlıdır.

Yip-Man, Ving-Çun döyüş üslubunu açıq bir şəkildə dünyaya yayan və öyrədən ilk kung-fu ustasıdır.

Yip Manın ən məşhur tələbələrindən biri də Brus-Li idi. Çində çox populyar olan bu stil, daha sonralar 1960-cı illərin sonunda Bryus Li tərəfindən Qərbdə və eləcə də bütün dünyada tanınmağa başladı.

 

Bu döyüş sistemi effektiv “Çi” tənəffüsündən, universal əl texnikalarından, çevik mövqelərdən və ayaq zərbələrindən istifadə edir – hansı ki, azaddır və tez-tez hərəkət edəndir. Bu döyüş sistemində taxta adam üzərində aparılan məşqlər və sistemin nüvəsi sayılan Çi Sao (yapışqan əllər) texnikası idmançıya mükəmməl ustalıq bəxş edir.

Ving-Chun Fəlsəfəsi

Ving-Chun Tao — Ving-Chunun Universal Yoludur.

Ving-Chun məşqlərinin ruhi inkişafı üçün Universal Yola yəni “Tao”ya uyğunlaşmasını təmin etmək lazımdır. Bu universal yol Ving-Chun məşqlərində aşağıdakı üç təməl başlıq altında araşdırılır: Dürüstlük ,Sevgi ,Səbir

Bu üç təməl dinamik aşağıdakı öyüdlərlə yaddaşlarda qalmalıdır:

 

Ving Çun

 

 

Dürüstlük:

Dürüst bir insan ol!

Doğrunu söylə!

İnsanları aldatma!

Səhvlərini etiraf (qəbul) et!

Sevgi:

Mehriban bir ürəyin olsun!

İnsanları (günahlandırma) təhgir etmə!

Başqalarına köməkçi olmağı sev!

Yaxşılıq et!

Səbir:

Şikayət etmə!

Çətinliklərə qarşı güclü ol!

Qisas alma! (Kin saxlama!)

P.S.Yip Manın həyatından bəhs edən 2 film çəkilib,maraqlananlar baxa bilər.

İntellekt üçbucağı

2 yanvar 2016
GO BACK