Qadin.NET / Ölüm vəziyyətinə görə hiss edilən hallar

Ölüm vəziyyətinə görə hiss edilən hallar

"Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin". (İsra sürəsi-33).

Əziz xanımlar, bəlkə də bir coxlarınızın bu xəbər haqqında məlumatınız var. Mən ilk görəndə çox maraqlı olmuşdu, deyə sizinlə də paylaşmaq istədim. Bu məlumatlar mütəxəssis həkimlərin təcrübələri əsasında əldə edilmişdir.

1. Boğulma
Ölüm vəziyyətinə görə hiss edilən hallar
Adam ilk anda panika yaşayır, nəfəsini saxlayır, bunu 90saniyədən çox davam etdirə bilməz. Bunun ücün xüsusi məşqlər lazımdır. Ardından su ciyərlərinə dolduqca bir yanma və yırtılma hiss etməyə başlayır. Son olaraq hiss etdiyi şey isə sakitlik və rahatlıqdır. (Bunun səbəbi beynin oksigensiz qalmasıdır). Ən nəhayət oksigen çatışmazlıgından şüurunu itirir və ölür.
2. Yanma
                                      Ölüm vəziyyətinə görə hiss edilən hallar
Yanıqlar çox şiddətli agrıya səbəb olur. Sinir uclarının yanması isə bir müddət sonra bu agrını aradan qaldırır. Ardından insan hissizlik yaşayır, heçnə hiss etmir. Yanaraq ölən insanların əsil ölüm səbəbi isə zəhərli qazların udulması və nəfəssiz qalmaqdır.
3. Başın qopması
Ölüm vəziyyətinə görə hiss edilən hallar
Mütəxəssislərin fikrinə görə baş qopduqdan sonra beyin saniyələrlə öz funksiyalarını yerinə yetirir. Fransadakı hesabatlara görə 18-ci əsrdə həyata keçirilmiş edamlarda bədəndən ayrılmış başda 30 saniyə ərzində üz mimiklararı görünürdü.
4. Yüksəkdən düşmə
Ölüm vəziyyətinə görə hiss edilən hallar
ABŞ-da özünü Golden Gate körpüsündən atan 100 qurbanın üzərində aparılmış təcrübə nəticəsində agciyərlərin iflas etməsi, ürəyin partlaması və qırıq qabırğaların daxili orqanlara zərər verməsi nəticəsində ölümün baş verdiyi ortaya çıxmışdır.
5. Elektrik vurması (tok vurma)
Ölüm vəziyyətinə görə hiss edilən hallar
Elektrik vurması nəticəsində ürək dayanır və 10 saniyə sonrada huş itir. Ancaq elektrikli stula baglanaraq edam edilən məhkumlar üzərindəki araşdırmaya əsasən ölüm səbəbi beyinin həddən artıq qızması və bogulmadır.
6. Qan itirmə
1,5 litr qan itirmiş insan özünü halsız, susamış və qorxmuş hiss edir. 2 litr qan itirildikdə isə üşümə, baş gicəllənmə və huşun itməsi başlayır.
7. Təzyiq itirmə vəya havasızlıq
Ölüm vəziyyətinə görə hiss edilən hallar
Təzyiq itirmədən (havasızlıqdan) qurtulan insanlar sinəsinə agır zərbə vurulmuş kimi ani ağrı yaşadıqlarını söyləyirlər. Bu zaman 15 saniyədən az zaman müddətində huş itirmə yaşanır.
8. İnfarkt
Ölüm vəziyyətinə görə hiss edilən hallar
Son dövrlərin ən çox rastlanan ölüm səbəbidir. Ürək əzələlərinə oksigen çatmayıb çırpınmağa başladıgında sinədə döş qəfəsi nahiyəsində şiddətli ağrı hissiylə başlayır. Ürəyin normal ritminin pozulması ürək atışlarını (ürək döyüntüsünü) dayandırır, huş itir və ölüm gerçəkləşir.
 9. Asılma                
Kəndirlə asılaraq boğulmalarda 10 saniyə içində huş itir və ölüm gerçəkləşir. Başın fırladılması bəzi asılmalarda əsas məqsəd boyunun qırılması olsa da, bu tərz asılaraq öldürülən məhkumlarda ölüm səbəbi yenə də boğulma və boğulmadan qaynaqlanan huş itirməsi olduğu aydınlaşdırılıb.
10. Zəhərli iynə
Ölüm vəziyyətinə görə hiss edilən hallar
ABŞ-da edamlarda istifadə olunan üsuldur. Birbaşa ürəyi dayandırır. Aparılan araşdırmalar məhkumların yanma və dəhşətli ağrı hiss etdiyini göstərir.
Dinimizə görə insanlar ölüm anında Ölüm mələyi Əzrayılı gördüklərində dəhşətə gəlirlər və üzlərində həmin o dəhşət ifadəsi ilə ölürlər.

12 avqust 2015
GO BACK