Qadin.NET / Rənglər dünyası(2)

Rənglər dünyası(2)

 

Rənglər dünyası(2)

 

Fəallıq və dinamizm rəngi – qırmızı 

Qırmızı rəng kişi rəngi hesab edilir. Bu, həyat rəngidir. Eyni zamanda fəallıq, enerji, dinamizm, güc, mətanət, əzm, həmçinin məhəbbət, ehtiras və qəzəb rəmzidir. Qırmızı ilə ağ rəngin ahəngi təmizlik və harmoniya assosiasiyası yaradır. Qırmızı ilə yaşıl isə bir yerdə olmamalıdır. Qida qəbul olunan otaqda qırmızı rəngin olması iştahı artırır. Bu rəng əsəb sisteminə ağrıkəsici təsir edir, həzm prosesini nizama salır. Məhz bu səbəbdən məsuliyyətli yarışlardan əvvəl idmançılara qırmızı eynək taxmaq tövsiyə olunur. Qırmızı rəngi xoşlayan uşaqlar səmimi və fəaldırlar.

Sağlamlıq rəngi – yaşıl 

Yaşıl sağlamlıq və elastik gərginlik rəngidir. Psixoloji cəhətdən bu rəng özünü iradə, inadkarlıq və daimilikdə göstərir. Yaşıl rəngi seçənlər öz fikirlərinin və məsləklərinin zəfər çalmasını istəyir. Özlərini sarsılmaz və əsas prinsiplərin daşıyıcısı hesab edirlər. Sayılıb-seçilməyə, ətrafdakıların etiraz və müqavimətinə baxmayaraq, tutduqları mövqeyin hamı tərəfindən qəbul edilməsinə çalışırlar. Bu rəngdən bir sıra ruhi sarsıntıların müalicəsində, isteriya və əsəb yorğunluğunda istifadə edilir. Yaşıl rəngi sevən uşaqlar o qədər də çox deyil. Onlar özlərini atılmış hiss edirlər, hər zaman nəvazişə ehtiyac duyurlar.

 

Rənglər dünyası(2)

 

 

Optimist və romantiklərin rəngi – çəhrayı

Çəhrayı optimizm rəngidir. Onun psixoloji gücü qırmızıdan zəifdir. Bu rəngi sevənlər qırmızı rəngi xoşlayanların edə biləcəyi işi başlamır, başlasa da, sona çatdırmır. Bu, daha çox balaca qızların rəngi hesab edilir. Bu rəng məhəbbəti, incəliyi, zəifliyi, cəsarətsizliyi, sentimentallığı və cazibədarlığı təcəssüm etdirir. Çəhrayı rəng insanın daxili gərginliyini azaldır. Məhz bu səbəbdən inkişaf etmiş ölkələrin həbsxanalarında daha temperamentli məhbusları çəhrayı rəngə boyanmış kameralarda yerləşdirməyə çalışırlar.

 Əgər yaşa dolmuş qadın geyimində çəhrayı rəngə üstünlük verirsə, deməli, o romantik, optimistdir. O qədər məsuliyyətli deyil və işini digərlərinin üzərinə ata bilər. 

Müdriklik və sədaqət rəngi – göy 

Göy müdriklik, sədaqət, soyuqluq, ehtirassızlıq, sakitlik rəngidir. Bu rəngi seçən uşaqlar sakit, təmkinli olur, hər şeyi tələsmədən edir, divanda kitabla uzanmağı, düşünməyi, götür-qoy etməyi sevir. Onlar özlərini qurban verməyə meyllidir. Almaqdan daha çox verməyi xoşlayırlar. Təsadüfi deyil ki, göy rənglərə meylliləri qırmızı rənglə ürəkləndirir, qırmızıya meylliləri isə göy rənglə sakitləşdirirlər. Göy rəngdən imtina o deməkdir ki, adam güclü emosional yükləmədən sonra rahatlığa can atır. Buna ehtiyac var. 

 

Rənglər dünyası(2)

 

 

Həyata keçməmiş ümidlərin və avantüristlərin rəngi – sarı

Sarı rəng elm, müşahidə və analizlə bağlıdır. Öz keyfiyyətlərinə görə sarı var-dövlət, arzu, fantaziya, cəsarət, sevinc, yaxınlıq, dostluq, gənclik, həmçinin paxıllıq və qısqanclıq rəngidir. Bulanıq sarı rəng kədər, qəm deməkdir.

Sarı rəngə boyanmış otaqda çox qalanda kəskin baş ağrılar yarana bilər. Sarı rəng xəstənin həkim qarşısında qorxusunu azaldır. Depressiyadan müalicə olunanlar bu rəngi daha yaxşı qavrayır. Sarı rəng tonusu qaldırır. Alkoqolizmdən əziyyət çəkənlər sarını həyata keçməmiş ümidlərin rəngi hesab edərək rədd edir. Sarı rəngi xoşlayan uşaqlar yaradıcılığa daha meylli olurlar. Onlar təklikdə oynamağı, abstrakt oyuncaqları sevir. Belə uşaqlar böyüyəndə azad, orijinal və fərqli düşünən olur. Geyimində sarı rəngə üstünlük verənlər avantürist və xülyaçı olur. Bu insanlar hamı ilə dil tapmağı bacarır, xəyallara dalmağı və qeybəti xoşlayır.

Məsumluq və həqiqət rəmzi – mavi 

Mavi kosmik ruh, həqiqət rəmzidir. Bu, məsumluq, sülhsevərlik, sakitlik və firavanlıq deməkdir. Mavi oğlanların rəngi sayılır. Bu rəngdə azadlıq, qayğısızlıq, qeyri-məcburilik, dostluq, şəraitin dəyişməsinə meyl var. Uşaq yaşlandıqca bu cizgilər qalarsa, belə gənclər dənizçi və təyyarəçi olur. Yeniyetməlik və gənclik çağlarında bu rəngi oğlanlardan daha çox qızlar xoşlayır.

 

Rənglər dünyası(2)

 

 

Şöhrətpərəstlərin və etibarsızların rəngi – narıncı

Narıncı paklıq və sağlamlıq rəngidir. Öz keyfiyyətlərinə görə bu rəng qızmar isti, enerji, yetkinlik, sevinc və mehribanlıq simvoludur. Qara və narıncı rənglərin ahəngi qəhrəmanlıq və cəsurluq rəmzidir. Narıncı və mavi rəngləri birləşdirmək olmaz. Yeməkdən sonra narıncı rəngə boyanmış otaqda olmaq mədənin işini yüngülləşdirir. Eyni zamanda burada yemək yeyilərsə, bu rəng mədə ağrılarına səbəb ola bilər. Narıncı rəngə üstünlük verən uşaqlara çox az rast gəlinir. Onlar tez qıcıqlanır, heç bir səbəb olmadan qışqırır və dava salır. Bu səbəbdən narıncı rəngin artıq olması zəhlətökənlik, xoşagəlməzlik, hirs və boşluğa səbəb olur. Bu rəngi daha çox optimistlər, enerjili adamlar sevir. Onlar daim yeniliyə can atırlar. Bu rəngi seçən qızlar etibarsız və yüngül xasiyyətli olurlar. Onların sədaqətsizliyi ailələrində də problem yaradır. Geyimdə bu rəngdən bol istifadə edən şəxslər şöhrətpərəst olur və özlərini gözə soxmağı xoşlayır

Hirs və lovğalıq rəngi – boz 

 Bu rəng lovğalıq, yorğunluq rəngidir. Boz rəngi xoşlayan uşaqlar o qədər də çox deyil. Bunlar, adətən, sakit, qorxaq, qapalı uşaqlardı. Daxilən çox qaynayandılar. Ətrafdakılar onları sakit, dərrakəli, ciddi hesab etsələr də, yaxın adamların əhatəsində xudbin və dəlisov olurlar. Bu rəngi sevən insanlar ağıllı, heç kəsə inanmayan və qərarsız olurlar. Lakin əgər hər hansı bir insanla və ya işlə maraqlansalar, bu, ömürlərinin axırına qədər davam edir.

 İkrah doğuran rəng – qəhvəyi

Qəhvəyi ağır, kobud və ikrah hissi doğuran rəng hesab edilir. Bu rəng dağılmaq, ölüm, heyvani hisslər və alçaq istəklərdən xəbər verir və çox darıxdırıcı rəng hesab edilir. Adətən, sakit və sakitliyə can atan insanlar bu rəngi xoşlayır. Onlar bir qədər mühafizəkar, böyüklərə hörmətlə yanaşan olur.

Sona Həmzəyeva
31 iyul 2015
GO BACK