Qadin.NET / Rənglər dünyası(1)

Rənglər dünyası(1)

 

Rənglər dünyası(1)

 

Rənglərin insanın həyatında rolu danılmazdır. Dünyanı rəngli görmək böyük xoşbəxtlikdir. Rəngsiz insan həyatı darıxdırıcı və qəmgin olardı. Üstəlik, insan rəngləri görmək qabiliyyətini anadan olandan bir müddət sonra əldə edir.

Rəngli dünya uşaq üçün müəyyən ardıcıllıqla açılır. Əvvəl o, qırmızı, sarı və yaşıl, sonra isə bənövşəyi, göy və mavi rəngləri seçməyə başlayır. Ola bilsin ki, bu, Günəş spektrində olan hər bir rəngin müxtəlif dalğa uzunluğuna malik olması ilə bağlıdır. Qırmızı rəng ən uzun, atmosferdən keçəndə isə ən az dağılan rəngdir. Bunun ardınca narıncı, sarı və yaşıl gəlir. Bənövşəyi, göy və mavi rənglər görünən işığın ən qısa dalğalı hissəsidir.

Qədim zamanlardan hər bir konkret rəngə müəyyən məna verilib. Dünyamızın rəngləri bizə təkcə psixoloji və emosional təsir etməklə qalmır, xarakter və sağlamlığımızda da iz qoyur. Deyilənə görə, orta əsrlərdə həkimlər bunu bilib və  bir sıra xəstəliklərin müalicəsində xromoterapiyadan istifadə ediblər.

 

Rənglər dünyası(1)

 

 

Ətrafdakı rənglər insanın xarakteri və əmək fəaliyyətindən asılı olaraq onun iş qabiliyyətinə təsir edir. Yeri gəlmişkən, artıq müəyyən edilib ki, quşların və həşəratların çoxu göy və mavi rəngdən qorxur.

Artıq o da məlumdur ki, rənglər ürək damarlarının yığılma ritminə, nəfəs tezliyinə, arterial təzyiqə və əzələ gərginliyinə təsir edir. Belə ki, sarı otaqda nəbz normal, mavidə yavaş olur, qırmızıda isə döyünmə artır. Əgər gözləri bağlı adamın üstünə qırmızı işıq salsan, o qollarını yana açmağa çalışır, göy rəng salsan, əllərini bir yerə yığmağa çalışır. Bu, beyin strukturunun aktivləşmə dərəcəsi ilə bağlıdır: qırmızı rəngin oyandırıcı effekti göy rəngdən daha çoxdur.

Otaqları boyayarkən insanın bioloji tələbatı nəzərə alınmalıdır. Bu daha çox divar kağızı və pərdələrə aiddir. Ailə üzvlərinin birinin daha çox vaxt keçirdiyi, kitab oxuduğu, zehni işlə məşğul olduğu otaqda yaşıl rəngə üstünlük vermək, göy və mavi rəngdən istifadə etməmək məsləhətdir. Əks halda bu otaqda çalışan yuxuya meyl edər. Artıq sübut olunub ki, mavi rəng rahatlıq və yuxu gətirir. Bu səbəbdən də yataq otaqlarını bu rəngə boyamaq məsləhətdir.

 

Rənglər dünyası(1)

 

Pessimistlərin və skeptiklərin qaçdığı rəng – ağ

Ağ təmizlik, məsumluk, təravət, sərinlik, düzgünlük və aydınlıq rəmzidir. Bu rəngi ancaq istisnalı həyat situasiyalarında sevmək olur. Məsələn, uzun müddət xəstəxanada olanda və həyat tərzini dəyişəndə. Göz qamaşdırıcı ağ rəng hətta bayılmaya səbəb ola bilər. Bu rəng eyni zamanda boşluq rəngidir. Ağa çox baxanda insan tez yorulur. Ağ rəngi sevənlər ilk növbədə çox səliqəli olur. Bu rəngi istənilən xarakterli insanlar seçə bilər. Lakin pessimistlər və skeptiklər bu rəngdən qaçır.

Depresiyaya meylli olanların rəngi – qara 

 Qara zülmət, hüzr, ölüm, ağırlıq rəmzidir. O ağırlaşdırır, yanındakı rəngi təsirini artırır. Uşaqlara belə rəngdən istifadə etmək məsləhət deyil. Uşağın bu rəngə meyl etməsi onun ağır psixikasından və həyatını tamamilə dəyişmiş stressdən xəbər verir. Qara rəngə meylin artması uşağın psixoloji vəziyyətinin ağırlaşmasından xəbər verir. Psixoloqların bəziləri bu rəngə üstünlük verən insanların reallığı neqativ qəbul etdiyini deyir. Onlarda özlərinə inam olmur. Depressiyalara meyl edirlər. Digər psixoloqlar isə əksinə, bu rəngə üstünlük verənlərin inadkar və kompromissiz olmasını, gizli, ehtiraslara meyl etdiyi düşünür.

Həssaslıq və mistika rəngi – bənövşəyi 

Bənövşəyi rəng çox güclü təsirə malikdir. O, gecə, sirr, mistika, inam, sadəlik, dözümlülük, kədər, fəlakət, qocalıq rəmzidir. Bu rəngə üstünlük verənlər həssas, tez inanan və qıcıqlanan olur. Bu rəngi seçənlər təsir bağışlamağı xoşlayan və özləri də tez təsirlənən olurlar. Eyni zamanda kənardan özlərinə baxmaq qabiliyyətinə də malikdirlər. Hər zaman köməyə ehtiyacları olur.

Ardı var...
Sona Həmzəyeva
30 iyul 2015
GO BACK