Bir çox heyvan yetiştiricisi heyvanların hərəkətlərinə baxaraq hava proqnozunu təxmin etməkdədir. Xüsusilə fırtına və ya çox isti keçəcək olan günləri heyvanlar çox əvvəldən qəbul edə bilməkdədir. Elm adamları bunun səbəbinin heyvanların bizdən daha yüksək bir həssaslığa sahib olmalarına bağlayır. Hava praqnozu bildirən heyvanlar bunlardır.
Qurbağalar
Qurbağalar yaxınlaşan fırtınanı əvvəlcədən hiss edərək həcmlərini artırır və yüksək səslə qışqırırlar.
Quşlar
Quşlar uçduqları yerə görə havanın vəziyyətini müəyyən edərlər. Quşlar yüksəklərdə uçsa, hava gözəl və açıq olur, əgər alçaqdan və yerə yaxın uçurlarsa, yuxarıda hava təzyiqi yüksəkdir. Hər an fırtına və şiddətli yağış yağa bilər.
İnəklər
İnəklər pis havalarda əvvəl narahatlıq yaşayır və quyruqlarında ağcaqanad yığılmağa başlayır. Ümumiyyətlə özlərini bağlı bir sahəyə soxmadıqça narahatlıqları bitməz. Bunun bir elmi açıqlanması yoxdur, bu hadisə illərcə əkinçilik edən insanlar tərəfindən müşahidə edilmişdir.
Arılar və kəpənəklər
Arı və kəpənəkləri görmədiyiniz an anlayın ki, hava pis olacaqdır. Bu heyvanlar fırtına və şiddətli yağışa dayanıqlı deyillər. Bu hava hadisələrindən əvvəl tamamilə ortadan yox olarlar.
Qoyunlar
Bir qoyun sürüsü bir-birinə soxulub heç ayrılmırsa, qətiliklə yağış, ya da fırtına olacaqdır. Ümumiyyətlə qoyunlar sürü halındaykən otlaqlarda bir-birindən ayrılaraq ot yerlər. Lakin edilən müşahidələrdə havanın pozulmasına yaxın bu heyvanlar bir qalxan kimi bir-birinə soxulur və gedərkən belə ayrılmazlar.
Uğur böcəkləri
Uğur böcəkləri sürülər halında və çoxdursa, isti bir gün sizi gözləyir. Əgər onları ağac qabıqlarında, ya da qayaların altında görsəniz, şiddətli yağış yağacaqdır.
Qarışqalar
Qarışqa yuvalarının ağızları bağlıdırsa, dərhal evə girməkdə fayda vardır. Çünki qarışqalar qüvvətli yağış və ya fırtına üçün tədbir görməkdədirlər.