Qadin.NET / Vəsvəsələrdən necə qurtulaq?

Vəsvəsələrdən necə qurtulaq?

Vəsvəsələrdən necə qurtulaq?

İndi sizə bəzi sözlər söyləyəcəyəm. Sizlər sözü eşitdiyiniz ilk ağılınıza gələn şeyə diqqət edin! ... Gecə ... Qara .... Şərq ... Yay ....
       Yəqin ki, ağılınıza, gecəni eşitdiyiniz zaman gündüz, qaranı eşitdiyiniz zaman ağ, şərqi eşitdiyiniz zaman qərb və yayı eşitdiyiniz zaman qış gəlmişdir. Yəni deyilən sözlərin tam ziddi ağlınıza gəlmişdir.
       Bunun səbəbi budur; xaricdə uzaqlıq səbəbi olan ziddlik, xəyalda yaxınlıq səbəbidir. Yəni həqiqətdə, gecə ilə gündüz, qara ilə ağ, şərq ilə qərb və yay ilə qış arasında son dərəcə uzaqlıq var. Və bunlar həqiqətdə əsla bir araya gələ bilməzlər. Amma xəyal, ziddləri bir araya gətirir ki, buna; bir fikrin, başqa bir fikri çağırması, başqa sözlə, "tədai-yi əfkar" deyirlər.

       Tədai-yi əfkarın səbəbi; əşyalar arasında bəzi gizli münasibətlərin var olmasıdır. Hətta heç ümid etmədiyimiz şeylər içində bu münasibətlər vardır. Bu münasibətlər, ya şəxsən tapılar və ya xəyal məşğul olduğu sənətə görə o ipləri bir-birinə bağlamışdır. Elə bu səbəbdən; bəzən müqəddəs bir şeyi görmək və ya düşünmək, göz qabağına çirkin bir şeyi xatirə kimi gətirər. Kişi namazda ikən və ya dua edərkən, ya da ilahi hüzurda bir ayəni təfəkkür edərkən, bu tədai-yi əfkar adamı tutub, ən rəzil işlərə sövq edər.

       Həm bəzən ürək yorulur, fikir özünü əyləndirmək üçün bəzi başqa şeylərlə məşğul olur. Elə şeytan bu anda fürsət tapır, insanı pis düşüncələrə sövq edir.
       Bu vəsvəsədən xilas olmağın çarəsi isə; əsla təlaş etməməkdir, "nə qüsur etdim" deyərək araşdırmayla məşğul olmamaq və xəyalın pis şeylərlə məşğul olduğunun fərqinə çatdığımızda dərhal təfəkkürə dönərək, qaldığımız yerdən davam etməkdir. Çünki kədərləndikcə və əhəmiyyət verdikcə o zəif xatırlama və çağırışım, daha da qüvvətlənər və xəyali bir xəstəliyə çevrilər.

Vəsvəsələrdən necə qurtulaq?

       Həm bilməliyik ki, bu, ürəyin bir xəstəliyi deyil. Və bu cür xəyallar, ümumiyyətlə ixtiyarsızdır, adamın iradəsini dinləməz. Bu görə məsuliyyəti də yoxdur.

       Həm tədai-yi əfkardan yalnız yaxınlıq vardır, təmas və bir-birinə qarışmaq yoxdur. Onun üçün fikirlərin keyfiyyətləri bir-birinə sirayət etməz, bir-birinə zərər verməz. Necə ki, şeytan ilə mələk ilhamlarının ürəkdə yaxınlığı var, amma yenə də yaxşılar ilə pislərin bir-birinə yaxınlıqları və bir məskəndə dayanmaları zərər vermir. Eynilə də fikirlərin bir-birini çağırması səbəbiylə istəmədiyimiz pis xəyalların, sadə fikirlərin içinə girməsi də zərər verməz.
       İndi bu vəsvəsədən bunları öyrəndik:

       1- Xaricdə uzaqlıq səbəbi olan ziddlik, xəyalda yaxınlıq səbəbidir.

       2- Fikirlərin bir-birini çağırması səbəbiylə müqəddəs bir mənanı təfəkkür edərkən bəzən çirkin xəyal görünə bilər.

       3- Ürəyin yorulduğu və fikrin özünü əyləndirmək üçün bəzi şeylərlə məşğul olduğu bir anda şeytan səni pis xəyallara sövq edə bilər.

       4- Bu xatirələr ürəyin bir xəstəliyindən ötəri deyildir və ixtiyarsız olaraq ağla gəlir.

       5- Kişi bu cür xatirələrdən (qəsdən etmədikcə) məsuliyyət daşımır.

       6- Müqəddəs mənalar ilə pis şeylər bir-birinə qarışmaz, aralarında nə təmas vardır, nə də sirayət.
       7- Əgər adam bu pis xəyallardan zərər gördüyünü zənn edərsə, ya da onlardan xilas olmaq üçün məşğul olarsa, o zaman zərər görər. Onsuz da şeytanın istədiyi də budur. Zərər gördüyü zənni ilə səni ümidsizliyə salmaq, ya da xilas olmağa çalışarkən o zəif xəyalı qüvvətləndirməkdir.

       8- Bu vəsvəsədən xilas olmağın çarəsi: əsla təlaş etməməkdi,. "nə qüsur etdim" deyərək fikrimizi bunla məşğul etməmək və xəyalin pis şeylərlə məşğul olduğunun fərqinə çatdığımızda dərhal təfəkkürə dönərək, qaldığımız yerdən davam etməkdir.


5 mart 2016
GO BACK