Qadin.NET / Yuxu formasına görə xarakter analizi

Yuxu formasına görə xarakter analizi

Yuxu formasına görə xarakter analizi!

Yuxu üzərinə araşdırma və analizlər edən mütəxəssislərə görə 6 ortaq yuxu forması ilə fərqli şəxsiyyətlər bir-biri ilə əlaqəlidir.

Mütəxəssislərə görə 6 ortaq yuxu forması insanların şəxsiyyətlərini əks etdirir.

Yuxu Elm Mərkəzi professoru Kris Idzikovski insanlar arasındakı məşhur yuxu mövqelərini analiz etdi və yuxu formaları yalnız insan sağlamlığına təsir etməklə yanaşı eyni zamanda insanların şəxsiyyət xüsusiyyətləri ilə də əlaqəli olduğunu ifadə etdi. Yatış forması yuxuya getmə və sağlam yuxu üzərində olduqca təsirlidi.

Döl forması

1000 insan arasında edilən araşdırmalarda 41 % nisbəti ilə ən məşhur olan yatmaq formasıdır. Bu şəkildə yatan insanlar xaricə dönük bir imic yaratsalar da içlərində çox həssas və utancaqdırlar. İnsanlara öyrəşmələri bir az zaman tələb edə bilər,+ amma öyrəşdikdən sonra sonra istiqanlı xarakterlərini dərhal ortaya çıxararlar.

Sola bükülərək yatmaq bəzi sağlamlıq problemlərinə yol aça bilər, xüsusilə mühim orqanlar olan ağciyər, mədə ya da qaraciyərdə. Buna görə döl şəklində yatanlar üçün mütəxəssislərin tövsiyəsi sağa doğru bükülərək yatmaqdır.

Kötük forması

Hər iki qolun da aşağı doğru forma aldığı yan uyğunlaşma şəklidir. Bu formada yatmağı seçən insanların xaricə dönük və itaətli olduğu müəyyən olunmuşdur. Bu insanların ən zəif nöqtələri hər kəsə çox asan güvənmələridir.

Həsrət çəkmə forması

Bu yuxu şəkli də yana dönük bir formadır. Amma digərlərindən fərqi iki qolun da önə doğru uzadılmış olmasıdır.

Bu şəkildə yatan insanlar şübhəçi və tənqidi də ola bilərlər. Qərar almaları uzun davam edir, amma bir dəfə də qərar verdilərsə, heç kim onları fikirlərindən daşındıra bilməz.

Əsgər forması

Arxa üstə yuxu foeması olub yatan adamın qolları iki yanda mövqelənir. Əsgər formasında yatan insanlar səssiz və içinə qapalı bir şəxsiyyətə sahibdirlər. Gərək özləri gərəkirsə yaxınları üçün yüksək həyat standartları meydana gətirməyə çalışarlar.Bu şəkildə arxa üstə yatmaq nəfəs problemlərinə və xoruldamağa səbəb olur xüsusilə də xoruldamağınız  yanınızda yatan kəslərin bərbad bir gecə keçirməsinə səbəb olur. Üzüstə yatmanız həm sizin üçün, həm də yanınızda yatan insan üçün daha dinc ola bilər.

Sərbəst eniş forması

Mədənin üzərində, əllər başın üstündə və yastığın ətrafında başınız da sağ ya da sol yana dönük yatış formasıdır.

Sərbəst yuxu forması seçən insanlar xaricə dönük və qoçaq olurlar. Hər nə qədər təkəbbürlü görünsələr də, əslində özlərinə yönəldilən tənqidləri nəzərə alırlar. Sərbəst eniş formasında olduğu kimi yuxu əsnasında alınan digər üzüaşağı mövqelər həzm üçün müsbət təsir edirlər.

Dəniz ulduzu forması

Arxa üstə və qollar başın üstündə yuxu formasıdır. Deniz ulduzu şəklində yatanlar yaxşı bir dinləyici olur. Bu səbəbdən da etibarlı dostdurlar. Bundan əlavə başqalarına kömək etməkdən xoşanırlar, amma maraq mərkəzi olmaq xoşlarına getməz.

Əsgər formasında yatanlar kimi dəniz ulduzu formasında yatanlar da nəfəs problemi yaşayarlar və yuxu əsnasında xoruldayarlar.

1 iyun 2015
GO BACK