Qadin.NET / Elektrikli ütünün icadı

Elektrikli ütünün icadı

Hal-hazırda çox fərqli funksiyalarıyla hər evdə ən əhəmiyyətli əşyalardan biri halına gələn ütünün icadı 17-əsrin əvvəllərində reallaşdırılmışdır. İlk istifadə edilməyə başlandığı dövrlərdə paltarların qırışıqlıqlarını dümdüz etmək məqsədiylə isidilən ağır daşlar istifadə olunurdu. Sonralar ucunda sap olan düz dəmir lövhələr atəş üzərində isidilərək paltarların düzləşdirilməsində istifadə edildi. Bu tətbiqdə çətinlik həm ağır olması, həm də istiliyin uzun müddət qalmaması oldu. Sonrasında bu düz dəmir lövhələr oyularaq içlərinə kömür qoyulmağa başlandı. Bu cür ütülərin ən böyük problemi çox ağır olmaları idi.

Elektrikli ütünün icadı

Elektrikli ütünün icadı

Amerikalı bir ixtiraçı olan Henry Seely 1888 –ci ildə elektrikli ütünü icad etdi. Icad edilən bu elektrikli ütü iki çubuq karbonun arasına yerləşdirilən elektrik kabelləri dəmirin istiləşməsi təmin edilirdi. Bu sayədə ütüləmək asan olurdu.

1905-ci ildə buxarlı ütü icad edilmişdir. Bu gün də istifadə edilən bu tərz ütülər, həm su, həm də elektriklə işləyir. Ütüdə olan bir su hissəsinə qoyulan su, elektrik sayəsində isidilməkdədir, bu istilənən su da altda olan dəmir örtükdən buxar olaraq çıxmaqdadır. Ortaya çıxan bu buxar sayəsində həm çox rahat, həm də qüsursuz ütüləməkdədir.

Elektrikli ütünün icadı

İnsanlar geyindikləri paltarları düzgün bir şəkildə istifadə edə bilmək üçün çox fərqli işlər görmüşlər. Bu işlər və sınaqlar nəticəsində fərqli üsullar tapılmışlar. İlk zamanlarda mərmər, odun və şüşə kimi isidilə biləcək əşyalardan istifadə edərək paltarlar düzləşdirilməyə çalışılmış və ütünün icadının təməlləri atılmışdır. Yuxarıda da bəhs etdiyimiz kimi Henry Seely ütünün döşəməsini qızdırmaq məqsədiylə elektrikdən faydalanmışdır. Beləcə 1888-ci ildə elektrik ütünün icadı reallaşmış oldu.

Elektrikli ütünün icadı

Elektrikli ütülər zaman içərisində olduqca inkişaf etmişdir. Ancaq elektrikin az istifadə edildiyi dövrlərdə, bu ütülər böyük bir ticarət uğuru əldə edə bilmədi. New Yorkda Eldez adında bir quru təmizləmə şirkəti, 1926-ci ildə buxarlı ütünü çıxararaq ütüyə ayrı bir funksiya qazandırdı. İlk zamanlarda çox uğur əldə edə bilmədi. Ancaq bu gün həmin ütülər çox inkişaf etmiş və istifadə edilən ütülərin az qala hamısı buxarlı sistemlə istehsal edilməkdədir.

29 may 2015
GO BACK