Qadin.NET / Ayaqlarımızın bizə dediyi 9 şey

Ayaqlarımızın bizə dediyi 9 şey

Ayaqlarımız bizə bəzi xəstəliklər ilə əlaqədar məlumatlar verir. Ayaqlarda rəng dəyişiklikləri, tərləmə, qaşıntı, dırnaqların vəziyyəti bir xəstəliyin səbəbi ola bilər. Ayaqlarımızın bizə izah etmək istədiyi 9 şey bunlardır.

Ayaqlarınız davamlı soyuq olurmu?

Ayaqların davamlı soyuq olması bir çox insanın başlıca problemidir. Soyuq ayaqlar, zəif bir qan dövranının işarəsidir. Ağciyərlərdə olan bir çox problem soyuq ayaqlar ilə özünü göstərə bilir. Siqaret istifadə edənlərdə  və zəif bir ağciyər quruluşuna sahib olanlarda qanda oksigen azaldığından əl və ayaqlara kifayət qədər qan getmir. Bu hadisə ayaqların və əllərin soyuq olmasına səbəb olur.

Qaşınan ayaqlar

Qaşınan ayaqlar ümumiyyətlə bir göbələk problemini ortaya qoyur. Nəmli mühitlərdə həyat tapan göbələk növləri barmaqların arasına, ayaq daban çatlaqlarına və dar ayaqqabı geyinənlərdə meydana gələ bilir. Göbələk qətiliklə müalicə edilməsi lazım olan bir xəstəlikdir. Qaşınan ayaq, göbələk, sədəf kimi xəstəliklər səbəbli ola bilər.

Ayaqlarımızın bizə dediyi 9 şey

Ayaq rəngində dəyişmə

Bəzi vəziyyətlərdə isti və soyuğa ya da stresə reaksiya verən ayaq dərisi rəngini dəyişir. Bu xəstəliyə Ranaud fenomeni deyirlər. Damarlar daraldığından qan dövranı pis işləyir və rəng dəyişməsi meydana gəlir. Zamanla ağ olan rəng maviyə çevrilir.

Çomaq barmaqlar

Çomaq barmaqlar, əl və ya ayaq barmağında olan dəyişmələrdir. Dırnaq yatağı yumşalar, barmaq ucu şişər, barmaq dırnaq ilə birlikdə əyilər. Qanda oksigeni azaldan ürək və ağciyər problemləri ilə meydana gələr. Sıxlıqla ağciyər xərçəngi, ürək xəstəlikləri əlaməti olmaqdadır.

Ayaqlarımızın bizə dediyi 9 şey

Şişən ayaqlar

Ayaqları şişməyən insan yoxdur. Zamanla ayaqlarda şişmələr meydana gəlir. Uzun səfərlər, dar ayaqqabılar, ayaqda çox dayanmaq ayaq şişməsinə səbəb olur. Bu şişlik bir neçə gündən çox davam edərsə, ürək çatışmazlığı, böyrək xəstəliyi, diabet qaynaqlı ola bilər.

Ayaqlarda yanma

Ayaqlarda yanma əslində şəkər xəstəliyinin başlıca əlamətidir. Şəkər xəstəliyində ayaq sinirlərində yaranmış zədə və dövran problemlərinin başlıca əlamətidir. Klimaksa  girən qadınlarda ayaqlarda yanma sıxlıqla qarşılaşılan bir problemdir.

Ayaq baş barmağından ağrı

Ayaq baş barmağında olan ağrı, dırnaq kənarından başlamışsa, bu dırnaq göbələyi, ya da dırnaq batması ola bilər. Revmatizm  xəstəliyi ilə əlaqədar ani ağrılar meydana gələ bilər.

Ayaqlarımızın bizə dediyi 9 şey

Sarı ayaq dırnaqları

Ayaq və dırnaq göbələyi dırnaqlarda rəng dəyişməsinə səbəb olur. Ümumiyyətlə sarı rəng ilə başlayaraq zamanla tünd qəhvəyə doğru rəng dəyişdirir. Xüsusilə, şəkər xəstəliyiniz varsa, dırnaq göbələyi qətiliklə müalicə edilməlidir.

Ayaq barmaqlarında hissiyyatsızlaşma və keylik

Ayaq barmaqlarında keyləşmə və hissiyyatsızlaşma, ümumiyyətlə bel yırtığından qaynaqlıdır. Beldə iki disk arasında sıxışan sinirlər bu nöqtədən ayaqlara qədər endiyi üçün üzərində yük səbəbi ilə ayaq barmaqlarında uyuşmalara səbəb olur.

2 iyun 2015
GO BACK