Qadin.NET / İlk velosipedi kim kəşf edib?

İlk velosipedi kim kəşf edib?

Təkərin kəşfi çox keçmişə dayansa da, velosipedin kəşfi üçün o qədər geriyə baxılmır. Gəlin birlikdə öyrənək, ilk velosipedi nə zaman, kim kəşf etdi?

Velosiped ilk olaraq Fransada kəşf edilib. 1790-ci  illərin əvvəlində iki təkərli bir oyuncaq düzəltməyi düşünən Sivrac Qrafı fərqində olmadan  velosiped fikrini də həyata keçirirdi.

Daha sonra Badoisli Baron Drais bu iki təkərli nəqliyyat vasitəsinin üzərinə bir sükan əlavə etdi və buna Draisienne adını verdi. Əvvəllər xalqın böyük bir narahatlıqla qarşıladığı bu əcaib nəqliyyat vasitəsi sonralar isə moda oldu.

Hal-hazırda istifadə edilən ilk velosiped isə 1839-ci ildə İngiltərənin DUMFRIES bölgəsində, Courthill qəsəbəsində dəmirçiliklə məşğul olan İskoçya'lı Kirkpatrick Macmillan tərəfindən düzəldildi. Təxminən 27 kilo ağırlığında olan bu velosipedin skeleti tamamilə taxtadan ibarət idi. Ön tərəfində bir at başı olan velosipedin təkərləri dəmirdəndi. Ön təkərin diametri 80 sm, arxa təkərin isə 105 sm idi. Velosipedi hərəkət etdirmək üçün, kranklar vasitəsilə arxa təkərə bağlanmış pedallar istifadə edilirdi. Velosipedin irəliləməsini pedalların ayaqlarla irəli və geri hərəkət etdirilməsi təmin edirdi.

Kirkpatrick Macmillan, milyardlarla insan tərəfindən seviləcək, hər ölkədə və hər dövrdə istifadə ediləcək bir icad etdiyini bilmirdi. Macmillanın velosipedi icad etməkdəki tək məqsədi, yaşadığı qəsəbə ilə şəhər arasındakı 22 kilometrlik məsafəni daha sürətli və daha az yorularaq gedib gəlməsinə yarayacaq bir vasitə inkişaf etdirmək idi. Inkişaf etdirdiyi velosiped o qədər çox işinə yarayırdı ki, demək olar bütün səyahətlərini velosiped ilə edirdi.

İlk velosipedi kim kəşf edib?

1842-ci ildə bir iş üçün 64 km-lik məsafədəki Glascowa gedən Macmillanın etdiyi icad o qədər maraqlı idi ki GLASCOW Herald qəzetində xəbər olaraq çıxdı. Etdiyi alətin "şeytan icadı" olduğunu ifadə edən qəzet xalqın maraqlı baxışlarını və dayana bilmək üçün bir uşağa vurduğunu yazdı. İlk velosiped qəzası olaraq tarixə keçən bu qəza üzündən polis tərəfindən 5 şillinq pul cəzası verildi. Qəsəbəyə geri qayıtdığında Macmillan qardaşı oğlu Mary Marchbanka velosipedi istifadə etməyi  öyrətdi. Dayısının etdiyi velosipedlə bir neçə tur atan Mary Marchbank dünyada velosipedə minən ilk qadın ünvanını qazandı.

18-ci əsrin ikinci yarısında məşhur olan bu alətlərin dizaynında atlar nümunə alınırdı. Amma həmişə əskik parçaları vardı. Kimisində pedal yox idi, kimisini istiqamət verməyə yarayacaq bir sükan tapılmırdı.

Müasir velosipedin ilk versiyası 1860-ci ildə Ernest Michaux və atası Pierre Michaux tərəfindən Fransada edildi. Ernest Michaux bir çox tarixçi tərəfindən velosipedi kəşf edən adam olaraq qəbul edilməkdədir. Bu Fransız velosipedində  taxta təkərlər, dəmirdən gövdə, sükan və pedallar var idi. Pedallar ön təkər göbəyinə bağlı, 360 dərəcə dönebilən və arxa təkərlər daha kiçik idi.

1869-ci ildə fransızlar velosipedə beynəlxalq adını yəni Velocipedesi verdi. Hətta dilimizə velespit olaraq girmiş və uzun illər bu ad istifadə  edilmişdi.

Velosipedi  inkişaf etdirmələrə baxmayaraq hələ çox ağır və təkərlərinin taxtadan, ya da dəmirdən edilməsi səbəbiylə çox sərt idi. Tamamilə metaldan və yüngül bir velosipedin patenti ilk dəfə 1870-ci ildə İngilis Coventry Makinists Co. şirkətində işləyən James Starley və William Hillman tərəfindən alındı. Bu velosipedin ən əhəmiyyətli xüsusiyyəti təkərlərində ilk dəfə tel istifadə edilməsi idi. Velosipedlərin təqdimatı üçün Starley və Hillman, heç dayanmadan 154 km. yol qət edərək bir gündə Londondan Coventriye getdilər.

Starley və Hillman velosiped üzərində etdikləri dəyişiklər ilə ilk çarxlı velosipedi yaratdılar. 1871-ci ildə bu velosiped Vitess olaraq 8 silindr, çarxlı olaraq da 12 silindrli bazara təqdim edildi. O illərdə velosiped daha çox kişilər tərəfindən istifadə  edilirdi. Velosipedə qadınların marağını çəkmək və onlara xüsusi bir velosiped düzəltmək fikri Samuel Webb Thomas tərəfindən düşünüldü. Etdiyi velosipedin patentini 1870-ci ildə aldı. Təxminən 4 il sonra Starley və Hillmanın velosipedi üzərində edilən bir neçə dəyişikliklə ardıcıl istehsala başlandı. Lakin velosipedin kompleks pedal sistemi ilə üzərində tarazlığı saxlamaq  çətin olması və yüksəkliyi səbəbiylə yıxılma anında da ciddi yaralanmalara səbəb olmasından ötəri rəğbət görmədi.

İlk zəncirli velosiped ilk dəfə 1873-ci ildə H.J. Lawson tərəfindən düzəldildi. Sussex Cücesi adlı velosipedin taxta təkərlərrinin diametri 58 sm idi. Lawson, 1879-ci ildə kəşfini daha da inkişaf etdirdi, lakin, bu dəfə də ön təkərin diametri, arxa təkərə nisbətlə təxminən iki qat daha böyük idi. Bu velosiped ilk dəfə 1880-ci ilin fevral ayında bir sərgidə ictimaiyyətə təqdim edildikdən sonra dərhal satışına başlandı. Arxa təkərə zəncirlə bağlı pedallarla çalışan alçaq gövdəli ilk qadın velosipedi də 1884-ci ildə yenə H.J.Lawson tərəfindən kəşf edildi.

Amerikada 1899-ci ildə təxminən 1 milyon velosiped istehsalı edildi və satıldı, 31 milyon dollardan çox gəlir əldə edildi. Ancaq 1909-ci ildə motosiklet və avtomobilin sürətli yüksəlişi, ABŞ-da velosiped sektorunun geriləməsinə səbəb oldu.

1960-cı illərdə və 1970-ci illərdə tullantı qazlarının yol açdığı hava çirkliliyi böyük bir narahatlıq yaratdı, həmçinin enerji böhranının də baş verməsiylə velosipedin məşhurluğu çox artdı. Bəzi şəhərlərdə velosiped zolaqları və xüsusi velosiped yolları açıldı. Velosiped istifadəsini təşviq edən bu yeniliklər və velosipedin inkişaflar ilə 1980-ci illərin ortalarında Amerikada təxminən olaraq 82 milyon velosiped istifadə edilməkdə idi.

Təxminən 200 il əvvəl icad edilən velosipedin indiki vaxtda isə bir avtomobil qiymətinə satılanlar belə var.

29 iyun 2015
GO BACK