Qadin.NET / Bir yaşından əvvəl qadağan olan qidalar

Bir yaşından əvvəl qadağan olan qidalar

 

Bir yaşından əvvəl qadağan olan qidalar

 

Körpələrin ilk 4-6 aylarına qədər yalnız ana südü ilə bəslənmələri, ardından da mütləq əlavə qidalara başlamaları təklif edilir. Ancaq əlavə qidalara 4-cü aydan əvvəl qətiliklə başlanmaması lazımdır. Bunun səbəbi isə körpələrin mədə-bağırsaq sistemi və böyrək funksiyaları kifayət qədər inkişaf etmədiyi üçün bu dövrdə əlavə qidaları almağa hazır olmamalarıdır.

İnək südü və buğda unu kimi əlavə qidalara vaxtından əvvəl  başlamağın ən böyük riski isə körpədə qida allergiyasına yol açmasına səbəb ola bilər. Bunun əksinə əlavə qidalara gec başlandığında isə qeyri-kafi enerji və zülal qəbuluna bağlı infeksiya riskinin artması, dəmir əksikliyinə bağlı anemiya, qatı qidaları və çiynəməyi öyrənə bilməmək və  qeyri-kafi vitamin , mineral qəbuluna bağlı böyümə, inkişaf geriliyi kimi bir çox ciddi problem ortaya çıxa bilir.

Körpələrə əlavə qida verərkən son dərəcə diqqətli olmaq lazımdır. Çünki sadə kimi görülən səhvlər irəli yaşlarda ciddi sağlamlıq problemləri meydana gətirə bilir. Məsələn, körpələrə 1 yaşından əvvəl verilən duz damarlarda yığılaraq erkən yaşda qan təyziqi  xəstəsi olmalarına yol aça bilir.

Bir yaşından əvvəl qadağan olan qidalar

Duzlu qidalar damarlara zərər verir. Körpələrin bəslənmələrində edilən ən çox səhvlərdən biri duzlu qidalar yedirtmək olur. Edilən araşdırmalar körpələrin 60%-nin 1 yaşından əvvəl evdə böyüklər üçün edilən tomat pastalı, duzlu və ədviyyatlı yeməkləri yediyini göstərir. Halbuki körpələrə 1 yaşına gələnə qədər duzlu heç bir qidanı verməmək  lazımdır. Amerika Birləşmiş Ştatlarında  aparılan araşdırmalarda  doğuşdan etibarən 15 yaşına qədər qan təzyiqi izlənilən körpələrin, ilk 1 yaşda yeməklərində yüksək nisbətdə duz olanların, aşağı duz istifadə edənlərə görə qan təzyiqi daha yüksək tapıldı. Çünki körpəlik dövründə həddindən artıq duz, yəni natrium istehlakı qan təzyiqini yüksəldərək ürək –damar və  böyrək xəstəliklərinə zəmin hazırlayır. Bunun nəticəsində də körpənin yetkinlik dövrünə gəldiyində daha erkən yaşda, hətta uşaqlıq çağında belə təzyiq xəstəsi olmasına yol aça bilir. 1 yaşından kiçik körpələrin duz almamaları lazımdır.

 

Bir yaşından əvvəl qadağan olan qidalar

 

 

Bir yaşından əvvəl qadağan olan qidalar

- Bal: Qəbizlik, əmmə və udma çətinliyi, tənəffüs dayanması, əzələ zəifliyi kimi əlamətləri ortaya çıxarar və ölümə səbəb ola bilər.

- Yumurta ağı: Allergiyaya səbəb ola bilir.

- İnək südü: Allergiya, qəbizlik və dəmir əksikliyinə yol aça bilir.

- Kakao, şokolad və çiyələk: Allergik reaksiya meydana gətirə bilir.

- Çərəzlər: Qoz, fındıq, kişmiş. Nəfəs borusuna düşmə riski var.

4 mart 2016
GO BACK