Qadin.NET / Dik dur, əyilmə!

Dik dur, əyilmə!

Dik dur, əyilmə!

Dik və düzgün duruşa sahib insanların özündən əmin olduqları, özgüvənlərinin daha çox olduğu ortaya çıxdı. Bəs  sizcə dik durmağın faydaları nələrdir?

Duruşumuz ətrafımızdakı insanlara ruh halımız və vərdişlərimiz haqqında məlumat verir.

Aparılan araşdırmalar duruşumuzun yalnız fiziki olaraq deyil ruhi olaraq da bizi əks etdirdiyini göstərir. Alimlər dik və düzgün duruşa sahib olan kəslərin özündən əmin olduqları və özgüvənlərinin daha çox olduğunu tapmışlar.

Sağlamlığına və görünüşünə əhəmiyyət verənlər başda olmaq üzrə hamımızın diqqət etməsi lazım olanlar bunlardır.

Davranış alimlərinin apardığı araşdırmalar nəticəsində dik duruşun həyatınızdakı müsbət xatirələrinizi ortaya çıxardığı ya da ümumi olaraq müsbət düşüncələrə sahib olduğunuzu göstərmişdir. Səhv duruş isə enerjinizin düşməsinə və bilvasitə olaraq depressiyaya daha yaxın olduğunuzu göstərmişdir.

Özünüzü ifadə etməyiniz, bədən diliniz və insanların sizi necə qəbul etdiyi duruşunuzla əlaqəlidir. Harvard və Kolumbiya universitetlərindəki tədqiqatçıların nəşr etdiyi bir xəbərdə dik duruşun bədən dilində gücü simvollaşdırdığını və şüuraltında fikirlərin qərarlarının təsirli olduğu tapılmışdır.

Demək, duruşumuz həyatımıza düşündüyümüzdən daha çox təsir edir. Daha xoşbəxt, daha qərarlı və güclü olmaq üçün duruşunuzu düzəltməktən başlaya bilərsiniz.

Dik durmadığımız zaman nəfəs alışı-verişi çətinləşər, həzm problemləri ortaya çıxa bilər. Dik durmamağın zərərləri bunlarla məhdud deyildir.

Duruşunuzun düzgün olmaması onurğa üzərinə həddindən artıq yük düşməsini, bel və boyun bölgəsində gərginliklərə və ağrılara yol açar. Eyni zamanda yorğunluq, baş ağrısı da duruşunuzu düzgün olmamasından qaynaqlana bilər.

Aparılan araşdırmalar duruş pozğunluğunun daxili orqanlar üzərində də ciddi təsirləri olduğunu ortaya çıxarmışdır. Əyriliyin artması ilə nəfəs alış-verişi çətinləşir, qan təzyiqi yüksəlir və həzm problemləri ortaya çıxa bilər. Ən əhəmiyyətlisi isə sinə qəfəsinin sıxışması ağciyərlərə basqının artmasına və tənəffüs həcminin 30% nisbətində azalmasına səbəb olur. Düzgün duruşla bütün bu stresslər ortadan qalxar, əzələlərdəki gərginliklər azalır.

Dik dur, əyilmə!

Duruşumuzu düzəltmək üçün nələr edə bilərik?

Dik oturmaq və dik dayanmaq olduqca asandır. Ancaq çətin olan bu mövqeni gün ərzində qorumaqdır. Ağlımıza hər gəldiyi zaman daha dik oturarıq. Ancaq 5 dəqiqə sonra yenə eyni donqar mövqedə taparıq özümüzü. Hətta çox vaxt dik durunca kürəyi ağrıyan kəslərə rast gələ bilərik. Bunun səbəbi dik duruşu təmin edən əzələlərdəki gərginliklər və əzələ qüvvəsinin qeyri-kafi olmasıdır.

Gərgin və qüvvətsiz bir əzələ bədən ağırlığınızı daşımaz və bütün yükün onurğaya düşməsinə səbəb olar. Gün ərzində normalda əzələlərin daşıması lazım olan yükü daşıyan onurğa gün sonunda həddindən artıq stressdən ağrımağa başlayar. Əgər bu vəziyyət belə davam edərsə, bel əyriliyinin qalıcı hala gəlməsi, bel və boyun bölgəsində yırtıqların əmələ gəlməsi qaçınılmazdır.

Olduqca sadə və qısa sürən bu anatomik problemlər vaxtından əvvəl təyin edilərsə, meydana gələ biləcək narahatlıqların önünə keçə bilərsiniz. Məşq proqramı ilə əzələlərinizi qüvvətləndirə bilərsiniz. Beləcə, dik dayanmaq və dik oturmaq sizin üçün gündəlik həyatın imtina edilməz bir parçası halına gələr.

15 may 2015
GO BACK