Yumurtanı 5-12 dərəcədə saxlamadıqda xarab olma ehtimalı daha böyükdü. Ev şəraitində yumurta soyuducu, karton qutu içərisində və təbii qoruyucu təbəqəsini itirməməsi üçün yuyulmadan saxlanmalıdır.
Yumurtanın təzə olduğunu necə bilmək olar?
Yumurtaların təzə olduğunu bilmək üçün kasaya su tökün.Yumurtaları suyun içinə qoyun. Yumurtalar kasanın dibinə batarsa, təzədir. Əgər yumurta suyun üzərində üzürsə, köhnədir və istifadəyə yararlı deyildir.
Yaxşı qaynadılmış yumurtanın mərkəzində kiçik bir nəmli qisim olur. Sarımtıl və ya yaşılımtıl rəng çox pişdiyinin göstəricisidir. Yumurtanı tam qaynatmaq üçün yumurtaların bir-birinə dəyməyəcəyi böyük bir qazanda bişirmək lazımdır. Qazan nə yumurtalar çox tərpənəcək qədər geniş, nə də bir-birinə dəyəcək qədər dar olmalıdır. Yumurtaları su tamamilə qaynadıqdan sonra qaşığın köməyiylə yavaşca suya buraxın. 8 dəqiqə bişirin və vaxt tamam olduqdan sonra yumurtaları tamamilə soyuyana qədər soyuq suya qoyun. Bu üsulla ləziz qaynadılmış yumurtalar edə bilərsiniz.
Yanan polad tavanı soda və sirkə ilə əvvəlki vəziyyətə gətirmək mümkündür.
Yemək bişirərkən ocaqda unudulan bir tava. Hər yeri bürüyən yanıq qoxusu. Əvvəl yanan yeməyə kədərlənib, sonra da dibi yanmış tava necə təmizlənər deyə qara-qara düşünməyə başlayırıq. Yanan tavanı yenidən tərtəmiz etmək mümkündür. Bunun üçün 1 çay qaşığı soda və 1 fincan sirkəni tavada qaynadın. Həm üzərində olan qara ləkələr çıxacaq, həm də tavamız tərtəmiz olacaq.
Ərp tutan yerlər necə təmizlənir?
Çaydanda yığılan ərpdən xilas olmaq üçün kimyəvi dərmanlar almağa ehtiyac yoxdur. Kartof qabığıyla da asan bir şəkildə onu yox edə bilərsiniz. Su qaynatdığımız qabların içində ərp əmələ gəlir. Ərf olan qabların içinə soyduğunuz kartof qabıqlarını qoyub uzun müddət qaynadın.
Fincandakı çay və qəhvə ləkələri necə təmizlənir?
Fincanlarınızdakı qəhvə və çay ləkələrini asanlıqla necə çıxara bilərsiniz? Qəhvə və çay səbəbiylə keramik fincanların içərisində qalan ləkələr canımızı sıxmağa başlayır. Bir dəsmala soda töküb fincanların içini ovun. Sonra bol su ilə fincanları yuyun. Ləkələrdən əsər -əlamət qalmaz.
Mətbəx şkafları necə təmizlənir?
Taxta mətbəx şkaflarının qapaqlarında xüsusilə qulplarının kənarları tez çirklənir. Həmin yerləri təmizləmək üçün sadə bir qarışıq hazırlamaq lazımdır. 1 qaşıq duru yağ və 2 qaşıq sodanı qarışdırın. Əldə etdiyiniz qarışığı təmizləmək istədiyiniz qismlərə sürtüb diş fırçası və ya süngərin köməyi ilə ovun. Ardından nəmli bez ilə təmizləyin. Fərqi görəcəksiniz.