Qadin.NET / Nağıl kimi yerlər-1

Nağıl kimi yerlər-1

Noyşvanştayn qəsri, Almaniya

Nağıl kimi yerlər-1
Nağıl kimi yerlər-1

Bu romantik qəsr 1868-ci ildə Bavariya şahı 2-ci Lüdviq tərəfindən tikdirilmişdir. Bu qəsr hal-hazırda Avropada ən çox ziyarət olunan qəsrlərdən biridir. 

İşıldaquşları mağarası, Yeni Zelandiya

Nağıl kimi yerlər-1
Nağıl kimi yerlər-1

Yalnız Yeni Zelandiyada yaşayan göbələk ağcaqanadları bu mağarada məskən salmışlar. Elə buna görə də bu mağaraya daxıl olduqda insana elə gəlir ki, qarşısında əfsanəvi ulduzlu səma var.

Kolmar şəhəri, Fransa

Nağıl kimi yerlər-1
Nağıl kimi yerlər-1

Fransanın ən gözəl köhnə məhlələrindən ibarət şəhəri hesab olunur. Bu şəhərin kiçik olmasına baxmayaraq burada 5 muzey, 4 kitabxana, 3 teatr, "Le Grillen" yeni musiqi zalı müasir incəsənət mərkəzi fəaliyyət göstərir.

Batu mağaraları, Malayziya

Nağıl kimi yerlər-1
Nağıl kimi yerlər-1

Batu mağaraları, Hindistanın xaricində yerləşən, hal-hazırda fəaliyyət göstərən yeganə müqəddəs mağaralardır. Bura hər il böyük sayda zəvvarlar gəlir. Bu mağaralar təxminən 400 milyon il bundan qabaq tikilmişdir. Deyilənə görə burda Şiva Allahın Muruqan adlı 2-ci oğlu dəfn edilmişdir.

Vasili Blajenni məbədi, Rusiya 

Nağıl kimi yerlər-1 
Nağıl kimi yerlər-1

Moskvada Qırmızı meydanda yerləşən pravoslav məbədi. Çoxları üçün o, Rusiyanın simvoludur.  Kilsə İvan Qroznının əmri ilə Kazan xanlığı üzərində qazanılmış qələbəyə həsr olunması münasibətilə tikilib.

Yasəmən tuneli, Yaponiya 

Nağıl kimi yerlər-1 
Nağıl kimi yerlər-1

Bu Yasəmən tuneli hal-hazırda Yaponiyanın Kitakyusyu şəhərində yerləşir. Burada ağ, mavi, bənövşəyi və göy rəngli yasəmənlər var. Tuneldə olduğunuz zaman Yasəmənin xoş ətri və gözəlliyinə heyran olmamaq mümkün deyil.

Monastır ТакsaРЅРі-лакhанг, Butan 

Nağıl kimi yerlər-1 
Nağıl kimi yerlər-1

Bu Monastır Dağın döşündə, qayaların üzərində 3120 metr hündürlükdə yerləşir. Monastırın adı "Pələng yuvası" kimi də tərcümə olunur.Əfsanəyə görə bu mağaraya müəllim Padmasambhava pələngə çevrilmiş həyat yoldaşının belində gəlib çıxmışdır.

Kristallar mağarası, Meksika

 Nağıl kimi yerlər-1  

Nağıl kimi yerlər-1

Kristallar mağarası Nayka şəhərini altında 300 metr dərinlikdə yerləşir. Burda 11 metr hündürlüyündə buzlar var. Təəssüf ki, rütubət və -48 dərəcə havaya görə turistlərə bu mağara bağlıdır.

21 aprel 2015
GO BACK