Qadin.NET / Tarixdən...(2)

Tarixdən...(2)

Kommunist yazılarına görə 12 il həbs cəzsı almışdır. Öldürüləcəyindən qorxduğu üçün Stalinin hakimiyyətindəki Rusiyaya gedən Nazim Hikmət, 1951-ci il, 25 iyul tarixində, nazirlər kabinetinin qərarıyla türk vətəndaşlığından çıxarılmışdır. Ölümündən 46 il sonra, 5 yanvar, 2009-cu ildə, yenə nazirlər kabinetinin qərarıyla bu, ləğv olunmuşdur.

Alman ordusu 1938-ci il, 12 martın sabahı sərhədi keçərək qonşu ölkə Avstraliyaya girir. Ancaq topla-tüfənglə qarşılanmaq əvəzinə, güllərlə, qərənfillərlə qarşılandı. Buna görə də bu hadisəyə "Güllərin savaşı" adı verildi.

Ömər Xəyyam riyaziyyat üzərindəki çalışmalarda, bilmədiyini "şey" olaraq qeyd etmişdi. Bu çalışmalar ispan dilinə çevrilərkən "xay" olaraq tərcümə edilmişdir və zamanla qısaldılıb "x" halını almışdır.

I Abdulhamid Osmanlı-Rusiya muharibəsində Özi qalasının rusların əlinə keçəcəyini və qala içərisindəki əhalinin ruslar tərəfindən öldürüləcəyi xəbərini alınca iflic keçirərək 1789-cu ildə ölmüşdür.

Mustafa Kəmal "ingilislərə qalib gələnə qədər, Tanrının da ingilis olduğunu zənn edirdim". (Mahatma Qandi)

II Dünya müharibəsində Amerikanın planladığı gizli psixoloji müharibə əməliyyatlarından biri də yaponların müqəddəs saydığı Fuji dağını qırmızı rəngə boyayaraq yaponların əhvalına zərbə vurmaq idi. Amma əməliyyat üçün lazım olan təyyarə sayı və bombanın miqdarını düşünüldükdə əməliyyat ləğv edilib.

Böyük İsgəndər  uşaqlıqdan bəri yanından ayırmadığı Bucephalus adındakı atını çox sevirdi və hər savaşa onunla qatılırdı. Hind Racası Porus ilə etdiyi müharibədə bu at ölür, ölən atının adına bir şəhər qurur. Həmin şəhər Pakistan sərhədinin içindədir.

İlk dəfə kinoteatrda xalqa film göstərən Lumiere qardaşları olub. Bu, 1895-ci ildə, Parisdə həyata keçirilib. Onlar insanlara kinoteatrı, kinonu tanıdıblar. Təxmini 45-50 saniyədən ibarət olan filmləri 33 nəfər izləyib, həmin tamaşaçılar, ilk film izləyənlər kimi tarixə düşüb.
16 aprel 2015
GO BACK