"Kök yesəniz, gözləriniz yaxşı görər" bu cümlənin təməli II dünya müharibəsinə gedib çıxır. Alman qırıcı təyyarələrini bir-bir yararsız hala salıb partladan İngilis ordusu, hazırladıqları radar texnologiyasını gizlətmək üçün, qazetlərdə pilotların daha yaxşı görməsinin səbəbini kök yeməklə izah etdi, onlar bolluca kök yedikləri üçün yaxşı görürlər. Bu açıqlamalardan sonra insanlar kök tərəvəzinə üstünlük verdilər. Kök-göz sağlamlığı üçün faydalıdır, amma deyilənlərin əksinə, kök, daha yaxşı görməyimizə səbəb olmaz.
İlk puleymot 1718-ci ildə, Londonlu bir vəkil olan James Puckle tərəfindən icad edilmişdir.
9 fevral 1895-ci ildə idman müəllimi olan W. G. Morgan, ABŞ-da Springfield-də edilən idman konferansında "Mintonette" adını verdiyi yeni bir oyun göstərdi. Basketbol qədər yorucu olmadığı üçün sevilən bu, oyun "Voleybol" adıyla dünyaya yayıldı.
Big Bertha, almanlar tərəfindən I dünya müharibəsində istifadə edilən 48 tonluq silahdır. Hardasa 930 kq-lıq topları, 15 km-ə qədər atıcılıq qabiliyyəti olan bu silahdan almanlar 13 ədəd istehsal etmişdilər. Ancaq silahı işlək hala gətirmək üçün 200 nəfərin 6 saat işləməsi lazım idi.
İngilis kralı 8-ci Edward İstanbula Atatürkün ziyarətinə gəlir, axşam yeməyinə gedirlər. Yemək veriləndə, ofisiantlardan biri həyacanlanaraq yıxılır və əlindəki yeməklər yerə düşür. Ətrafdakılar və qonaqlar utanıb qızarırlar, ancaq Atatürk, heç halını pozmadan kralın qulağına tərəf əyilərək: "Mən bu millətə hər şeyi öyrətdim, bircə hanballığı öyrədə bilmədim" deyib.