Üsulu "4-7-8" kimi yadda saxlamaq olar.
Burun vasitəsilə 4 saniyə sakitcə nəfəs alın.
Nəfəsinizi 7 saniyə saxlayın.
Sonra tələsmədən ağızdan 8 saniyə ərzində nəfəs alın.
Bax bu qədər sadədir. Bu nəfəs hərəkətləri ürək ritmlərini yavaşıdır və sakitləşdirir. Bu çox tez baş verir, bir neçə təkrardan sonra. Bu qəribə görünsə də işə yarayır.
Bu necə işləyir?
Əmin ola bilərsiniz ki, nəfəsinizi verməyi 8 saniyə gözlətməklə siz nəticəyə səhərə artiq nail olmuş olursunuz. Siz stress və ya həyəcan hiss edən zaman qandakı adrenalinin səviyyəsi yüksəlir, tənəffüs sürətlənməyə başlayır. Qeyd olunan metodika sankı sakitləşdirici təsir göstərir. Yavaş-yavaş nəfəsi verməklə tənəffüsü saxlamaq ürək ritmlərinin azalmasına səbəb olur. Bu fiziologiyadır.
Hər belə təcrübə sizin zehninizi sakitləşdirir. Sadəcə ona görə ki, siz hər dəfə tənəffüs hərəkətlərini sayırsınız və fikrinizi ona cəmləyirsiniz. Bu zaman siz onu hiss etməsəniz də, sizin mərkəzi sinir sisteminiz tədricən sakitləşməyə başlayacaq və təlaş hissi azalacaq. Bu üsulun effektliyini sizə istənilən nevroloq təsdiqləyə bilər.
Nəticədə bütün bədən relaksasiya etmiş olur. Bu üsulun effektliliyini sizə edilən ağrıkəsici ilə müqayisə edə bilərsiniz. Bu metodu Harvarddan tibb elimlər doktoru Endryu Veyl öyrənmişdir. O müəyyən etmişdir ki, "4-7-8" praktikası hind yoqa ustalarına artıq neçə əsrlərdir ki, məlumdur. Onlar bundan öz meditasiyalarında tam rahatlanmaya nail olmaq üçün istifadə edirlər. Ona görə bə bunu tam təhlükəsiz hesab etmək olar.
Bu konkret olaraq sizə necə faydalı ola bilər?
Üsulun tətbiqi müxtəlif situasiyalardan aslıdır. Məsələn: əgər siz gecə yaırısı oyanmısınız və çox fikirləşirsiniz, buna görə də heç cür yata bilmirsiniz. Ya da siz imtahan və ya yarış öncəsi həyəcanlısınızsa, "4-7-8" metodu sizə kömək edəcək. Yatmağa hazırlaşdığınız anda hər gecə istifadə edin və sabah yuxundan onun necə təsir etmək effekti ilə yaxşı əhvalla yuxudan oyanın .
Alina Qonzales