Rafael Santinin Apostol Sarayında yaratdığı əsər. "Afina Məktəbi" əsəri Rafaelin, eləcə də bütün Renessans incəsənətinin ən tanınmış əsəridir. Rəsmin çəkilmə tarixi 1509-1510-cu illərə təsadüf edir. Üslubu Freska, Ölçüləri 500 sm × 770 sm. Əsər Vatikanda Apostol Sarayında saxlanılır.
"Afina Məktəbi" əsərində müxtəlif dövrlərdə yaşamalarına baxmayaraq, bir-biri ilə fikir mübadiləsi aparan , ideyalarını bölüşən antik, klassik dövrün böyük alimləri, riyaziyyatçıları və filosofları bir məkanda göstərilir. Rəssam dünya tarixində, elmində, incəsənətində müxtəlif dövlərdə dərin izlər buraxmış insanları bir yerdə təsvir etməklə dünyada aparıcı güc kimi hikməti, insaf və gücü, ədaləti, elmi göstərmək istəmişdir. Rəsm əsərində diqqətlə baxsaq bu müdrikləri asanlıqla tanıya bilərik
1.Eleyli Zenon
2. Epikür
3. Federico II Gonzaga
4. Boesius
5. İbn Rüşd
6. Pifaqor
7. Alkiviad və ya Makedoniyalı İsgəndər
8. Antisfen və ya Ksenefon
9. İsgəndəriyyəli Hipatiya
10.Esxil
11. Parmenid
12. Sokrat
13. Efesli Heraklit və ya Mikalencelo
14. Platon başqa bir fikrə görə Leonardo Da Vinçi
15. Aristotel və "Nikomax Etikası" kitabı
16. Diogen
17. Plotin
18. Evkilid ya Arximed şagirdləri ilə
19. Hipparx (İlk ulduz kataloqunu tərtib etmişdir. Apardığı hesablamalar sayəsində ilk ulduz qlobusunu hazırlamışdır.ona görə əlində ulduz qlobusu var)
20. Ptolemey (Ptolemey dünyanın modelini yaratmağa cəhd etmişdir. Onun təsəvvürünə əsasən yer kürəsi dünyanın mərkəzində durur və bütün başqa göy cisimləri (ay,ulduzlar, planetlər) onun ətrafında fırlanırlar. Bu səbəbdən əlində qlobusla təsvir olunub)
21. Protogen
R. Apelles (Rafaelin öz obrazında)