Bir qəza olduqda həkim gələnə qədər zərərçəkmişin vəziyyətini daha da ağırlaşmaması üçün müdaxilə olunur.İlk müdaxilə heç bir dərman vasitəsindən istifadə etmədən olur. Bu ilk yardım dərsi almış və ya bu haqda biliyi olan bir insan tərəfindən edilməlidir.Çünki başqa fəsadlar törəyə bilər.
İlk yardım da əsas 3 məqsədi var:
1.Həyatı qurtarmaq
2.Vəziyyətin pişləsməsinin qarşısını almaq
3. Xəstənin sağalmasını asanlaşdırmaq
İlk yardımda əvvəl xəstənin nəfəs yolunun açılması və normal nəfəs almasını təmin etmək lazımdır.
İlk tibbi yardım ləvazimatları qanı durdurmağa,yaranın mikrob qapmamağı və ya oxşarı vəziyyətlərində ilk müdaxilə üçündür.İlk yardım avadanlıqları hər minik maşınında,evdə,işdə mütləq olaması gərərkənlərdən biridir.Ən əsasları isə bunlardır:
Bint,yod, spirt,pambıq,yanıqa qarşı maz,tibbi əlcək,yara yapışdırıcısı və s.
Çox zaman doğru edilən ilk yardım yaralanmanın gücünü azaltmaqa kömək edir.Buna görə də hər zaman hər yerdə ilk yardım çantası olması vacibdir.
İstisnasızdır ki,həyatımızın bir vaxtında ilk müdaxiləyə bizimdə ehtiyacımız ola bilər.Həmin vaxt yanımızda çanta olmaya bilər və ya olsada içindəkilərin yararsız vəziyyətdə olduğunu görə bilərik.Bunun üçün mütləq ilk yardım çantanızı həmişə diqqət mərkəzində saxlayın.İlk yardımı edən şəxs ilk növbədə sakit və təlaşsız olmalıdır.Ətrafa vəziyyətin necə olduğunu bildirməlidir.Vəziyyətə hakim olub ilk yardımı etməlidir.Və bu arada da xəstəxanaya bu haqda məlumat verilməlidir.İlk yardım edildikdən sonra xəstə mütləq xəstəxanaya yerləşdirilməlidir.