Britaniya yazıçısı Fred Qettinqs 1978-ci ildə, 1915-ci ildə nəşr olunmuş "Şahzadə Meriyə hədiyyələr" uşaq nağıl kitabını tapır və burada rəssam Artur Şepperton tərəfindən çəkilmiş pəri şəkillərini qızların şəkillərinə çox bənzədir.
1981 və 1982-ci ildə BBS kanalındakı "İzah olunmazlar" verlişində Elsi şəkillərdəki pərilər Qettinqsin aşkar etdiyi kitabın illyustrasiyalarından çəkildiyini etiraf etdi. Amma bununla belə Elsi və Frensis yene de etiraf edirdilər ki, onlar həqiqətən də pəriləri görüblər, şəkillərini çəkməyə onların gücü çatmadığı üçün saxtakarlıq etmək qərarına gəldilər.
1983-cü ildə "Britniş-curnal of fotoqrafi" jurnalının yaradıcısı Ceffri Krouli, Elsi və Frensisi küncə sıxıb onlara hər şeyi etiraf etdirməyə nail olduğu haqqında məqalə nəşr etdi. Onun sözlərinə görə Elsi "artıq hər şeyi etiraf etmə vaxtı çatıb", deyə razılaşdı. Rənglənmiş və kəsilmiş siluetləri, onun sözlərinə görə şilyapalar üçün olan millərlə bərkidirdilər. Qnom fiqurlarını gildən hazırlayıblar. "Ay, necə biz bacımla pərilər haqqında oxuyarkən əylənirdik." Elsi fiqurlar üçün hansı uzunluqda mill tələb olunduğunu göstərdi, mili fiqurların orta hissəsinə keçirib ya tortağa, ya da daha uyğun bir yerə sancırlarmış. "Əgər o vaxt şlyapalara sancılan millər dəbdə olmasaydı- o əlavə edir- heç bir Kottinqli pəriləri də olmazdı."
Frensis daha açıq danışdı: "Mən Elsi ilə düzəltdiklərimizi dələduzluq adlandırmazdım-biz sadəcə özümüzü gicliyə qoymuşduq. Mənim indi də başımda hər şey qaydasında deyil. Necə bizə ciddi inanmaq olardı-bunu, kim inanmaq istəyirdi onlar yaymışdı."
Sonralar Elsi öz əhvalatına dəyişiklik etdi. Əslində qızlar çay kənarında oynamağı sevirdilər, valideyinləri isə tez- tez onları gec gəlmələrinə və paltarlarını çirkləndirdiklərinə görə danlayırdı. Qızlar çay kənarında oynamağı velideyinlərinin qadağan edəcəklərindən qorxaraq, pərilər haqqında hekayələr uydurmaq, buna inandırmaq üçün şəkillər hazırlamaq qərarına gəldilər. Çoxsaylı müdafiəçiləri belə bir fikir də səsləndirirdilər ki, Elsi həmin dövrdə fotostudio işlədirdi və daha bir neçə fotoeffektlər də hazırlamışdı. Sonrakı hadisələr daha geniş miqyas aldıqdan sonra balaca yalandan qaçmaq mümkün olmadı. Elsi sonralar etiraf edirdi ki, o kumiri Artur Konan Doylı pərişan etməmək üçün bu yalanı davam etdirməli olub." Biz əvvəlcə yalanımızı ona görə etiraf etmədik ki, valideyinlərimizin qəzəbindən qorxduq, sonra isə bizim sevimli yazıçımız ser Artur Konan Doylı məyus etmək istəmədik. Biz indi ele bir yaşdayıq ki, gərək hər şeyin düzünü etiraf edək. Mən bilirəm, çox uşaq inanır ki, bizim bəxtimiz gəlirib, Frensislə mən nağıllar aləmində olmuşam. Belə bir şey olmayıb! Çox təəssüff ki..."
Fotoqrafiyanın və fotoapparatların sonrakı taleyi
Birinci iki şəkil poçt vastəsi ilə C. Qardnerə göndərildi, o şəkillərin keyfiyyətindən razı qalmadı, belə ki, şəkillər solğun və bulanıq idi. Onun xahişi ilə aparıcı fotoqraf Qarold Sneqqinq, Qarnerin sonralar öz mühazirələrində dəfələrlə istifadə etdiyi slaydları hazırladı.
Edvard Qardnerin oğlu Lesli 1972-ci ildə şəkillərin orjinal plastinkasını və məktubu Ledski universitetinə göndərdi, onlar hal-hazırda da orada qorunur. Həmin ildə Elsi fotokameranı və 5 şəklin hamısını auksiona satdı. Bütün bunlar S.C. Robinsona çatdı, o da öz növbəsində Ceffri Krouliye bağışladı. Krouli 1998-ci ildə əvvəlcə onları auksionda satıb əvəzinə akvralellə elə Elsi tərəfindən çəkilmiş 3 pəri şəkillərini, onun məktubunu və Doylın ilk kitabını almaq istyədi, lakin fikrini dəyişir və onu indiyə kimi qorunub saxlandığı Bardfordun milli muzeyinə bağışlayır.
37 şüşə slaydlardan ibarət Frensisin kolleksiyası qutuda baqlanıb, üzərinə müəllifin adı yazılıaraq ekzenplyar kimi auksionda "Pərilərin gönüməsi " kitabı ilə bir yerdə 16 iyul 1998-ci ildə 21.620 funt serliqə, Londonun kitab mağazası alır. Mağazada adının anonim qalmasının istəyən nadir əşyalar kolleksiya edən ABŞ vətəndaşına böyük pul müqavilində bunu satır.
2001-ci ildə Bonxams və Bruksdakı auksionda 6 min fund sterliqlə bir neçə şüşə slayd və neqativlərdən ibarət daha bir arxiv satılır. Güman edilir ki, bunlar Qardner tərəfidən pəri şəkillərinin orjinallığını yoxlamaq üçün edilmiş kopyalardır. Arxiv materialları içərsində Elsi və Frensisin Artur və Polli Rayt ilə şəkilləri də var. Güman ki, Qardner bu şəkilləri teosofiya cəmiyyətinə vermiş, sonralar o da satışa çıxarılmışdı, alıcı adını gizli saxlamışdı. Artur Raytla bağlı daha bir şəkil C. Mousonun(Böyük Britaniya) kolleksiyasında saxlanılır. "Ayris və qnom" imzalı şəkil 1917-ci ildən son illərə kimi teosofiya cərəyanının üzvlərindən olan və Edvard Qardnerlə yaxın rəfiqəlik edən Meri Eliza Reddikə məxsus olub. Şəkil ondan A. Ridunin əlinə keçir və nəhayət 17 iyul 2008-ci ildə Coterbi aksionunda 2 min font serliqə satılır. Alıcı məlum deyil.
Yəqin ki, Rayt və Qriffiksonun dostlarının da əlində olan şəkillərin başqa kopyaları da var.