Qadin.NET / Kottiqli pəriləri (3-cü hissə)

Kottiqli pəriləri (3-cü hissə)

 

 

Lehinə və Əleyhinə

1922-ci ildə Doyl Elsi və Frensisin hekayələri ilə bağlı - "Pərilərin aşkara çıxması" (The Coming of the Fairies) adlı kitab nəşr etdirdi. Doyl qəti idi: "İnsan irqinə bənzəyən, çoxsaylı əhalisi olan, onun kimi yaşayan və fəaliyyətdə olan , hərəkət tezliyi ilə fərqlənən xalqcıqlar mövcuddur".

Doli daha dərinə gedirdi, o deyirdi ki, şəkillərdə pərilərdin saçdığı "maqnit işiğını" görür, hansı ki, onlar "həyat enerjisini" bunun vasitəsi ilə bərpa edir. O,pərilərin meydana çıxmasını izah edən  nəzəriyyə də yaratmağa cəht etdi. 1923-cü ildə O, Elsidən bu yazı ilə növbəti şəkli aldı. "Mən əmin deyiləm- yazırdı o- bütün bunlar musiqidən yaranan titrəyişdir, hansı ki, mənim hafizəm onu pəri kimi canlandırır. Düzünü desəm, mən bilmirəm, pərilər haqqında nə demək lazımdır, o nədisə titrəyişlidir, səslidir, onun rəngi var və sevinc hiss bəxş edir."

Doyl hesab edirdi ki, qızlar çox böyük ağıl gücünə sahibdilər, belə ki, Frensis də hansısa "ektoplazma"- adlı mistik enerji növündən danışırdı, məhz bundan pərilər öz bədənlərini quraraq gördüyümüz obrazı alıblar. 1921-ci ildən sonra təsvirin ala bilinməməsi, onunla izah olundu ki, cinsi yetişkənlik psixoloji enerjini boğur, Frensisin ektoplazması tükənirdi və nəticə göz qabağında idi.  Öz növbəsində 1891-ci ildə Doyl tərəfindən yaradılmış "Psixikanı öyrənən cəmiyyət"in idarə heyəti belə qənaətə gəldilər və açıq şəkildə bildirdilər ki, şəkillərin həqiqiliyi yalnız Doylın şəxsi fikirlərinin ifadəsidir.

Qardner, öz növbəsində gözləmə mövqeyi tutmuşdu, pərilərin mövcudluğu müzakirə olunan zaman "onların nüvələri istənilən formaya düşə bilər. Onlar insan cildinə girməyi bacarırlarsa, demək eybəcər və ya zərif, qalın və ya incə də ola bilərlər" -onlar insan simasını qızlarla görüşmək üçün alırdılar. Onda əleyhdarlar inkar edirdilər ki, necə ola bilir ki, pərilər həmişə eyni yerdə və eyni insanların gözlərinə görünür və başqa yerlərdə peyda olmurlar, teosofiyaya görə müxtəlif vaxtlarda və həmin tipli varlıqlar görünən ola bilərlər. Qəribədi, gərək onlar fərqlənərdilər -o çıxışını yekunlaşdırmışdı.

 

Hadisələr genişlənib yayılmağa davam edirdi. Şəkillər "Strend meqezin" jurnalında dərc olunduqdan sonra çay sahilinə ziyarətlər başladı. İş o yerə çatdı ki, gələcəyi görən Ceffri Hocso pərilərini "görməyə" yolladılar, burada "mistik səviyyədə" baxış keçirdi. Elsi ilə onları "gördülər", amma yeni şəkil əldə etmək mümkün olmadı. Bununla yanaşı Hocson "Pərilərlə iş və oyun ərzində" adlı kitab da nəşr etdirdi, burada o qəti şəkildə bildirirdi "Mən  şəkilləri çəkən qızların doğruluğuna inanıram. Mən onlar və ailələri ilə bir neçə həftə qaldım, onların söylədiklərinin, uzaq görənlikləri və istedadlarının  hərtərəfli doğru olduğuna əmin oldum. Həm də mən özüm də Kottinqlinin dar vadisində eyni pəriləri gördüm."

Onun sözləri heç də hər kəsi inandıra bilmədi. Özü parapsixologiya ilə məşqul olan, fizik Oliver Lodc (Oliver Lodge) şəkillərə çox şübhə ilə yanaşırdı. O öz baxışı ilə gənc qızları incitmədən bu barədə belə yazırdı:

"(...)  Heç bir dələduzluğa və hiyləgərliyə əl atmadan, günahsız niyyətli qızlar, onlar oynamağı sevirlər və bu zaman müxtəlif şeylər uydururlar, bu da öz dostlarının fantaziyasını inkişaf etdirmək, böyük ustalıqla  hazırladıqları fiqurları bölüşmək, sonra onlara şəkil çəkdirməkdən ibarətdir"

Kələk və yalan

Keçmiş illyuziyaçı Ceyms Rendi  bir çox şarlatan və fırıldaqçıları aşkara çalxaran fövqəltəbii güclərə sahib biri kimi məşhurlaşmışdı. O, 1964 cü ildə onun gözləri qarşısında öz məharətini göstərməyi bacarana 10 min dollar pul mükafatı təqdim edəcəyini söyləmişdi. 1978- ci ildə Kottiqli pərilərinin şəkilləri onun diqqətini cəlb etdi. Onun təkidi ilə şəkillər çox böyüdüldü və şəkil haqqındakı fikirlərini o "Kələk və yalan" adlı kitabında belə bildirdi:

"Paranormal hadisələri öyrənən elmi cəmiyyətin üzüvləri Robert Şiffer və onun kolleqası Ulyam  Spoldinq şəkillərin böyüdülməsi texnikasından istifadə edərək, çox təəccübləndilər, bu ola bilməz! Şəkildə pəriləri  saxlayan iplər aşkar olunmuşdu".

Onun tapıntısı üzə çıxan kimi Elsiyə öz yalanını etiraf etmək üçün adam göndərilir. Elsi ona cavab olaraq açıq məktub yazmaq qərarına gəlir və bu New Scientist jurnalında dərc olunur, burada heç bir ironiya olmadan hansı hündürlükdən sapların asıldığı və bununla kağız pəriləri eyni vəziyyətdə neçə saxlamağın mümkünlüyü soruşulurdu. Rendi dilxor olsa da, yenə də öz dediyində qaldı və "Bağın dərinliyindəki Pərilər" kitabında öz nəzəriyyəsini və şəkillərin böyüdülməsi təklifini nəşr etdirdi.

 

Kottiqli pəriləri (3-cü hissə)

 

 

Elsi və Frensisin öz-özlərini ifşa etməsi

50 ildən sonra Elsi və Frensis 1971-ci ildə özlərinin ilk interviyusun Bi-bi-si kanalına verdilər, onlar hər cəhdlə çalışırdılar ki, şəkillərin saxtakarlığı mövzusuna toxunmasınlar.

Elsi: Əvvəllər mən mister Qardneri məyus etmək istəmirdim. İndi açıq danışmaq olar. Mən Bibliyaya and içə bilərəm ki, atam nə baş verdiyini dərk edə bilmirdi.

Jurnalist: Həm də Bibliyaya and içə bilərsiz ki, şəkillər orjinaldır?

Elsi (susdu): Mən o vaxt 2, yox...3 şəkil hazırlamışdım. Daha ikisinin Frensis çəkmişdi. 

Jurnalist: Bu fənd işlənmiş şəkil deyildi ki? Bibliyaya buna görə and işə bilərsinizmi?

Elsi (susur): Əgər narazı deyilsinizsə, bu mövzuya toxunmayaq...amma mənim atamın bu işlərlə heç bir əlaqəsi yox idi. Tamamilə buna əmin ola bilərsiniz. 

Jurnalist: Belə çıxır ki, siz 50 il ərzində bütün xalqın başını aldatmısınız? Bu 10 gün ərzində də bizi ələ salırdız? (Elsi gülümsündü)

Elsi (yumuşaq): Düşünürəm ki, biz söhbəti yekunlaşdırsaq yaxşı olar.

Daha böyük uğura 1976-ci ildə Yorkşirski telviziya kompaniyasının müxbiri Ostin Mitçell nail oldu. O, müsahibəni açıq havada, daha doğrusu  məşhur şəkillərin çəkildiyi iddia edilən çay sahilində apardı.

Mitçell: Sağlam düşüncəli  insanlar adətən pərilərlə rastlaşmırlar. Razılaşın ki, kimsə bunun əksini deyirsə, onun sözlərinə şübhə ilə yanaşacaqlar.

Frensis: Bəli.

Mitçell: Başqa sözlə əgər siz yenə də onları gördüyünüzü və onlarla şəkil çəkdirdiyinizi əminliklə deyirsinizsə, demək o zaman biz ümumi razılığa gələ bilərik.

Frensis: Bəli, bele demək olar.

Mitçell: Yəni siz?

Frensis: Yox

Elsi: Yox

Mitçell: Ola bilər ki, siz hansısa formada şəkillərə uydura bilərsiz?

Frensis: Əlbəttəki yox. Siz deyirsiniz ki, prinsipcə bunu Elsi edib. Bir düşünün, onun o vaxt 16, mənim isə 10 yaşım var idi. On yaşlı uşaq ola bilər ki, kimnləsə danışmasın?

Əminliklə qeyd edirdi, "Şəkillər həqiqi idi və  çəkiliş edilən zaman heç bir hiylədən istifadə olunmayıb".  Elsi bir dəfə demişdi ki,"Orada pərilərin olmasına inandırmaq üçün o, Bibliyaya and içməyəcək".

Brayan Koy adlı jurnalistə yazdığı məktubda Elsi konkret olaraq yazırdı- " Şəkillərə gəldikdə isə biz Frensislə hesab ediriki ki, bu bizim xəyalımızın məhsuludur".

31 mart 2015
GO BACK