Edvar Qardner və Artur Konan Doyl. Birinci ekspertiza.
Yeqin ki, bu hadisələrin ardı gəlməzdi, əgər qızların anasai-Polli Rayt və Enn Qriffits şəkilləri öz dost və tanışlarına göstərməsəydi. Elsinin anası Bradforda Teosofiya birliyinin (dinindən, dilindən, cinsindən asılı olmayaraq xalqların dil, elm, fəlsəfə mübadiləsi cəmiyyəti) üzvi idi, burada onlar fövqəltəbii qüvvələrdən və ruhun əvvəlki mövcudliğundan söhbət aşırdılar. O günün mövzusu "kiçik xalqar" haqqında idi və Polli istəmədən ağzından qızlarının pərilərlə oynadığını qaçırdı və onlarla şəkillərinin olduğunun söylədi. Lektor həmin an bu haqda maraqlandı və həmin ilin payızında şəkilləri Xarroqey şəhərinə teosofiya konqresinə göndərdi, nəhayət gələn ilin əvvəlində şəkillər birliyin rəhbəri Edvard L.Qardnerin( Edward L. Gardner) əlinə keçdi. O, şəkilləri London jurnalı Strand Madazineye göndərdi və sonrakı hadisələr geri dönməyən xarakter almağa başladı.
1920-ci ilin iyununda Strand Magazine jurnalının xahişi ilə spiritizim (ruh fəlsəfəsi) cərəyanının tərəfdarlarından olan Artur Konan Doyl Milad nömrəsi üçün pərilər haqqında material toplayırdı. Əlbəttə ki, əks-sədaya səbəb olan xəbər onun da marağına səbəb oldu. Qardnerdən birinci şəkilin kopyasını alıb 1920-ci ilin yayında onu ekspertizaya Böyük Britaniyanın aparıcı fiziklərindən olan Oliver Lodja göndərdi. Lodjun cavabı mənfi oldu, o qətiyyətlə qeyd etdi ki, şəkillər düzəldilmədir, pərilər isə rəqs qurupunun təsviridir. Lodj qeyd edirdi ki, pərilərin saç düzümü Paris modalar evinin təqdim etdiyi modellərlə üst-üstə düşür. Fotoqraf Fred ehtiyatlı cavab verirdi-" başqa sübütlar olmadığı üçün bu bir qədər şübhəli görsənir. Onu da qeyd etmək lazımdır ki, onlar hazır şəkil üzərində işləyirdilər, neqativ isə hələ də qızlarda idi. Buna doğru cavabı tapmaq üçün Qardner iyun ayında Kottinqli kəndinə gedir. Qızları sorğu-sual etdikdə onlar yenə də əmin edirdilər ki, pərilərlə oynayıblar və sözlərinin doğruluğunun sübut etmək üçün yenidən şəkil çəkdirməyə hazır olduqlarını söylədilər. 1921-ci ilin avqustunda Qarner onlara 20 vallı gözlə görünməyənləri aşkara çıxaran "Kameo" aparatını verir.
Pərilərlə çəkilən 4-cü şəkil
İctimayətin ilkin reaksiyası.
Dayl sonra Avstraliyaya getdiyi üçün onun bütün araşdırmaları və şəkillər dərc olunmamış qaldı. Qızların adları və yaşadıqları yerin adı onları digər təzyiqlərdən qorumaq üçün dəyişdirildi, amma məqalə "təhrikçi" başlıq daşıyırdı. "Çox mühüm hadisə-pərilərin şəkilini çəkmək mümkün oldu!" Bir neçə gün ərzində jurnalın bütün tirajı satıldı. Sonralar da bu mövzuya bir neçə dəfə qayıdıldı.
"İnandırıcı sübutlar" noyabr 1920-ci il, bölmə 60, səh 439-445.
"Doylinin inandırıcı nəşri, burada qızlar pərilər ilə birlikdə çəkilib və bu ictimaiyyətdə birmənalı qarşılanmadı". Dekabr 1920-ci il, bölmə 60, səh 463-468.
"Mövcud reallığı əks edirən növbəti şəkillər. Kottinqli pəriləri" mart 1921-ci il, bölmə 61, səh 199-206.
"Pərilərin mövcudluğunun sübutu" fevral 1923-ci il, bölmə 65, səh 105.
Maraqlıdır ki, Artur Rayt şəkillərin saxta olduğunu deyirdi və qonararı almaqdan imtina edirdi və əlavə olaraq qeyd edirdi ki, "Şəkillər həqiqi olsa belə,onlardan pul mənbəyi kimi istifadə etmək fikrində deyil."
Gözlənildiyi kimi bu xəbər ictimaiyyət arasında birmənalı qarşılanmadı və ehtiyatı nəzərə alaraq 1021-ci ilin 5 yanvar tarixində Thuth qəzetində belə bir qeyd nəşr olundu.
"Pərilərlə bağlı şəkillərin doğruluğunu izah etməkdən ötrü qızların necə geniş fenomen şüura sahib olduqlarını dərk etmək gərəkdir."
Digər tərəfdən "Arqus" Yeni Cənubi Yels (Avstraliya ştatı) qeyd edirdi:
"Statistikanın metodları ilə Santa Klausun mövcudluğunu inkar etməklə biz, bütün sehirli aləm haqqındakı xəyalları darmadağın etmiş oluruq."
Qızları mətbuatın təzyiqindən qorumaq üçün adları belə dəyişdirlimişdi. Belə ki, Elsi -"Ayris", Frensis- "Alis", onların ailələri- "Karpentovlar", yaşadıqları kənd-"Uest Raydiq ətrafında Dalesbi" ilə əvəz olunmuşdu. Amma sirri saxlamaq mümkün olmadı, tezliklə "Vestminster Qazet" jurnalisti Qardner və Doylın izi ilə Kottinqli kəndinə gəldi, amma heç bri şey əldə edə bilmədi, ona görə də "dərk olumayan bir işlə" məşqul olduğu qənaətinə gəldi.
Mayor Xoll-Edvards, radium mütəxəsisi (Ra- mendeleyev cedvəlinin ikinci qrup elementi) birbaşa şəkilləri "kobud saxtakarlıq" adlandırdı.
Yeni şəkillər və sonrakı ekspertizalar
Həmin illərdə qızlar daha 2 şəkil çəkə bildilər. Bu barədə Elsinin anası Polli Rayt yazırdı:
"Bütün gün ərzində hava tutqun və dumanlı idi, biz axşama kimi heç bir şəkil çəkə bilmədik, nəhayət ki, bulud tam çəkildi və günəş çıxdı. Mən bacımla bir yerdə çay işməyə getdik, qayıdanda isə bir az qəmləndik, çünki qızlar cəmi 2 pərinin şəklini çəkməyə müvəffəq olmuşdular".
Şəkillər bulanlıq olsa da, orada ağ siluetləri görmək olurdu. Növbəti-məşhur beşinci şəkli isə kameranı otların üstünə qoyub, qapısını rezinlə saxlayaraq çəkmişdilər.
Pərilərlə çəkilən 5-ci şəkil
Neqativlər, təhlükəsizliyi təmin olunsun deyə pambıq parçaya hopdurularaq Londona göndərildi. Doyl və Qardner neqativləri alanda ilk əvvəl orada qeydlərin olmasını yoxladılar. Amma qızlar üstün oldular, plastinkalar dəyişdirilməmişdi.
Şübhəli Doyl neqativləri ilyuziyayıçı hər növ saxtakarlığı və şarlatanlığı üzə çıxaran Qarri Qudinə göndərdi. Qudini bu işdə susdu. "Kodak" firmasının eksperti, Uest kompaniyasının idarə edən, 2 fotoqrafın müəllifi və fotoqrafiya bölməsinin rəhbəri hadisə ilə bağlı çox ehtiyatlı nəticə vermişdi. Onunla razılaşsaq hər bir çəklişdə düzəlişlər olmamışdır, lakin bu yalanın göstəricisi ola bilməz. Şöbə rəhbərinin fikrincə burada, formanın dəyişdirliməsi məharətli əllərin məhsuludur, başlanğıc şəkli qızlar dərə və ya ağac yanında çəkə bilərdilər, sonra hazır plastinkaya fiqurlar çəkmək olar və sonda böyük poliplastikli fotoqrafiya hazırdır, süni rəngləmələr 4-cü plastinkaya kimi balacalaşır. Ən sonda dəqiq qərar verilməsə də, hesab edirdilər ki, pərilərin təbiətdə mövcudluğu şəkildə saxtadır. Doylın xahişi ilə sonuncu ekspertizanı İngiltərənin ən yaxşı fotoqrafı araşdırmağa başladı. Onun sözlərinə görə saxtakarlığın izləri görünmür, bununla yanaşı ekspertlərdən biri pərilərin əllərinə diqqət yetirir, onlar İrlandiya və Britaniyanın "kiçik xaqlar" haqqındakı əfsanənin qəhrəmanlarının əlləri ilə üst-üstə düşür. Bununla da müəllif "Şerla Xoms" əminliklə qeyd edirdi ki, fiqurlar çəkiliş zamanı hərəkətdə olublar və şəkillərin həqiqiliyini göstərərək öz peşəkar nüfuzuna zamin oldu.
Qardner də öz növbəsində neqativi peşəkar fotoqraf Genro Stellinqə verir və onun cavabı belə olur:
"Şəkillər açıq havada çəkilib, şəkillərin hərəkətdə olması hiss olunur və studiodan fonun qaraldılması, fiqurların rənglənməsi və kağızdan istifadə kimi heç bir əlavə müşahidə olunmur. Hər iki şəkili orjinal hesab edirəm."
Əslində ilkin ekpedisiyaların nəticələri gözlənilən idi. Əsrin əvvələrinin fotoqraflarının ağlına belə gəlməzdi ki, bu mistifikasiyanı 2 kəndli qız edə bilər, fotoqraflar çətin studio işinin öhdəsindın gəlmədikləri üçün "özləri ilə barışırdılar", heç bir şey sübut edə bilmədikləri üçün də şəkillərin orjinal olduğunu söyləyirdilər.
Digər araşdırmalar Qarner tələb etmədən, bu andan etibarən pərilərin slaydlarını öz teosofik mühazirələrində aktiv istifadə edirdi.
Çox təəssüf ki, Elsi və Frensisin yeni şəkillərini əldə etmək mümkün olmadı, onların sözlərinə görə onlar kameranı quraşdıran zaman, pərilər havada itirdilər.