Qadin.NET / Halal və haram buyrulmuş yeməklər

Halal və haram buyrulmuş yeməklər

 Halal və haram buyrulmuş yeməklər

 Qurani -Kərimdə haram qida məhsulları barədə çox  qısa və üstü-örtülü məlumat verilir.Bu təbiidir.Çünki Quran insanların yemək rasionunu təyin etmək üçün deyil,onların haqqa hidayət  olunmaları üçün  göndərilmişdir.Peyğəmbər(s.ə.s) öz həyat  tərzində onlara ən gözəl şəkildə təlim vermişdir.

Ey iman gətirənlər!Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin!(Bəqərə sürəsi,ayə172)

Quşlar:

Caynağı olan yırtıcı quşlar ( şahin,qartal,kərkəs,çalağan və b)

Uçan vaxt qanad çalması qanad saxlamasından çox olan quşların əti halal,uçanda əksər hallarda qanadlarını saxlayıb çalmayan quşların əti isə haramdır.

Çinədanı,yaxud (insanın baş barmağı kimi) ayrı barmağı olan quşların əti halal,olmayanların əti isə haramdır.

Peyğəmbər(s.ə.s)buyurur:Bir tikə haramdan imtina etmək Allaha iki min rükət müstəhəb namaz qılmaqdan daha çox xoş gələr.

Yumurtalar


Əti haram olan quşların yumurtaları  da haramdır. Ovalvari görünüşə  malik olan yumurtalar halal,dairəvi yumurtalar isə haramdır.

Haram halallar

Əti halal olan heyvanların bəzi hissələri haramdır.

Heyvanın cinsiyyət orqanı( ağ ət)

Dalaq

Donbalan deyilən toxum

Öd kisəsi

Sidik kisəsi

Bəbək

Onurğa sümüyünün  kənarlarında olan piy

Balalıq

Dırnaqların arasında olan vəzi.

Su heyvanları

Su heyvanları arasında yalnız pullu balıqların əti  halaldır.


İlanbalığı ,delfin kimi  heyvanlArın əti isə haramdır.


 

Halal balığın kürüsü  halal, haram balığın kürüsü isə haramdır.Əti halal olan  pullu balıqları yalnız   sudan kənarda ,quruda  öldüyü təqdirdə  yemək olar.Tora düşən  balıqlar istisna olmaqla,suda ölən balıqların əti haramdır.

İstibra

Əti halal olan heyvanların əti dörd halda haram olur:

1.Adəti üzrə insan nəcisini yesə.(Bu halda onun əti və südü  haram,təri  də nəcis olur)

2.İnsan onlarla cinsi əlaqədə olarsa (Bu halda onun əti ,südü.ümumiyyətlə,bütün nəsli haram olur)

3.Donuz südü ilə qidalanan  və qidalanma nəticəsində  ətəcana gələn  quzunun,çəpişin və buzovun əti.

4.Şəri qayda ilə kəsilmədikdə.

Qeyd:Nəcis yeyən heyvanın ətinin halal olması  üçün ona bir müddət  nəcis yeməyə imkan verməmək lazımdır.Buna şəraitdə istibra deyilir.

Dəvə -40 gün,inək-30-40 gün,qoyun-10-14 gün,su quşları-5-7 gün,ev quşları-3 gün,balıq -1 gün istibra edilməlidir.Yalnız qeyd olunan müddət başa çatdıqdan sonra nəcis yeyən heyvanların ətindən  istifadə etnək olar.

 

2 aprel 2011
GO BACK