Qulluq
Kalanxoe heç bir xüsusi şərait tələb etməyən bitkidir. Çiçəklənmədən sonra bitki öz dekorativ görünüşünü itirsə, onu çiliklərə ayırmaq lazımdır.
İşıqlandırma
İşıqsevən bitki, parlaq günəş şüaları altında normal inkişaf edir. İşıqlanma dərəcəsinin çatışmazlığı şəraitində də mühitə yaxşı uyğunlaşır.
Tempeatur
Kalanxoe temperatur şəraitinə də qeyri-tələbkardır. Optimal temperatur yayda 20-24°C, qışda isə 12-15°C-dir. Payızda və qışda yüksək temperaturda çiçək açmır. Yayda bitkini eyvana qoymaq və ya bağa yerləşdirmək olar, amma bu halda onu yağıntıdan qorumaq lazımdır. Kalanxoe küləyə qarşı həssas deyil.
Sulama
Kalanxoeni sulamağı unutsanız, heç də narahat olmayın. Ətli yarpaqları və gövdəsi yetərincə rütubət saxlamaq qabiliyyətinə malikdir. Yazdan payızın ortalarına qədər həftədə 1-2 dəfə, soyuq havalarda isə daha nadir hallarda sulamaq lazımdır. Bitkini torpağı quruduqdan sonra da sulanmalıdır. Unutmayın: həddindən artıq su versəniz, göbələk xəstəliklərinin əmələ gəlməsinə şərait yaratmış olarsınız.
Rütubətlilik
Məxməri yarpaqları olan növləri çiləməni və yarpaqlara suyun düşməsini sevmir; yüksək rütubət onlar üçün əlverişli deyil. Hamar yarpaqlı növlərini isə tozdan təmizləmək üçün vaxtaşırı ilıq su ilə yumaq olar.
Gübrələmə
Çiçəkləyən kalanxoelərə müntəzəm olaraq gübrələr verilməlidir. Çiçək açmayan növlərinə isə aprel ayından sentyabra qədər ayda bir neçə dəfə gübrə versəniz, kifayətdir. Gübrələmə zamanı təbii gübrənin yarı dozasından istifadə edin. Çiçək açan növləri üçün kaktus gübrələrindən yararlanmaq yanlışdır.
Əlavə enerji itirməsin deyə kalanxoenin çiçəkləri solduqdan dərhal sonra çiçək saplaqlarını kəsin. Mənənə və yastıca kimi ziyanvericilərə adi mübarizə üsulları tətbiq etsəniz, kalanxoeni qoruya bilərsiniz.
Torpaq
Kalanxoe torpağa da tələbkar deyil. Substratı: meşə torpağı, torf, qum (1:1:1). Sukkulentlər üçün hazırlabmış torpaqda da əkilə bilər. Kökləri çürüməsin deyə dibçəyin dibinə yaxşı drenaj layı (məsələn, keramzit daşları) qoymaq lazımdır.
Dibçəyini dəyişmək
Cavan bitkilərin dibçəyini və torpağını hər il dəyişdirə bilərsiniz. Nisbətən iri bitkilərdə isə bu müddər 2-3 ildən birdir.
Çiçəkləmə
Kalanxoenin çiçəkləyən növləri üçün daha çox işıq lazımdır. Əks təqdirdə onlar çiçək açmayacaq. Çiçəklərin böyük və parlaq olması üçün işıqlandırma intensiv olmalıdır.
Kalanxoenin qışda çiçək açmamasının bir neçə səbəbi olar bilər: qışda saxlandığı otaq isti olduqda kalanxoe çiçək açmır. Çalışın, onu payız və qışda sərin yerə qoyun. Qışda kalanxoenin çiçək açmasını istəyirsinizsə, yayda işıqlı saatların miqdarını süni olaraq 10 saata salın. Tez-tez yerdəyişməyə məruz qalması da çiçək açmamağının səbəblərindən biridir. Kalanxoenin demək olar ki, bütün növləri çiçək açır. Gülləri çoxçiçəkli, çətirşəkilli kasacıqlarda toplanır.
Kalanxoeni yağıntıdan qoruyun. Əks halda yarpaqlarında və çiçəklərində çürümə ola bilər.
Kalanxoenin çoxaldılması
Kalanxoeni gövdəsi, yarpaqları, toxumu və törəmələri (növ xüsusiyyətlərinə daxildirsə) vasitəsilə artırırlar. Bu bitkilərin toxumu çox xırda olduğundan onları basdırmaq lazım gəlmir. Sadəcə yanvar-mart aylarında torpağın üzərinə atmağınız kifayət edir. Torpağını isə ancaq spreylə az miqdarda nəmləndirmək lazımdır. Ən asan artırma üsulu çiliklədir. Tökülən köhnə yarpaqları suda saxlayıb kök atmasını təmin etsəniz, onlardan cavab bitki əldə edə bilərsiniz. Bəzi növlərin yarpaq kənarında əmələ gələn köklü törəmələri isə qum və torf qarışığına atsanız, özləri bitəcək.
"Park and Gardens" jurnalı