Çinli və Amerikalı elm insanlarının ortaq şəkildə etdiyi araşdırma Yerin mərkəzində
iki fərqli bölgə olduğunu ortaya çıxardı. Kəşf Yerin əmələ gəlməsi və tarixinə aydınlıq gУ™tirУ™cУ™k.
Yerin nüvəsindəki kristalların fərqli quruluşa sahib olduğu müУ™yyУ™n edildi. Elm insanları Yerin nüvəsindəki dəmir kristallarının iki fərqli şəkildə sıralandığını kəşf etdi. Kəşf planetin kristalların formalaşması zamanı çox böyük dəyişməyə uğradığına işarə edir.
"Nature Geoscience" jurnalında nümayiş olunan araşdırmaya görə Yerin mərkəzindəki dəmir kristallarının quruluşu nüvənin xarici qisimlУ™rindУ™kindУ™n fərqlidir.
Elm insanları yer üzünün 5 min kilometr dərinliyinə enəcək hər hansı bir qazma əməliyyatı edУ™ bilmУ™diklУ™ri üçün nüvənin quruluşunu araşdırmaq üçün zəlzələlərin səbəb olduğu hərəkətləri araşdırdılar. Zəlzələ dalğalarının yer üzünün fərqli laylarında necə dəyişiklik göstərdiyi analiz etdiklərini yazan Illinois Universitetindən Prof. Dr. Prof Xiaodong Song əldə etdikləri məlumatların Yerin mərkəzinin daxili və xarici nüvə olaraq iki parçadan meydana gəldiyini göstərdiyini ifadə etdi.
Prof. Dr. Song bunları ifadУ™ edib:
"Seysmik dalğalarla əldə edilən məlumatlar daxili nüvədəki kristalların şərq-qərb istiqamətində düzüldüyünü göstərir. Şimal qütbündə aşağıya doğru baxmaq mümkün olsaydı bu kristalları öz ətraflarında fırlanırmış kimi görərdik. Xarici nüvədəki kristallar isə şimal-cənub istiqamətində sıralanır və eyni baxış bucağında üfüqi görünürlər. Yerin mərkəzində iki fərqli bölgənin kəşfi Yerin əmələ gəlməsi və tarixi haqqında biliklərinə işıq tutacaq. "
Yer səthinin 5 min kilometr dərinliyində yer alan nüvə təxminən 1 milyard il əvvəl bərkiməyУ™ başlamışdı və hər il 0,5 millimetr böyüməyə davam edir.
Prof. Dr. Song nüvədəki kristalların iki fərqli şəkildə düzüldüyü kəşfinin kristalların fərqli şərtlər altında meydana gəldiyinə və planetin təxminən 500 milyon il əvvəl çox böyük bir dəyişməyə uğradığına işarə etdiyini söylədi. Hələ nə olduğu bilinməyən dəyişmənin Yerin maqnit sahəsinУ™ dУ™ təsir etdiyi və ekvator xУ™tti ilУ™ qütb oxunun yer dəyişdirməsinə səbəb olduğu hesab edilir.
Sıxlıq və ağırlıq baxımından ən ağır elementlərin yer aldığı nüvədəki dəmir-nikel qarışığı çox yüksək təzyiq və temperatur təsiri ilУ™ kristal formasındadır. Təxminən min 370 kilometr qalınlığındakı nüvənin 4300 dərəcə istiliyə sahib olduğu hesab edilir.
Yaşıl Elm