Qadin.NET / Venera planeti

Venera planeti

Venera planeti

Fiziki göstəricilər

Venera və Yer adətən əkizlər kimi tanınır. Onlar ölçü, kütlə, sıxlıq, kompozisiya və qravitasiya cəhətdən oxşardırlar. Lakin oxşarlqlar yalnız bunlardan ibarətdir.

Venera günəş sistemindəki ən isti planetdir. Venera günəşə ən yaxın planet olmasa da planetdə temperatur istixana effektinə görə 465 C°-yə (870 F°) çatır. Qurğuşunu əritməyə kifayət olan bu temperatur, ora göndərilən zondları 1-2 saatdan sonra əridir.

Veneranın həmçinin cəhənnəmə bənzədilən atmosferi əsasən karbon dioksid və sulfat turşusu buludlarından ibarətdir. Atmosfer Yerdəki atmosferdən 90 dəfə güclü təzyiqə sahibidir. 

Venera səthi çox qurudur. Onun təkamülü zamanı ultrabənövşəyi şüalar suyu tez bir müddətdə buxarlandırmışdır. Səthdə heç bir maye yoxdur çünki ozonla dolu atmosfer mayeni tez bir müddətdə qaynadar. Planetin səthinin 3-də 2-si diametri 0.8 kilometrdən 240 kilometrədək və bəziləri hələ də fəaliyyətdə olan vulkanlardan ibarətdir. Lava kanallarının uzunluğu təxminən 5000 kilometrə çatır. 

6 dağlıq regionları planetin 3-də 1-ni təşkil edir. Ən hündür dağ 11.3 kilometr hündürlüyündə, 840 kilometr uzunluğunda olan Maxwell dağıdır. 

Venera günəş sistemindəki planetlər arasında öz oxu ətrafında bir tam dövr etmə cəhətdən ən yavaş planetdir. Bir tam dövrün 243 Yer günü çəkdiyindən, onun özəyi bir maqnetik sahə yarada bilmir. 

Venera planeti

Orbital göstəricilər 

Yuxarıdan baxdıqda, Venera digər planetlərin öz oxu ətrafında fırlanmasına (Uran istisnadır) əks olaraq saat əqrəbinin əksinə fırlanır. Bunun səbəbi kimi isə illər əvvəl bir böyük asteroidin planetlə toqquşub onun orbitini dəyişdirdiyi düşünülür. Fırlanmanın belə olduğuna görə, günəş qərbdə çıxıb şərqdə batır. 

Bir Venera ili 225 Yer günü çəkir. Bu da Veneranın bir gününün bir ildən çox çəkməsi mənasına gəlir. Veneranın yavaş fırlanmasına görə isə bir gün çıxması ilə digər gün çıxması arasında 117 gün olur. 

Kompozisiya və struktur 

Atmosfer:

96.5% karbon dioksid, 3.5% azot və az miqdarda sulfat dioksid, arqon, neon, helium, su və karbon monoksiddən ibarətdir. 

Maqnetik sahə:

Demək olar ki, yoxdur, Yerin maqnetik sahəsinin 0.000015 dəfəsidir. 

Daxili struktur:

Veneranın metalik dəmir özəyinin diametri təxminən 6000 kilometrdir. Mantiyanın qalınlığı 3000, üst qabığın qalınlığı isə 10-20 kilometrdir. 

Venera planeti

Orbit və rotasiya 

Günəşdən orta məsafə:

108,208,930 kilometr. 

Günəşdən ən uzaq və ən yaxın məsafə:

Ən uzaq 108,942,000 kilometr, ən yaxın isə 107,476,000 kilometrdir. 

Edilən araşdırmalar 

Veneraya indiyənə qədər ABŞ, SSRİ və Avropa Kosmos Agentliyi 20-dən çox zond göndərib. Planeti ilk dəfə 1962-ci ildə 34,760 kilometr uzaqlıqdan müşahidə edən zond NASA-nın Mariner 2 zondu olmuşdur. Onun səthinə enən ilk zond SSRİ-nin Venera 7 zondu, planetin səthinin fotolarını ilk dəfə çəkən zond isə Venera 9 olmuşdur. Veneranı ilk dəfə orbit edən NASA-nın Magellan zondu planetin 98%-nin xəritəsini çıxarmışdır.

Yaşıl Elm

12 fevral 2015
GO BACK