Qadin.NET / Qadınların yaşını göstərən bədən üzvləri

Qadınların yaşını göstərən bədən üzvləri

Qadınların yaşını göstərən bədən üzvləri

Boyun, əllər, dizlər və s. hissələr insan bədənində qadınların yaşını daha tez göstərən bədən üzvləridir.
Bu səbəbdən də xüsusi qulluğa ehtiyac duyur.
Əllər qadınların yaşını göstərən ən birinci bədən üzvüdür.Ona görə də əlləri hər zaman qorumaq gərəkir.Onları qorumaq üçünsə,su ilə görülən işlərdə rezin əlcəklər geyilməli,əllər sudan cıxdıqdan sonra isə yaxşıca qurulayıb,ardından krem və ya losyon sürülməlidir.Gündə bir dəfə barmaqlar və dırnaqlar yumşaq fırça ilə fırçalanmalıdır.Həftədə bir dəfə əllərə çox yağlı krem sürülməlidir.Əsasən limonu unutmayın,əllrəin rəngi üçün əhəmiyyətlidir.
Qadınların yaşını göstərən bədən üzvləri


Boyun hissəsi və dekolte paltarlar bu baxımdan əhəmiyyətli rola malikdir. Bu hissələrdə yağlanmağa ehtiyac vardır, lakin quru dərisi olan şəxslərdə bu daha da çətinlik yaradır. Çünki məlumdur ki, quru dəriyə malik olan orqanizm daha tez qocalır. Buna görə də bədəninizdəki bu hissələrlə 25 – 30 yaşınızdan etibarən qulluğa başlamalısınız. Yalnız istifadə etdiyiniz kremlər bu yolda sizə kömək etməyəcək. Buna görə də çalışın daha çox nəmləndirici kremlərdən yararlanasınız.
Özünüz də dekolte paltarları geyinmək üçün dondurulmuş südlərdən istifadə edərək masajlar edin. Bunun üçün əvvəlcədən südü buz üçün nəzərdə tutulmuş çərçivələrə yığın və dondurma kamerasına yerləşdirin. Unutmayın ki sinə hissəsini daima yumşaq şəkildə və astaca masaj etmək lazımdır. Çünki həmin hissənin dərisi olduqca zərifdir.
Dirsəklər və dizlər də qadınların ən zərif hissələrindəndir, lakin biz çox vaxt həmin bölmələri unuduruq. Yenidən cəzbediciliyi qaytarmaq üçün A və E vitaminlərindən istifadə etmək lazımdır, eyni zamanda yağlı kremlərdən hər gün yatmamışdan əvvəl yararlanın.

Əgər dizlərinizdə və dirsəklərinizdəki dəriniz qurudursa, bu zaman qidalandırıcı maskalar hazırlaya bilərsiniz. Yumurtanın sarısını 2 xörək qaşığı zeytun yağı ilə qarışdırın və 1 xörək qaşığı mindal yağı əlavə edib, qarışdırın. Həmin quru hissələrə çəkərək, 10 dəqiqə saxladıqdan sonra yuyun.
Qadınların yaşını göstərən bədən üzvləri


Eləcə də baxa bilərsiniz:




Qadınları seksdən uzaqlaşdıran 9 səbəb
6 yanvar 2010
GO BACK