Qadin.NET / Yeni ili ailənizlə qarşılayın

Yeni ili ailənizlə qarşılayın

Yeni ili ailənizlə qarşılayın

Əziz Qadin.Netlilər, bayram axşamı hər birinizi salamalayaraq tam fərqli xəbərlə qarşınızdayam. Hər zaman yeni ili harada, necə və kiminlə qeyd edəcəyinizi düşündüyünüzü təxmin edirəm. Əlbəttə ki, çoxunuz ailənizlə birlikdə qeyd edirsiniz. Amma bu çoxluğa daxil olmayanlar da az deyildir. Bu xəbərim sayəsində yeni il gecəsini əyləncə mərkəzi və ya hər hansısa şənlikdə qeyd etməyi planlayanlar üçün nələrlə qarşılaşacağını və evdə olanların hansı üstünlüklərə sahib olduqlarını izah edəcəyəm. 

Yeni ili ailəsi ilə evində qeyd edənlər saatlarla tıxacda qalmaqdan və yeni ili tıxacda qarşılamaqdan xilas olurlar. Tıxacda yeni ili qarşılayanlara isə qibtə etmirəm.  empathy 

Yeni ili ailənizlə qarşılayın

Məkana daxil olmaq üçün və ya sifarişi bildirmək üçün saatlarla növbəyə durmaqdan xilas olarsınız. Bu gözlənti iştahı da pozar, əhvalı da.  girl_cray 

Yeni ili ailənizlə qarşılayın

Bir ay ərzində xərcləyə biləcəyiniz pulları bir gecədə xərcləməkdən qurtularsınız. Cibinizdən 1 AZN də çıxmaz!  diablo 

Yeni ili ailənizlə qarşılayın

Nə geyinəcəyəm, saçımı necə düzəltdirəcəyəm və ya gözəllik salonuna nə qədər pul və zaman xərcləyəcəyəm deyə dərdiniz olmaz. Yeni ili evinizdə ən rahat geyim və ən rahat saç düzümünüzlə keçə bilərsiniz.  

Yeni ili ailənizlə qarşılayın

Evdəki bayram əhval-ruhiyyəsi sizin qəlbinizi isidəcək və bir daha Yeni ili evinizdə, ailə üzvlərinizlə birlikdə qarşıladığınızdan razı qalacaqsınız.  give_hea 

Yeni ili ailənizlə qarşılayın

Süfrə boyu düzülmüş yeməklərdən səhərə qədər yeyib-içib şahzadələr kimi əylənəcəksiniz. Hələ bəzilərinin süfrəsindəki yeməklər bir həftəlik bəs edəcək qədər çox olur. nyam 

Yeni ili ailənizlə qarşılayın

İstədiyiniz musiqiyə qulaq asıb, istədiyiniz şəkildə rəqs edə bilərsiniz. Bir də başqalarının zövqü ilə seçilmiş musiqilərə rəqs etmək məcburiyyətində qalan şənlik üzvlərini xatırlasanız, bu anın ləzzətini daha çox anlayarsınız.

Səhərə yaxın yorğun və yuxusuz evə dönən qonşularınıza isti evinizin pəncərəsindən baxıb bol-bol gülə bilərsiniz.  lol

Yox, deyəsən, sadaladıqlarım sizi qane etmir. smile Onda altdakı video sözün əsl mənasında gözəl izah edər.

Yeni iliniz mübarək olsun, Əziz Qadin.Netlilər! give_ros 

Yeni ili ailənizlə qarşılayın
31 dekabr 2014
GO BACK