Qadin.NET / 8,5 yolla onun qəlbini fəth et...

8,5 yolla onun qəlbini fəth et...

1. Əyləncəli ol

Kişilər gülməyi və güldürməyi sevən xanımları daha çox xoşlayırlar. Onunla əyləncəli yerlərdə zaman keçirmək hər ikinizin yaxınlaşmasına səbəb olacaqdır.

2. Canla-başla dinlə

Hər zaman da gülüb əylənmək olmaz. Onun da dərdini anlatmağa ehtiyacı vardır. Belə anlarda onu canla-başla dinlə. O, danışarkən əsla çantanın qulpu, stolun kənarı ilə oynama. Gözlərinə və üzünə baxaraq onu yaxşıca dinlə.

8,5 yolla onun qəlbini fəth et...

3. Hər zaman yanında ol

Sadəcə yaxşı günündə deyil, pis günündə də yanında olmalısan. Ən pis günlərində, hər kəsin üz çevirib getdiyi günlərdə ona dəstək olan birisinin olması xoşuna gələcəkdir.

4. Ona xoş sözlər söylə

Qadınlar kimi kişilər də bəyənilmək və tərif eşitmək istəyirlər. Geyimlərini bəyənirsənsə, bunu ona söylə. Bəzi kişilər geyimlərindən çox etdikləri işlərə görə tərif eşitməkdən xoşlanırlar, ona nə qədər diqqətli və ağıllı olduğunu söyləməyi unutma.

8,5 yolla onun qəlbini fəth et...

5. Dostları ilə yaxşı rəftar et

Onun qəlbini fəth etməyin yollarından biri də budur. Bir yerə toplandığınızda onun dostları ilə xoş söhbətlər et, əhval-ruhiyyənin yaxşılaşmasına çalış. Üstəlik onun dostlarının da sənin haqqında yaxşı düşüncələri formalaşacaq.

6. Sürpriz et

Məsələn, onun ad gününə 2 gün qalmış dostları və tanışlarını dəvət edərək bir qonaqlıq hazırla. Bu zaman onun diqqətini daha çox çəkmiş olarsan.

8,5 yolla onun qəlbini fəth et...

7. Gözəlliyinə diqqət göstər

Bir çox kişilər xarici görkəmə fikir vermədiyini söyləsələr də, bunun böyük bir yalan olduğunu unutma. Saçların düzgün, dişlərin təmiz, əllərin yumşaq, qısası, hərtərəfli gözəl olmağına diqqət et.

8. Təbiiliyini qoru

Unutma ki, sənin ən cazibədar halın təbii halındır. Özünü ona bəyəndirmək xatirinə saxta davranışlara keçmə. Onun yanında olarkən normal olduğun kimi hərəkət et.

8,5 yolla onun qəlbini fəth et...

8,5. Sevdiyini bildir, amma hər zaman deyil!

Sevgi söylənilmədikdə anladıla bilirmi? Bəli! Ondan xoşun gəldiyini və onu sevdiyini bildirmək üçün "Səni sevirəm" deməyinə gərək yoxdur. Sevgini bildirməyin ən yaxşı yollarından biri də ona maraq göstərməkdir. İşə gəlmədikdə, xəstələndikdə, futbol oyununun necə kecdiyini soruşmaqla ona maraq göstərə bilərsən. Amma bunu hər zaman etməyin. Məsələn, bir gün onu çay içmək üçün bir yerə dəvət edirsənsə, ertəsi gün təklifi ondan gözləməlisən.

26 mart 2016
GO BACK