Qadin.NET / Süfrəmizdə iştahla yediyimiz insan saçı

Süfrəmizdə iştahla yediyimiz insan saçı

Süfrəmizdə iştahla yediyimiz insan saçı
Bu xəbəri hazırlamaq üçün məlumat toplayarkən ağladım. "Ac qaldıq, bundan sonra nə yeyəcəyik, övladlarıma nə yedirdəcəyəm?" deyə ağlamırdım. İnsanlığın maddiyat arxasınca qaçarkən heyvandan da aşağı səviyyəyə düşdüyünü, əşrəfi-məxluqat olduğunu unutmasını gördüyümə rəğmən heç bir şey edə bilməməyimə, çarəsizlikdən ağladım. İnsan olduğum üçün utandım bir anlıq...
Son illər insanlar sanki bir-birinin ətini yeyir, elə deyilmi? Haniballıq artıb həqiqətən. Aqressivlik, vicdansızlıq, qana susamışlıq baş alıb gedir. Yediklərimizin mənəviyyatımıza da təsiri olduğu danılmaz faktdır. Bu səbəbdən Allahın qarşıma çıxardığı ərzaqların haramlığını sizlərlə də bölüşürəm.
Öncə jelatinin sirri açıldı ( http://qadin.net/index.php?newsid=25592 ), az müddət öncə pendir, kəsmik kimi süd məhsullarındakı haramlıqla tanış olduq ( http://qadin.net/index.php?newsid=56635 ). İndi də başımıza tac etdiyimiz, öpərək gözümüzün üzərinə qoyduğumuz çörəyimizə də haram qatıldığının şahidi olacaqsınız.
Süfrələrimizə bəh-bəhlə qoyduğumuz, sevdiklərimizə yedirtdiyimiz un məmulatları hər evdə var. Hələ mağazalardan alarkən çörəyin ən bəyazını, unun ən yaxşı qabaranını, ən yaxşı yayılanını almağa çalışmağımızı demirəm. Bəs əziz xanımlar, bilirsinizmi nəyin nəticəsində belə keyfiyyətli məhsul alınır? Çoxunuz deyəcəksiniz ki, bilirik, una da qatqı maddələri qatılır. Bəli, qatılır. Una məhz sadaladığım keyfiyyəti vermək üçün E910, E920 və E921 adıyla göstərilən kimyəvi maddə qatılır. Başqa adla desək L-Cysteine. Yəqin ki, çoxunuz yemək proqramlarını izləyərkən kulinarların "Biz xüsusi undan istifadə edirik" demələrini eşitmisiniz. Türkiyə kanallarının birində bir aşbaz onların məşhur börəyini hazırlayarkən xəmiri o qədər böyük yaydı ki, az qala bir çarpayını örtəcək qədər oldu. Usta bildirdi ki, xanımlar bunu evlərində edə bilməzlər, çünki biz xüsusi undan istifadə edirik. Xəmirin cırılmadan yayılmasına yardım edir. Bu həmin maddəymiş. Türkiyədə geniş yayılmış paxlava xəmirlərinin tərkibində sisteinin olması sübut edilmişdir (Bizim marketlərdə də satılır bu xəmirlərdən).
Süfrəmizdə iştahla yediyimiz insan saçı
L-sistein nədir?
Sistein-iyirmi digər təbii amin turşuları kimi kükürd tərkibli amin turşudur. Onun zülalın bir hissəsi olmasının qəbul olunmamasına baxmayaraq bərpa olunma reaksiyası ilə konvesiya olunması 1810-cu ildə artıq bilinirdi. Sisteinin tanınması 1899-cu ildə onun heyvanların buynuzlarında, xüsusilə sümük və birləşdirici toxuma, saç və həzm fermentlərində bol miqdarda olması təsdiqlənən zaman oldu. Kimyəvi reaksiyaların dərininə getməyərək qeyd edim ki, sistein normalda insan orqanizmində aralıq məhsul formasında əmələ gəlir. 
L-sisteinin istifadəsi
Hal-hazırda sistein ərzaq və əczaçılıq sənayesində və gigiyena məhsullarının istehsalında istifadə olunur. Qida sənayesində vegetariyan məhsullarına ət qoxusu vermək üçün qatılır (Bura diqqət edin, vegetariyanlara heyvani məhsul yedirdilir, yəni nəticədə insan da heyvan kimi bir canlıdır). Un məhsullarında xəmirin qısa müddətdə lazım olan hala gəlməsi üçün bu maddə qatılır. Generasiya vaxtı azaldır. Nəticədə, istehsalçı üçün sərfəli vəziyyət alınır.Təəssüf ki, uşaq qidalarına da qatılır.
Kosmetikada bu maddə "perm" olaraq tanıdığımız saçların permamentində, ultrabənövşəyi şüaların təsirindən antioksidan qoruyucu kimi, nəmləndirici və s. kimi istifadə edilir.
Süfrəmizdə iştahla yediyimiz insan saçı
Tibbdə vaxtından əvvəl doğulan uşaqların, yaşlı insanların orqanizminin möhkəmlənməsində, maddələr mübadiləsində sovrulma ilə bağlı problemlərdə, bəzi maddələrlə zəhərlənmə zamanı, həmçinin, güclü bəlğəmgətirici kimi istifadə edilir. Həmçinin, tütün məhsullarında da bu maddə var. Səbəbi tam məlum olmasa da, belə güman edilir ki, bəlğəmgətirici təsirinə görədir. Tütün və spirtli içiklərin istifadəsi nəticəsində yuxarı tənəffüs yollarında yaranan xərçəng zamanı da sistein preparatları istifadə edilir.
Bu qeyd olunanlar L-sistein maddəsinin istifadə edildiyi çox az bir sahəsidir.
Süfrəmizdə iştahla yediyimiz insan saçı
L-sistein, həmçinin, quş ətində, taxılda, yumurtada, sarımsaqda, soğanda, qırmızı bibərdə, borokolidə və s. ərzaqlarda da vardır. Lakin insan saçında bu maddə ən çox 14 %-dir və ən ucuz əldə ediləndir. Daha çox qara saçlı insanların və donuzun tükündə, eləcə də toyuq və qaz-ördək lələyində bol miqdarda vardır. Nəzərə alsaq ki, Çində kifayət qədər qara saçlı insan var və sisteini saçdan əldə etmək ən rahat və ən ucuz yoldur, Çinin bu maddənin istehsalında dünya birincisi olması bizə qəribə görünməz-90%!
Süfrəmizdə iştahla yediyimiz insan saçı
Yaponiya, İndoneziya, Dubay və Almaniya bu maddəni baha da olsa qeyri-heyvan mənşəli maddələrdən istehsal edir. Hətta bəzi şirkətlərə "Halal" sertifikatı da verilmişdir.
Artıq un məhsullarındakı bu qatqı maddəsinin mənşəyi barəsində məlumatınız var. Qaldı ki, onun halal və ya haram olmasına qeyd edim ki, bir çox İslam alimlərinin firkinə əsasən insan bədənin bir hissəsini yemək haramdır. Maddənin mənşəyi haramdırsa, özü də haramdır. Haramdırsa, ən azından ziyandır. Bəlkə də, bu səbəbdəndir ki, kəsilən duz-çörəyin də xatiri qalmayıb.
"Nə edək?" deyə düşünürsünüzsə, "Buğdanızı özünüz üyüdərək un əldə edin!" demək istərdim (hərçənd ki, haramdan qorunmaq üçün bu da yetərsizdir. Çünki artıq bir çox ərzaqlar kimi unun da genetik modifikasiyası dəyişdirilmişdir, bildiyim qədər siçovul genindən istifadə edilmişdir). Amma çoxları üçün bu qeyri-mümkündür. Özünüz fikirləşin ki, nə etmək olar, çıxış yolu hər zaman vardır, ya da heç olmasa, bacardığımız qədər orqanizmimizi və eləcə də mənəviyyatımızı haramlarla çirklənməkdən qoruya bilərik. Məsələn, hazır, gözəl görünüşlü un məhsullarından, eləcə də çörəkdən imtina etmək olar. Özümüz evdə çörək və şirniyyat hazırlaya bilərik. Xüsusilə əgər siz Qadın.Net istifadəçilərindənsinizsə, kifayət qədər maraqlı reseplər tapa bilərsiniz. Deyəcəksiniz ki, zaman yoxdur, işləyən xanımam. Burada da İslamın qanunlarını yada salmamaq mümkün deyil: Allah buyurur ki, cahilliyə zamanın qadınları kimi ehtiyac olmadan evdən bayıra çıxmayaq. Deməli ki, ehtiyacımız yoxdursa, sadəcə nəfsi istəyimiz ucbatından işləyiriksə, nələr-nələr itiririk, özünüz düşünün (əsas mövzudan çıxdım deyəsən).
Amma bir problem də var ki, hazır aldığımız unun tərkibində bu maddə varmı-onu bilmirəm. Çox güman ki, var. Xanımlarımıza da tanışdır bu vəziyyət-bəzən aramızda danışarkən deyirik ki, filan markalı unla şəkərburalarım ağappaq oldu və ya qoğallarım elə gözəl yayıldı ki. Deməli, unlara da qatılır bu maddə. Çalışacağam bundan sonra daha "keyfiyyətsiz" un alım, başqa çarəmi var. 
Məqaləni oxuduqdan sonra "Nə edək, acından öləməliyik? Məcburən yeməliyik." deyənlər də olacaq hər zamanki kimi. Hər kəsin öz işidir, Rəbbiylə arasında olan məqamlardır. İnsan bəzən özünü də aldada bilər, amma Rəbbini heç vaxt! Mən sadəcə möminlik borcumu yerinə yetirdim, bildiyimi sizlərə çatdrımağa çalışdım. Qadın.Net saytı var olsun ki, belə imkan yaradır, yoxsa səsimizi duyurmaq çətin olardı. Mütləq ki, Allah istəsə, başqa imkanlar da yaradardı.
Bu videoda insan saçının süfrələrimizə necə gəldiyi mərhələ-mərhələ göstərilir. Psixoloji durumu zəif olanlar lütfən izləməsin.

Unutmayın!
Alternativ yol çox zaman var, bunu görmək istəmiriksə, bizim səbəbimiz yox, bəhanəmiz var deməkdir! Yaradana təslim olmağı diləsəniz, haramlardan uzaq durmaq sizlərə də asan gələcək!
15 dekabr 2014
GO BACK