Deyəcəksiniz ki, mən də? Əlbəttə ki, siz də! Sizə bəxş edilən ucsuz-bucaqsız nemətlərə bir az nəzər salsanız və onlar haqqında bir az düşünsəniz, sizdə də “Əlibaba və qırx quldur” nağılındakı xəzinədən çox daş-qaşınız olduğuna heyrət edəcəksiniz.Məsələn, iki gözünüzu neçə milyard dollara satarsınız? Vəya iki qulağınızı neçə milyard dollara verərsiniz? Bəs əllərinizi, ayaqlarınızı?... Və ya ailənizi, uşaqlarınızı?.. Bütün bu olanları toplasanız, görərsiniz ki, öz nemətlərinizi Rokfellerin də, Fordun da yığdığı kapitala dəyişməzsiniz.Ancaq bütün bunlara görə bunları bizə verənə təşəkkür edirikmi? Əlbəttə ki, yox! Şopenhauerin dediyi kimi: “Əlimizdə olan şeylər haqqında heç vaxt düşünmürük, ancaq əlimizdə olmayan şeylər haqqında həmişə”...
Hər zaman Allahımıza bizə verdiyi nemətlərə görə şükür etməliyik. Siz necə, əziz oxucular, sağlam insanın bir milyarder olduğunu heç düşündünüzmü?