Prof.Dr.Xəlil İbrahim Uğraşın araşdırmaları nəticəsində məlum oldu ki, fındıq qabığında kimya teropiya dərmanlarının xam maddəsi olan paklitakselin var.
Axtarışların sonunda fındıq qabığında dünyada istifadə edilən 5 xərçəng dərmanından birinin aktiv maddəsi olan paklitakselini taparaq xərçəng müalicəsində böyük bir tapıma imza atmışdılar.
Fındığın ölkəmizin ən vacib məhsullarından biri olduğunu deyən Professor fındıq qabığında təbii olaraq tapılan kimya teropiya dərmanlarının xam maddəsi olan paklitakselinin təbiətdə çox az miqdarda olduğunu və bu səbəbdən çox dəyərli olduğunu vurğulayıb. Xəlil Professor bildirib ki, bu araşdırma nəticəsində dövrümüzün bəlası olan xərçəngin müalicəsi yolunda böyük addımlar atılmış ola bilər.
Uğraş Universitetinin dəstəkləri ilə fındıq yağı, fındıq qabığından eko-boya, arı məhsulları və hüeycrə təzələyici kosmetik məhsullarının hazırlanmasının və uşaqlara verilən süd və süd məhsullarının dəyərini artırma prosesinin davam etdirildiyi bildirilir.
Professor bütün bu prosesi reallaşdıran istehlakçılarla daim işləyəcəyini bildirib və qeyd edib ki, bu sahdə inkişaf etmək mütləq lazımdır. O, həm də vurğulayıb ki, əgər onunla birlikdə işləmək təklifi verən istehlakçılar olsa, məmnuniyyətlə razılıq verəcəkdir.