İnsan hərəkətlərinin təqlid edilməsi ilə istehsal edilən robotlarda yerişin nə qədər böyük bilgi və hesablama tələb etdiyi ortaya çıxmışdır. Heç bir robot insan yerişindəki mükəmməlliyi əldə edə bilməz. Bunun yeganə izahı var: Allahın qüsursuz yaratma sənəti.
Texnologiya ilə birgə inkişaf edən elmlər gün keçdikcə insanları heyrətləndirən nəaliyyətlərə imza atır. Bu heyrətləndirici hadisələrin bir qismi də insan bədəninin sirlərinin başa düşülməsi ilə ortaya çıxır.
Sahib olduğu qüsursuz sistemlərlə başdan başa möcüzə olan insan bədəni biz fərqində belə olmadan yaşamağımız üçün lazım olan hər detalı təsbit edib tətbiq edir. Təbii ki, bunların heç birini ağlı və şüuru olmayan hüceyrələr özləri etmir. Yaradılan hər canlı kimi hüceyrələrimiz də özlərinə ilham edilən vəzifələri qüsursuz olaraq yerinə yetirirlər. Hər şey Allahın üstün yaratması, qüsursuz dizayn etməsi ilə reallaşır.
Allahın qüsursuz yaratma sənətinin bir nümunəsi də çox kiçik yaşlardan etibarən heç bir çətinlik çəkmədən etdiyimiz hərəkətdə qarşımıza çıxır: Yerimək. Hər hansı bir fiziki qüsuru olmayan hər kəs hələ 2-3 yaşlarından etibarən yeriməyə başlayır. İnsanın həyatda ilk öyrəndiyi şeylərdən biri yeriməkdir. Yeriməyə başlamazdan əvvəl heç vaxt özümüzə “görəsən addımımı hansı bucaqla atmalıyam”, “belə bassam tarazlığımı itirərəmmi”, “bu maneəni dəf etmək üçün ayağımı nə qədər yuxarı qaldırmalıyam”, “çox qaldırsam yıxılarammı” kimi sualları verməmişik. Yerimək bizim üçün hər zaman çox sadə hərəkətdir.
Lakin yaşadığımız XXI əsrdə insan hərəkətlərinin təqlid edilməsi ilə düzəldilən robotlarda yeriməyin nə qədər böyük bilgi və hesablama tələb etdiyi ortaya çıxmışdır. Robotlarla aparılan təcrübələrdə üç və ya daha çox ayaqla yeriməni təmin etməyin asan, lakin iki ayaq üzərində bunu etməyin çox həssas və detallı iş tələb etdiyi məlum olmuşdur.
“New Scientist” jurnalında nəşr olunan bir yazıda Amerikanın Massachusetts əyalətindəki Cambridge Universitetinin bir hissəsi olan MİT-də çalışan robot üzrə alim Rodney Brooks apardıqları araşdırmalarda nəticələrini belə açıqlamışdır:
“İki ayaqlılar həqiqətən çox sadə və qərarsız olaraq davamlı olaraq enerji sərf edərək dik dayana bilirlər. Maşınlarda isə bu çox arzulanan bir xüsusiyyətdir. Son dövrə qədər bu hadisə bir çox kompüterin tutumundan çox kənarda bir şey idi. Ən pisi isə robotlarda istifadə edilən qatı əlaqə yerləri, insanlardakı xarici təsirləri əmə biləcək əzələ sistemləri və elastik strukturlarla müqayisə edilə bilməyəcək qədər primitiv olduğundan, robotlar üçün iki ayaq üzərində yerimək çox çətindi.”
Eyni jurnalda, başqa bir robot üzrə alim olan Gill Pratt tərəfindən ifadə edilən və MİT laboratoriyalarında aparılan təcrübələrdə inkişaf etdirilən son texnologiya məhsulu VMC sistemli (Virtual Nəzarətli Model) robotlarla əlaqədar bu məlumatlara da yer verilmişdir:
“Çox kompleks proqramlaşdırmalarla inkişaf etdirilən VMC distributivli robotlar çox vaxt irəliyə doğru hərəkət edərkən topuqları yerə dəyənə qədər özünü tarazlaya bilir. Ayaqlarının atacağı addımı nizamlayan qəbul edicilərin istifadə edilməsi, robotların olduqları mühitə anında uyğunlaşmanı təmin edir. Bu robotlar gözlənilməyən maneələri, əğri səthləri, hətta pilləkənləri alqılayır və yerişini buna görə nizamlayır, bu isə gözü bağlı olan bir insanın daha əvvəl heç vərdiş etmədiyi bir binada gəzməsinə bənzəyir.”
İnsan heç bir təhsil almadan, heç bir hesablama aparmadan, hətta gözü bağlı yeriyə bildiyi halda bunu bir robotda reallaşdıra bilmək üçün uzun illər araşdırma aparmaq, çox kompleks proqramlar istifadə etmək lazımdır. Bundan əlavə Pratt, robotlarda istifadə edilən parçaların heç vaxt bir əzələ qədər yüngül və güclü olmadığını da ifadə etmişdir. (Harun Yəhya, İnsan Möcüzəsi)
Aparılan araşdırmalarla ortaya çıxan bu həqiqət, insanların diqqət etmədən etdikləri çox sadə hərəkət olan yerimənin belə əslində nə qədər çətin və incə nizam tələb edən bir şey olduğunu isbat edir. İnsanın yaradılışındakı möcüzələr bu və bənzəri elmi araşdırmalar sayəsində qarşımıza çıxır. Yerimək qabiliyyətində olduğu kimi Allahın yaratması heç bir şəkildə insan istehsalı ilə müqayisə edilə bilməz. Allah hər şeyi bənzərsiz yaradarkən, yaratdıqları da texnologiyada dizaynerlərə nümunə olur.
“O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Həşr Surəsi, 24)
Elm dünyası