Qadin.NET / Mikrobların ən çox olduğu yerlər

Mikrobların ən çox olduğu yerlər

Mikrobların ən çox olduğu yerlər

Hamımız bilirik ki, çirkli bir dünyada yaşayırıq. Yediyimiz, içdiyimiz, geydiyimiz hər şey çox tez çirklənir. Qidalarda və geyimlərdə istifadə edilən zərərli maddələr, hava çirkliliyi kimi faktorlar səbəbindən yaşanması çox çətin bir dünya ilə qarşılaşırıq.

Yaratdığımız çirklilik həm sağlamlığımızı pozaraq ömrümüzü, həm də dünyanın ömrünü qısaldır. İnsanların çoxu xəstəliklərlə mübarizə aparır. Xərcəng xəstələrinin sayı, əngəlli doğulan uşaqların sayı günü-gündən artır. Çünki get-gedə çirkli bir dünya yaradırıq. Hər kəs bu etdiklərinin fərqində olmalı və üzərinə düşən vəzifələri yerinə yetirməlidir.

Bunun üçün əvvəl özümüzdən və çevrəmizin təmizliyində cavabdeh olmalıyıq. Bakteriyalar haqqında yetərincə məlumatımız varmı? Bakteriyalar harada çox olur? Elə isə mikrobların ən çox harada yığıldığını öyrənək.

- Kartlar (bank, kredit, metro kartları) daim istifadə edildiyi və təmizlənmədiyi üçün tez çirklənər. Kartlarınızı tez-tez spirtli dəsmalla silməyiniz məsləhət görülür.

Mikrobların ən çox olduğu yerlər

- Tozsoranlar evinizin təmizliyinə xidmət edər, ancaq toz torbaları mikrobların ən çox olduğu yerdir. Bu səbəblə tozsoranın ağzını fərqli yerlərə sürtərkən təmizləməkdə fayda vardır. Məsələn, xalça təmizlədikdən dərhal sonra onunla divanı təmizləmək olmaz.

Mikrobların ən çox olduğu yerlər

- Mobil telefonlar və kompüterlər elektronik alət olduğu üçün isinir və bakteriya yığar. Daim əlinizdə olan bu alətlərlərdə saysız-hesabsız bakteriyalar vardır. Mobil telefonunuzun, kompüterinizin klaviaturasını spirtli dəsmalla təmizləmək mümkündür.

16 noyabr 2014
GO BACK