Qadin.NET / Avtomobildəki qaz-əyləc sistemi və ürək

Avtomobildəki qaz-əyləc sistemi və ürək

 

Avtomobildəki qaz-əyləc sistemi və ürək

 

Bir çox insan bəzən ürəyinin daha sürətlə döyündüyünü hiss edir. Uzun bir pilləkəni sürətlə çıxdıqda, qaçdıqda və ya həyəcanlandıqda ürək döyüntülərinin artdığını, daha sonra ürəyinin yenidən əvvəlki ritminə düşdüyünü hər insan hiss edir. Ancaq bunun, əslində nə qədər böyük möcüzə olduğunu düşünməz. Ürək döyüntülərinin sürəti orqanizmə yerləşdirilmiş kompyuter sistemi tərəfindən tənzimlənir.

Ürək döyüntüləri artdıqda orqanizm kifayət qədər oksigenlə təmin olunmazsa, hüceyrələr elektrik müvazinətlərini itirər və sürətlə, nizamsız döyünməyə başlayarlar. Odur ki, ürəyin nizamlı ritmlə müntəzəm döyünməsi çox vacibdir. Bu prosesi sabit sürətlə yola başlayan avtomobilin işləməsinə bənzədə bilərik. Ancaq müəyyən vaxtlarda ürəyin ritmi sürətləndirilməli və ya yavaşladılmalıdır. Bu da sabit sürətlə yola başlayan avtomobilin qaz pedalına basaraq sürətləndirilməsi və ya əyləcə basaraq yavaşladılmasına bənzəyir. Ürəyin ritmini azaldan əyləc  azan sinirləri, ürəyin ritmini sürətləndirən qaz pedalı isə simpatik sinirlərdir. Əyləc pedalının (azan sinirlərin) hərəkətə keçməsini isə asetilxolin adlı xəbərçi molekul təmin edir.

Normal şərtlərdə dəqiqədə 72 dəfə döyünən ürək güc sərf etdikdə, stress vəziyyətində, insanın temperaturu qalxdıqda və buna bənzər hallarda artıq qana ehtiyac olduğuna görə sino-atrial düyün (ürəyin döyünmə sürətini tənzimləyən hüceyrə qrupu) ürəyin sürətini artırır. Beləliklə, lazım olan qan vurulur. Simpatik sinirlər də damarları daraldaraq qan təzyiqini artırır, bundan əlavə, böyrəküstü vəz adrenalin və noradrenalin hormonlarının ifraz olunmasını təmin edir. Bu hormonlar ürəyin sürətini artırırlar. Qalxanabənzər vəzdən ifraz olunan tiroksin hormonu isə maddələr mübadiləsini sürətləndirərək ürəyin fəaliyyətinə təsir edir və ürəyin sürəti dincəlmə vəziyyətinə nisbətən 5 dəfə artır.

 

Avtomobildəki qaz-əyləc sistemi və ürək

 

 

Simpatik sinirlər avtomobildəki qaz pedalı kimi ürəyin fəaliyyətini sürətləndirir, parasimpatik sinir sistemi isə ürəyin fəaliyyətini yavaşladır. Parasimpatik sistem lazım gəldikdə ürək əzələlərinin yığılma qüvvəsini azaldaraq ürəyin ritmini dəqiqədə 40 dəfəyə qədər yavaşladır. Arteriyalardakı reseptorlar qan təzyiqinin artdığını hiss etdikdə asetilxolin molekulunun ifraz olunması üçün parasimpatik sinirlər vasitəsilə beyinə qıcıq göndərirlər. Beləliklə, qan damarları genişlənir, təzyiq aşağı düşür. Əgər təmiz qanı orqanizmə daşıyan damarlar lazım gəldikdə genişlənməsəydi, cırılıb parçalanardılar. Nəticədə də kəllə qutusuna qan dolar və beyinə kifayət qədər qan getmədiyi üçün insan iflic olardı.

R.Əbərov

30 oktyabr 2014
GO BACK