Qadin.NET / İnsan sağlamlığı və iqlim dəyişməsi

İnsan sağlamlığı və iqlim dəyişməsi

İnsan sağlamlığı və iqlim dəyişməsi

Hazırki, dövrdə insan sağlamlığı, onun yaşama müddəti, xəstəliklərin çoxalması və s. məsələlər bir çox baxımdan qlobal iqlim dəyişmələri ilə birbaşa əlaqəlidir. Artıq, dünya xalqları və dünya dövlətləri gec də olsa, anlayırlar ki, təbiətə, məişətə, yaşayış tərzinə qayğısızlıq bəşəriyyəti antropogen mənşəli qlobal iqlim dəyişmələri kimi, qeyri-adi problemlə üzbəüz qoymaqdadır. Problemin səbəbləri, onun ətraf mühit, iqtisadiyyat, insan sağlamlığı, qida sağlamlığı və həyatın digər sahələri üçün nə dərəcədə önəm kəsb etdiyi artıq beynəlxalq sənədlərdə təbil səsi kimi səslənməkdədir. 

Tədqiqatlarımız göstərir ki, günümüzdəki iqlim dəyişmələrinin əsas səbəblərinin 80-90 faizi ətraf mühitin qlobal texnogen çirklənmələri-karbon qazı, metan, su buxarı, azot oksidləri, zavod və fabriklərin, nəqliyyatın və s. atmosfer havasına, torpağa, suya atdığı kimyəvi birləşmələrin çoxalması və meşələrin Nəfəs aldığımız havada "istixana qazlarının" qatılığı insan svilizasiyası tarixində indiki qədər yüksək olmamışdır. Təsdiq edilmişdir ki, hazırda dünyada bir gündə yandırılan neft, qaz, daş kömür və s. karbohidrogen yanacağının miqdarı beş min il müddətində təbiətdə toplanmış yanacaq qədərdir. Yer səthinin, onun sularının istiliyinin artması, artıq Arktika, Qrenlandiya və digər iri dağ buzlaqlarının əriməsinə səbəb olub. Təsdiqlənmişdir ki, son bir əsrdə Yer atmosferinin temperaturu 10 C-dən çox, okean sularının temperaturu isə 0,80C qədər çoxalmışdır. Elə bu səbəbdən də dəniz və okean sularının səviyyəsi qalxır, çaylar tez-tez daşır, subasmalar, fırtına, tufan, qasırğa, leysan yağışları, quraqlıq, şiddətli istilər, meşə yanğınları, ərazilərin səhralaşması və s. təbii fəlakətlər baş verir. İnsan isə tam başqa mühitin məhsuludur. Hökumətlərarası Ekspertlər Qrupunun rəyinə görə yaşadığımız əsrin sonuna qədər okean sularının səviyyəsi 30-45 santimetr qalxmalıdır. Bu isə, ilk növbədə böyük ərazilərin, bir sıra adaların, dünyanın iri sahil şəhərlərinin su altında qalması kimi nəticələrə gətirib çıxara bilər. Qeyd edək ki, Abşeron yarımadası və Bakı şəhəri okean səviyyəsindən 25-26 metr aşağı olduğundan və bunun Azərbaycanın bütün Xəzər sahillərinə aid olduğunu yada salsaq, bu çox faciəli bir fəsadlar yarada bilər. Xəzərdə su səviyyəsinin ayrı-ayrı dövrlərdə qalxaraq sahilləri basması artıq hər birimizə bəllidir. Quru sahillərin su altında qalması bir çox fəsadları ilə yanaşı ərzaq məhsulları qıtlığı da yarada bilir. Qlobal iqlim dəyişmələrinin nəticələri, xüsusən onların sağlamlığa təsiri artıq dünyanın hər yerində çox müxtəlif dərəcədə və şəkildə çılpaqlığı ilə görünməkdədir.  

İnsan sağlamlığı və iqlim dəyişməsi

 Dünya Səhiyyə Təşkilatının Avropa bölgəsinə daxil olan 53 ölkəsində apardığı tədqiqatlar göstərir ki, iqlim dəyişmələrinin sağlamlığa təsiri anormal yüksək və ya aşağı temperaturlu günlərdə, habelə sellər, tufanlar və s. zamanı əhali arasında xəstələnmələr çoxalır, bir çox xəstəliklərin sürəti artır. İqlim  dəyişmələri hazırda hər il 200 min vaxtsız ölümlərə səbəb olur. 2003-cü ilin iyun-sentyabr isti yay ayları müddətində 12 Avropa ölkəsində 70 mindən artıq gözlənilməyən ölüm hadisəsi baş vermişdir. İqlimin istiləşməsi, eyni zamanda bir sıra yoluxucu xəstəlik törədicilərinin artması ilə müşahidə olunur ki, bu da çoxsaylı fəsadlara gətirib çıxarır, fövqəladə hal yaradır. 

Yer kürəsində istiləşmənin nəticələri olan təbii fəlakətlərin iqtisadi nəticələrinə, sahil ərazilərini su basması ilə əlaqədar evlərin uçulub-dağılması, içməli su qıtlığının yaranması, yolların, körpülərin və digər mühəndis qurğu və infrasturukların sıradan çıxması və s. ilə müşayiət olunan əhalinin həyat şəraitinin pisləşməsi aid edilir. Azərbaycanda da son illər belə təbii hadisələr çoxalmış, ayrı-ayrı şəxsi təsərrüfatlara, dövlət müəsissə və təşkilatlarına, torpaqlarımıza, yollara, körpülərə, şəxsi və dövlət tikililərinə xeyli zərər dəymişdir və proses get-gedə çoxalır. 

Ətraf mühitin mühafizəsi və sosial problemlərlə məşğul olan beynəlxalq təşkilatların təhlillərindən çıxan əsas nəticə ondan ibarətdir ki, ətraf mühitə insan fəaliyyətinin təsirinə mütləq hədd olmalıdır. Beynəlxalq birliklərin elmi təhlilinə görə qlobal istiləşmənin 20C-yə çatması arzu olunmaz sərhəd sayılmalıdır.

Əgər, bu temperaturda XXI əsrin ortalarında 500 milyon insan içməli su qıtlığından əziyyət çəkəcəksə, 30C-də bu rəqəm üç milyarda bərabər olacaqdır. Qlobal istiləşmənin "istixana qazları" ilə birbaşa əlaqədar olduğu təqdirdə həmin qazların yaşadığımız əsrin ortalarına iki dəfəyə qədər azaldılması 2007-ci ilin sentyabr ayında 8 super-dövlətlərin - "səkkizlərin sammitində qərara alınıb və 2009-cu ilin "səkkizlər" görüşündə yenidən təsdiqlənib. Artıq, problem inkişaf edərək, ekologiyadan iqtisadiyyata, işlədilən enerji növlərinə, yeyinti məhsullarına, içməli suya və ən başlıcası isə insanın "ölüm-dirim" məsələsinə gətirib çıxarmışdır. 

Hazırda, qlobal istiləşmənin qarşısının alınması və əhali sağlamlığının mühafızəsi üçün dünya elmi ictimaiyyəti tərəfindən əsaslandırılaraq bəyənilmiş və BMT-nin iqlim dəyişmələri problemi üzrə sənədələrində yerinə yetirilməsi vacib sayılan tədbirlərin iki istiqaməti müəyyən olunmuşdur. 

Birincisi yuxarıda qeyd edildiyi kimi "istixana qazları"nın miqdarı XXI əsrin ortalarına iki dəfədən çox azaldılmasıdır. Bu mühüm tədbirlərin, həyata keçirilməsinə Avropa ölkələrində olduqca həssas yanaşılır, antropogen tullantı mənbələrinin sayının məhdudlaşdırılması və bu sahədə yeni texnologiyaların tətbiq edilməsini sürətləndirirlər. Burada çox vacib məsələ alternativ enerji məsələsidi, Bu məsələ hələ XX əsrin ortalarında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin Sədri, görkəmli dövlət xadimi və görkəmli alim-professor Məmməd İsgəndərov tərəfindən qaldırılmışdır. O, Azərbaycanda, onun paytaxtı Bakı şəhərində istifadəsi mümkün və əlverişli olan Günəş, külək, dağ çayları və dəniz suyu enerjisindən istifadəni təklif etməklə Azərbaycan ekologiyasına da bir töhvə olacağını söyləmişdir. Belə olan təqdirdə, müxtəlif enerji mənbələrinə münasib yeni texnologiyaların işlənib hazırlanması və tətbiqi,yanacaq və enerji istehlakının, o cümlədən yeni yaşayış və ictimai binaların tikilməsi və rekonstruksiyası, enerjidən qənaətlə istifadə, yeni standartların tətbiqi, bu standartlara ciddi əməl edilməsi, tullantı mənbələrində "istixana qazları"nın maksimum utilizasiyasının texnoloji həlli, iri şəhərlərdə karbohidrogen yanacaqları ilə işləyən nəqliyyat hərəkətlərinin məhdudlaşdırılması və s. tələb olunur. 

İnsan sağlamlığı və iqlim dəyişməsi

Digər vacib məsələ isə insanların dəyişən iqlim şəraitinə uyğunlaşmasına nail olunmasıdır. Yəni, əhalinin yüksək temperatur şəraitinə adaptasiya qabiliyyətini artırmaq və "istixana qazları"nın atmosferə atılmasına qarşı tədbirlərin həyata keçirilməsi üçün vacib strategiyanın ortaya qoyulmasıdır. Bu strategiyaya uyğun olaraq hər bir dövlət, özünün müvafıq bölgələrində çayların daşmasına və içməli su qıtlığına qarşı qabaqlayıcı tədbirlər görməli idilər. Buraya çaykənarı və dağ yamacları yerlərdə meşələrin salınması, daşqın gözlənilən yerlərdə çayların sahili boyu müdafiə hidrotexniki qurğuların tikintisi, quraqlığa dözümlü ağacların, kolların, bitkilərin əkil-

məsi, əlavə mühafızə meşə zolağının salınması, şəhərlərdə yaşıllıqların artırılması, böyük qol-budaqlı kölgə yaradan ağaclara üstünlük verilməsi, xəstə insanların, uşaqların və yaşlı şəxslərin sağlamlıq vəziyyətinin daim nəzarətdə saxlanması və s. tədbirlər çox vacib hesab edilməlidir. Ekoloqlar və həkimlər çox isti vaxtlarda əhalinin sağlamlığının qorunması üçün təklif edirlər ki, evlərin və otaqların-xüsusən cənuba və cənub-qərbə baxan pəncərə pərdələrinin bağlı saxlanması, kondisionerlər olduqda onların iş rejimlərinə riayət edilməsi, günün günorta çağlarında açıq havada olmadan imtina, belə havalarda gərgin fıziki və əqli işlərdən, gərgin idmandan imtina etmək, bədənin sərin və yaş saxlanılması, soyuq suda isladılmış dəsmalla bədənin tez-tez silinməsi, çoxlu maye qəbul edilməsi, spirtli içkilərdən imtina, geyimin düzgün seçilməsi -yəni geniş, yüngül, açıq rəngli və təbii mal-materiallardan hazırlanan paltarlardan istifadə daha məqsədə uyğundur. 

Ürək-damar, tənəffüs sistemində patalogiyası olan xroniki xəstələrin habelə başgicəllənmə, zəiflik, qıcolma və ağrılar hiss edən şəxslərin dərhal təcili tibbi yardıma cəlb edilməsi vacib və Qeyd edilməlidir ki, Azərbaycanda davamlı ekoloji siyasətin formalaşdırılması, ölkəmizdə yaşıllığın qorunması, artırılması, bölgələrimizdə əhalinin təmiz su ilə təmin olunması, Bakı şəhərinə yeni su kəmərinin - Oğuz-Qəbələ kəmərinin çəkilməsi, səhiyyə sistemində dünya standartlarına cavab verə bilən yeni-yeni tibbi müəssisələrin yaradılması, Fövqəladə Hallar Nazirliyinin geniş və müasir tipli struktur şəbəkələrinin yaradılması bu sahədə bir çox ölkələrə, xüsusəndə MDV ölkələrinə bir örnəkdir. Lakin, bütün bunlarla bərabər Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılmasına, əhalimizin maarifləndirilmə

sinə, icra strukturlarının dövlət və hökumət göstərişlərinə düzgün əməl edilməsinə, iri şəhərlərdə-xüsusəndə Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərdə tullantıların təlabata uyğun idarə edilməsinə, məsuliyyətlə yanaşılmasına çox böyük ehtiyac vardır.İnsan sağlamlığı günümüzdə qlobal istiləşmədən, ekoloji gərginliyin yaranmasından çox əziyyət çəkdiyindən böyük, dünyəvi problemə çevrildiyindən, bu məsələ ilə bağlı kiməsə "güzəştə" getmək ilk növbədə özümüzə, öz xalqımıza çox böyük zərərlər gətirər.

Ziyadxan Nəbibəyli

27 oktyabr 2014
GO BACK