Qadin.NET / Müəllimlərimizin dilindən

Müəllimlərimizin dilindən

Müəllimlərimizin dilindən

Məktəb illəri bir çox insanın həyatında silinməz iz qoyubdur. Şagird ikən bir çoxumuz hər gün dərsə getməkdən bezir və evdə qalmaq istəyirdik. Bircə tez məktəbi bitirmək barədə düşünürdük. Amma bitirəndən sonra da məktəb üçün darıxmağa başlayırıq və başa düşürük ki, ömrümüzün gözəl günləri və xatirələrinin bəziləri məhz elə məktəb illərimizlə əlaqəlidir. Dərs vaxtı hər kəs olmasa da, bir sıra şagird dəcəllik edir və müəllimlərimizin cavab verə bilmədiyimiz bəzi cümlələri bizi bir anlıq susdura bilirdi. Bəzən müəllimlərdən elə sözlər çıxırdı ki, həqiqətən, cavab verməkdə aciz qalır və sadəcə susurduq. Bəzən isə gülməkdən özümüzü saxlaya bilmirdik. Gəlin, o tip cümlələrdən bir neçəsinə nəzər salaq. Əgər sizin də yadınızda bu tip cümlələrdən hansısa qalıbsa, buyurub şərhlərdə qeyd edə bilərsiniz. 

 

Müəllimlərimizin dilindən

Əgər belə ağıllısansa, gəl onda mənim yerimdə dur və dərsi izah et. Mənsə sənin yerində oturub güləcəyəm.

Lövhəyə kim gəlmək istəyir? Əlləri qaldırın!

Gülməli bir şey dedim mən? Elə gülməlidirsə, de hamımız birlikdə gülək!

Öyrənibsən? İnanmıram.

Bəs başını nə əcəb evdə saxlamayıbsan?

Çıx çölə və yenidən düzəməlli içəri daxil ol.

Bu ağılla səni birinci sinfə göndərmək lazımdır.

Qiyməti ikinizə qoyacağam?

Bu nə sinifdir, bu necə kollektivdir?

Heç kim könüllü çıxmaq isətmirsə, onda jurnalla çağıracağam.

Həkimdən xəstəlik kağızını get gətir!

Siz söhbət etmək üçün bir yerdə oturdunuz?

Gündəlik çantada yox, stolda olmalıdır!

Oturun! Zəng müəllimlər üçündür. 

Müəllimlərimizin dilindən

Nə oldu, yenə xəstələnmisən? Hiyləgəlik soyuqdəyməsidir?

Gündəlik sənin sifətindir. O, səni təmsil edir!

Nə qədər ki, xəstə idin, sinifdə ideal bir səssizlik hökm sürürdü.

Bu gün növbətçi kimdir? Lövhə niyə silinməyib?

30 ildir ki, müəlliməm. Hələ sizin kimi vəhşi bir sinfim olmamışdı.

Lövhəni sil, əyləş, iki!

İn English, please.

Danışın, danışın, yoxlama yazı işini yazanda görəcəyəm sizi.

Telefonunu dərsdən sonra götürə bilərsən.

22 oktyabr 2014
GO BACK