Qadin.NET / Kiçik şəhərdə universitet oxumağın 6 üstünlüyü

Kiçik şəhərdə universitet oxumağın 6 üstünlüyü

 Kiçik şəhərdə universitet oxumağın 6 üstünlüyü

Universitetlər hər zaman xəyalını qurduğunuz kimi böyük və izdihamlı bir şəhərdə olmaya bilər. Mahallar və Şərq ellərində də bir çox universitet var. Əgər siz də bunlardan birinə qəbul olubsunuzsa, kədərlənməyin. Təhsiliniz keyfiyyətli olduqdan sonra məkanı gözəlləşdirmək siz və dostlarınız əlindədir. Bundan əlavə bir şəhərin və mahalın kiçik olmasının üstünlükləri də olduqca çoxdur. 

Nəqliyyat

Kiçik şəhərlərdə və rayonlarda nəqliyyat hər zaman daha asandır. Tıxacın olmaması səbəbiylə bir yerdən başqa bir yerə getmək hər zaman daha asandır. 

Qida

Bölgələrdə yeyə biləcəyiniz qidalar ki, buraya meyvə və tərəvəzlər də daxildir, tam sağlam qidalardır. Birbaşa oranın torpağında əkilib-becərilən qidalar yemək, əminəm ki, sizin də xoşunuza gələcək. Bundan əlavə elə yerlərdə yaşayan insanların bir çoxu ürəyiaçıq olduğu üçün öz yeməklərini daim sizinlə bölüşməyə can atacaqdır. 

Pul

Kiçik bir şəhərdə pul xərcləyə biləcəyiniz məkanlar olduqca məhduddur. Lyuks kafelər yerinə daha sıravi və çayın ucuz olduğu məkanlar vardır. Tələbə sayının azlığı və mühitin tələb etdiyi şərtlərdən ötəri çox paltar xərci etməz, ümumiyyətlə, əldə olanlarla kifayətlənərsiniz.

Kiçik şəhərdə universitet oxumağın 6 üstünlüyü

Dostluq əlaqələri

Elə yerlərdə tələbə böyük şəhərlərlə müqayisədə az olar. Ona görə də hər kəs bir-biri ilə ünsiyyətdə olar. Belə yerlərdə daha gözəl dostluqlar yarana bilər.

Müəllimlər 

Kiçik universitet və kiçik mahallarda müəllimlər tələbələrlə daha yaxındır. Tələbə azlığı müəllimlərin sizi daha yaxından tanımasına və maraqlanmasına səbəb olar. Böyük universitetlərdə müəllimlər demək olar ki tələbələrin çoxunun adını bilmədiyi halda, siz müəlliminizlə yaxından ünsiyyət qura bilərsiniz.

Qeydlər

Kiçik yerlərdə çox gəzmək imkanı olmadığı üçün şagirdlər bir müddət sonra boş zamanlarını dərsə ayırırlar. Buna görə də elə yerlərdə təhsilinizin daha gözəl olma zəmanəti yüksəkdir.

5 aprel 2016
GO BACK