Qadin.NET / Əsəbiləşdirən iş yoldaşları

Əsəbiləşdirən iş yoldaşları

Əsəbiləşdirən iş yoldaşları

Qeybətcil

Belə tiplər kimin yeni bir məcarası olduğundan tutmuş, yaxın zamanda kimin işdən qovulacağına qədər her şeydən xəbərdardırlar. Ondan eşitdikləriniz sizə əvvəlcə əyləncəli gələ bilər, amma yenə də diqqət edin.

Öhdəsindən necə gələ bilərsiniz?

Diqqətini dağıdın. Onunla iş yoldaşlarınız haqqında danışmaq əvəzinə məşhurlardan söhbət açın. Məsələn, müdürünüzün başqa bir sevgilisi haqqında danışarsa, mövzunu o dəqiqə Bred Pitt ve Ancelina Coliye gətirin.

Özünüz haqqında nə qədər cansıxıcı bir insan olduğunuzu xüsusilə vurğulayın. Unutmayən ki, həyati çox da əyləncəli olmayan bir insan haqqında kimsə qeybət etməz.

Əsəbiləşdirən iş yoldaşları

Bacarıq oğrusu

Bu tip insanlar gözəl bir fikrinizi özününkü kimi göstərə bilər. Bu xasiyyəti əsasən iclaslarda meydana çıxar. Müdirinizin marağına səbəb olan hər hansı bir fikir söylədiyiniz anda özünü irəli atıb elə bir həyəcanla danışmağa başlayar ki, hər kəs fikrin əslində ona aid olduğunu düşünə bilər.

Öhdəsindən necə gələ bilərsiniz?

Bütün fikirlərinizi yazın. Mühüm bir fikriniz olduğu zaman bunu e-məktubla hər kəsə əvvəlcədən yollayın. Bu, fikrin sizə aid olmasına dair bir subut olacaqdir.

Əsəbiləşdirən iş yoldaşları

Quyu qazan

Bu tip insanlar səhvə yol verdiyiniz halda bunu sizə söyləməz, hətta "Çox doğru bir qərar verdin, bunu hər kəs edə bilməzdi." deyərək sizi həvəsləndirirmiş kimi özlərini göstərə bilərlər. Bu kimi cümlələr eşitsəniz, bir qədər dayanın və düşünün.

Öhdəsindən necə gələ bilərsiniz?

Saxta davranışını görməzdən gəlin. Əsəbinizdən ölsıniz belə, "Mənim fikirlərimin fərqli olduğunu düşündüyünüz üçün təşəkkür edirəm." deyin. Pis niyyətli insanlarla yalnız bu cür rəftar etmək lazımdır.

Əsəbiləşdirən iş yoldaşları

Yapışqan

Gün boyu özünü aldadan sevgilisi və ya dostundan bəhs edər. Hər zaman işdən sonra bir şeyler etməyi təklif edər. Ona yox demək üçün bəhanələr uydurmaq məcburiyyətində belə qala bilərsiniz.

Öhdəsindən necə gələ bilərsiniz?

Onun sizdən gözlədiklərinə limit qoyun. Onu həyatınızdan tamamilə çıxarda bilməsəniz də, idarə edə bilərsiniz. Növbəti təklifinə qarşı siz də "Kaş ki, səni uzun-uzun dinləyə bilsəydim, amma indi vaxtım yoxdur, nahara gələn həftə gətsək?" deyə və onu idarə etməyə başlaya bilərsiniz.

Əsəbiləşdirən iş yoldaşları

Deyingən

Kofe yenə köhnədir, müdir tam bir canavardır-daima bu cür düşünən biriylə zaman keçirmək həm əhvalı pozur, həm də iş yerindəki məhsuldarlıq və keyfiyyəti pozur. Belə insan tipindən uzaq dursanız, yaxşıdır.

Öhdəsindən necə gələ bilərsiniz?

Növbəti şikayəti zamanə "Gəlin, hadisəyə bir də müsbət istiqamətdə baxaq" deyə bilərsiniz. Hər səfərində ona belə desəniz, o, sizdən bir fayda gəlmədiyini görəcək və özünə başqa bir həmsöhbət axtaracaq. 

1 noyabr 2009
GO BACK