Qadin.NET / Bilirsizmi?

Bilirsizmi?

Bilirsizmi?

Yer kürəsi lazımı ölçüdədir

Yerlə Günəş arasındakı məsafə, Yerin fırlanma sürəti və forması qədər ölçüsü də vacibdir. Yer kürəsini kütləsinin sadəcə 8%-i böyüklükdə olan Merkuri və ya Yerdən 318 dəfə artıq kütləyə malik Yupiterlə müqayisə etdikdə planetlərin çox fərqli ölçülərdə olduğunu görürük. Bu qədər müxtəlif ölçülərdəki planetlər arasında Yer kürəsinin ölçüsü təsadüfən müəyyən edilməyib.

Yer kürəsinin xüsusiyyətlərini təhlil etdikdə yaşadığımız bu göy cismini Allah’ın məhz lazımi böyüklükdə yaratdığını görürük. Amerikalı geoloqlar Press və Siver Yerin bu uyğunluğu haqqında belə məlumat verirlər:

Yer kürəsi məhz lazımi böyüklükdədir. Daha kiçik olsaydı, yerin cazibə qüvvəsi çox zəifləyər və atmosferi ətrafında saxlaya bilməzdi, daha böyük olsaydı, bu dəfə də yerin cazibə qüvvəsi çox artar və bəzi zəhərli qazları da saxlayaraq atmosferə öldürücü xüsusiyyət qazandırardı… (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4)

Bilirsizmi?

Quş tüklərinin xüsusiyyətləri

Quş tükü quşun qarın nahiyəsindəki tüklərlə qanad və quyruq tükləri üstün yaradılışına görə bir-birindən fərqli xüsusiyyətlərə malikdir. Böyük tüklərdən əmələ gələn quyruq tükləri sükan və əyləc funksiyasını yerinə yetirir. Qanad tükləri isə qanad çırpma zamanı açılaraq qanadın səthini genişləndirir və qaldırma qüvvəsini artırır. Quş qanadını aşağıya doğru çırparkən tüklər bir-birlərinə yaxınlaşaraq aralarından havanın sızmasının qarşısı alınır. Qanadlar yuxarıya doğru qalxarkən tüklər tamamilə açılaraq aralarından havanın keçməsi üçün əlverişli forma alırlar. Quşlar uçma qabiliyyətlərini qorumaq üçün müəyyən dövrlərdə tüklərini tökürlər. Köhnəlmiş və ya didilmiş tüklər funksiyalarını tam yerinə yetirə bilmədiyinə görə, sürətlə yenilənirlər.

Nektarı olmayan bitkilər necə döllənirlər?

 Bəzi bitkilər həşəratları özlərinə çəkmək üçün nektarları olmadığı halda, nektarları olan çiçəklərin rəngində olurlar. Aralıq dənizi iqlimində olan meşələrdə bir yerdə bitən bənövşəyi zəngçiçəyi ilə orxideya növü olan qırmızı sefalanda bitkisi buna gözəl nümunədir. Bənövşəyi zəngçiçəkləri arılar üçün cəzbedici nektar ifraz edir, qırmızı sefalanda isə bu xüsusiyyətə sahib deyil. Hər baxımdan bir-birindən fərqli olan iki bitkini yarpaq kəsən çöl arıları dölləndirirlər. Yarpaq kəsən arılar zəngçiçəyini dölləndirərkən, qırmızı sefalandanın da döllənməyə ehtiyacı olduğunu bilirlər. Nektarı olmayan bitkini dölləndirən arılar elm adamlarını maraqlandırmış və onlar bunun səbəbini araşdırmışlar.

Bu sualın cavabı spektrofotometr adlandırılan bir alətlə aparılan araşdırma nəticəsində ortaya çıxmışdır. Məlum olmuşdur ki, çiçəklərin yaydığı ətrin dalğa uzunluğunu yarpaq kəsən arılar seçə bilmirlər. Çiçək tozu yayıcıları üçün rəng amili əhəmiyyətli  olduğundan nektar ifraz edən zəngçiçəyinə gedən arılar onun yanında olan və eyni rəngdə gördüyü, ancaq nektarı olmayan qırmızı sefalanda orxideyasını da dölləndirirlər. Bu orxideya Rəbbimizin bir lütfü olaraq zəngçiçəyi ilə olan bənzərliyi sayəsində nəslini davam etdirir.

Flaminqolardakı dizaynı bilirsinizmi?

Göz oxşayan rəngləri və estetik görüntüləri ilə Allaın bənzərsiz sənətinin dəlillərindən biri olan bu quşlar bol palçıqlı göllərdə koloniyalar şəklində yaşayırlar. Gölün dərinliyi yalnız qidalanmaq üçün deyil, eyni zamanda, yuva qurmaq üçün də əhəmiyyətlidir. Bu quşların tüklərinin rəngi flaminqonun növündən asılıdır. Açıq çəhrayıdan qırmızıya qədər dəyişən rənglərə sahib olurlar. Yedikləri alfa-karotinli və beta-karotinli qidalar tüklərin rəngini müəyyən edir.

Diatomları, toxumları, mavi-yaşıl yosunları və qabıqlı canlıları sudan süzərək yeyirlər. Flaminqonun dimdiyində kiçik buğumayaqlıların qabıqlarını süzmək üçün ələyə bənzər xüsusi yer var.

Flaminqolar koloniyada cüt-cüt yaşayırlar. Cütlər hər il törəmirlər. Törəmək üçün müəyyən dövr yoxdur. Yağış yağan zaman cütləşmə üçün uyğun olur. Çünki yuvanın istehsalı yağış yağdığı dövrlərdə daha asan olur. Bundan əlavə, bu dövrdə qida tapmaq da asanlaşır. Flaminqoların yuvaları vulkan şəklindədir. Yuva quran flaminqolar palçıq, kiçik daş parçaları və tökülmüş lələklərdən istifadə edirlər.

Burada maraqlı və əhəmiyyətli cəhət ondan ibarətdir ki, quşun istifadə etdiyi bu qarışıq çox tez quruyur. Yuva 30 sm hündürlüyündə olur. Yuvanın hündür olması suyun yüksəlməsi zamanı yumurtanı sudan qoruyur. Flaminqolar yaxşı üzgüçüdürlər. Pərdəli ayaqları üzmələrini asanlaşdırır. Ayaqların yastı və geniş olması sayəsində flaminqolar yumşaq palçıq üzərində belə batmadan asanlıqla gəzirlər.

Flaminqolardakı bütün xüsusiyyətlər bu quşların yaşadıqları mühitə ən uyğun şəkildə yaradıldıqlarını göstərir. Bütün kainatda olduğu kimi, flaminqolarda da qüsursuz dizaynın yaradıcısı Allahdır.

Bilirsizmi?

Gözlərini isidən balıq

Tunes balığı bəzi akula növləri və qılınc balığı bədən temperaturlarını ətrafın istiliyindən daha yüksək edə bilirlər. Balıqlar əzələlərdəki və sinir sistemindəki temperaturun yüksəlməsi ilə əldə edilən enerji sayəsində daha sürətli hərəkət edir, bu da ovlanmada onlara üstünlük qazandırır. İsidilmiş gözlərin üstünlüklərini Avstraliyadakı Kvislend Universitetinin elm adamları sübut etmişlər. Kerstin Fritsçes və tədqiqat qrupu qılınc balığının soyuq suda daha yaxşı görmək üçün gözlərini isitdiyini tapmışdır. Yırtıcı balıqlar bir əzələ ilə toxumalarını ətrafdan 15 dərəcə çox isidə bilirlər.

Araşdırma zamanı qılınc balıqlarına hərəkətli işıq siqnalları göstərilərkən, temperatur, işığın parlaqlıq dərəcəsi və titrəməsi dəyişdirilmişdir. Qılınc balıqları 10 0C-də saniyədə 40 siqnal qət edə bilmişlər. Lakin işıq siqnalı zəif olduqda balıqlar yüksək temperaturda yaxşı görə bilməmişlər. Elm adamları qılınc balıqlarının təbii mühitdə isidilmiş gözlərindən 500 m dərinliyinə qədər faydalana bildiklərini təxmin edirlər. İsidilmiş gözlər istiliyin su səthinin altına düşdüyü yerlərdə əhəmiyyət daşıyır. Bu səviyyələrdə qılınc balıqları temperatur səviyyəsinin enişini asanlıqla tarazlayırlar. Bu isə balıqlara 100 m dərinlikdə isidilmiş gözlərlə 12 dəfə, 300 m dərinlikdə isə 7 dəfə daha yaxşı görmə imkanı təmin edir.

Bəzi mərcanların rənglərinin niyə parlaq olduğunu bilirsinizmi?

Onurğasız canlılar olan mərcanlar sahib olduqları rəng müxtəlifliyi ilə sanki rəng nümayiş etdirirlər. Zooloq Fanny Houlbreque və tədqiqat qrupu son araşdırmalarında bu heyrətamiz rəng nümayişinin səbəbini ortaya çıxarmışlar. Aparılan araşdırmaya görə, mərcanlar yalnız yaxşı qidalandıqda canlı rəngə bürünürlər. Təcrübələrində mərcanların bir qismini ac saxlayan, bir qismini də kiçik xərçənglərlə qidalandıran zooloqlar mərcanların içində yaşayan və onlara rənglərini verən yosunların mərcanların normal qidalandığı zaman sürətlə çoxaldığını təsbit etdilər.

Araşdırmanın nəticəsi heyrətamizdir. Mərcanlar yaxşı qidalandıqda mərcan yosunları da yaxşı qidalanmış və yosunların çoxalmalarına səbəb olmuşdur. Nəticədə, mərcanlar daha gözəl rəng almışlar. Heç şübhəsiz, Allah bu canlıları ehtiyacları olan xüsusiyyətlərlə birlikdə və bir-birlərinə uyğun şəkildə yaratmışdır.

R. Əkbərov

10 sentyabr 2014
GO BACK