Qadin.NET / Hissləri saxlayan hafizə molekulu

Hissləri saxlayan hafizə molekulu

Hissləri saxlayan hafizə molekulu

İnformasiyalar beyində daimi saxlanmaq üçün hafizədə qeyd olunmuş digər informasiyalarla birləşdirilir. Bu əməliyyatın ən əsas hissəsi isə hüceyrə daxilində baş verən kimyəvi reaksiyadır. Hər hüceyrənin mikro hafizəsi var. Bu mikro hafizəni daşıdığı informasiyanın miqdarına görə nəhəng kitabxanaya bənzətmək olar. Nəsildən nəslə ötürülən bu mikro ölçüdəki nəhəng arxiv DNT molekuludur. Məlum olduğu kimi, DNT molekulu qoşa spiralvarı quruluşdadır. 4 əsas kimyəvi maddədən təşkil olunub: A-adenin, Q-quanin, S-sitozin, T-timin. Bu dörd hərf üçlü kombinasiyalarda birləşərək genetik şifr əmələ gətirir.

İnformasiyalar necə xatırlanır?

Beyinə bir impuls göndərildikdə beyin hüceyrələrinin DNT molekulundakı genlər əlaqədar rabitə qurmaq üçün yoxlanılır. Rabitəyə ən əlverişli, yəni axtardığımız informasiyaya ən uyğun gen impulslarla qıcıqlandırılır. Sonra eynilə fotoşəkil plyonkası kimi DNT-dəki genin şablonu RNT molekulu kimi hazırlanır. Bu əsnada informasiya qısamüddətli hafizəyə keçir. Əməliyyat nəticəsində əmələ gələn xəbərçi RNT hüceyrənin nüvəsindən ayrılmaq üçün hərəkətə keçir. Bu hərəkət başladıqda informasiya qısamüddətli hafizədən uzunmüddətli hafizəyə yönəlir. Hüceyrənin daxilində informasiyasını zülala çevirmək üçün yola çıxan xəbərçi RNT-lər zülal sintezi mərkəzləri olan ribosomlara 20 dəqiqədə çatırlar. 

Hissləri saxlayan hafizə molekulu

Bu müddətdə təəccüb doğuran bir hadisə baş verib beyinə güclü impuls göndərilərsə, zülal sintezi pozulur. Beləliklə, xəbərçi RNT molekulu informasiyanı zülal molekuluna çevirmədən pozulur. 20 dəqiqə ərzində hafizəyə göndərilən məlumatlar bir daha heç xatırlanmadan silinirlər. Qəza keçirən insanların qəza anını xatırlaya bilməməsinin səbəbi budur.

Hafizə molekulu necə işləyir?

Məlum olduğu kimi, zülal molekulları amin turşularının müxtəlif say və ardıcıllıqla düzülməsi ilə əmələ gəlirlər. İnsanlarda zülal sintezi üçün 20 növ amin turşusundan istifadə olunur. Hərflərin ardıcıl düzülərək sözləri əmələ gətirməsi kimi, amin turşularının da ardıcıl düzülməsi ilə minlərlə növ zülal molekulu əmələ gəlir. Qəbul olunan impulsların uzunmüddətli hafizəyə qeyd edilməsi informasiyaların zülal molekullarına çevrilməsi ilə olur. İnformasiyalar hafizə molekulları adlanan zülallara çevrilir. Bu əməliyyat ribosomda həyata keçirilir. Xəbərçi RNT də üçlü genetik şifrə uyğun gələn amin turşularının ribosomda bir-birinə birləşməsi ilə bu zülal molekulları sintezlənir. Xatırlama zamanı hüceyrəyə impuls göndərilməsi nəticəsində zülal şəklində saxlanan bu informasiyalar yenidən hafizəyə göndərilir. 

Hissləri saxlayan hafizə molekulu

Beynin içində hiss edən şüur kimə aiddir?

Burada çox mühüm sual doğur: bütün bu şifrləri hiss kimi xatırlayan, yəni yenidən hiss edən şüur kimə aiddir? Beyinin içində elektrik impulsları kimi şifrlənən səsləri, görüntüləri, qoxuları, dadları hiss edən şüur var, hətta bu şüur onlar informasiya kimi lazım gəldikdə yenidən hiss edir. Əlbəttə, bu şüur beyini təşkil edən sinirlər, yağ təbəqəsi və sinir hüceyrələrinə aid deyil. Ona görə, bu suala hər şeyin maddədən ibarət olduğunu iddia edən materialistlər və darvinistlər cavab verə bilmirlər. Çünki bu şüur Allah’ın yaratdığı ruhdur.

Beyindəki elektrik impulsu və titrəyiş formaları

Sinir hüceyrələrində yerləşən sinapslar vasitəsilə beynimizə çatan informasiyalar elektrik impulsu və ya titrəyiş formaları ilə tanınırlar. 10-15 saniyə çəkən impulslardan beyinə çatanlar beyin hüceyrələrini qıcıqlandırır, lazımi rabitəni tapıb birləşir. İnformasiyalar beyində pazl hissələri kimi şifrlənirlər. Yeni informasiya beyində rabitə qurmaq üçün əlaqədar informasiyanı axtarır. Əgər beyinə gedən informasiya əvvəlcədən yerləşmiş informasiya ilə rabitə qura bilmir və ya maraq oyatmırsa, lazımsız informasiya adı ilə nişanlanıb xaric edilir. Məsələn, heç bilmədiyimiz dilin sözləri və ya mürəkkəb rəqəmlər çox qısa müddətdə unudulur.

R. Əkbərov

23 sentyabr 2014
GO BACK