Qadin.NET / Vitaminli xörəklər - 5

Vitaminli xörəklər - 5

Vitaminli xörəklər - 5

Tərəvəz və otlardan yay-payız salatı

Xiyar salatı: Eyni boyda olan 2 xiyarı yarıb tumunu çıxartmaq, soğan, cəfəri, göy kərəviz (zövqə görə), 30 q yer fındığı (araxis) əlavə etmək.

Xiyar və qatıq salatı: Orta həcmdə xiyarı iri doğramaq, üstünə yarım stəkan qatıq, yaxud prostokvaşa tökmək, 1 çay qaşığı şüyüd əlavə etmək. Xiyar və pomidordan, kələmdən də salatı bu cür hazırlamaq olar.

Qan təmizləyən salat: 50 q çuğunduru və 50 q kökü narın sürtkəcdən keçirmək, 50 q xırda doğranmış kələm, yarım xörək qaşığı günəbaxan yağı və 1,5 xörək qaşığı bal əlavə etmək. Çuğundur əvəzinə illik turpdan da istifadə etmək olar.

Beyin üçün qida: Sürtkəcdən keçirilmiş 150 q almanı yarım portağalın şirəsi ilə qarışdırmaq, 5-20 qozun (fındığın, badamın) ləpəsinə əlavə etmək. Qoz əvəzinə bir qədər çalınmış qaymaq, portağal əvəzinə isə 2 çay qaşığı limon şirəsi, yaxud o qədər bal istifadə etmək olar.

Alma horrası: Sürtkəcdən keçirilmiş 3 almanı 1/4 stəkan təzə qaymaqla (qatıq qaymağı da olar), 2 xörək qaşığı kəpəklə qarışdırmaq. Hazırdır.

Vitaminli xörəklər - 5

Vitaminli səhər yeməyi: Qaba nazik təbəqə yulaf, yaxud qarabaşaq unu yaxmaq, üstünə şirəli meyvələri düzmək, sonra əzib qarışdırmaq və 50 dəqiqə saxlamaq. 2 xörək qaşığı qaymaq (yaxud qatıq), bir neçə xırdalanmış qoz ləpəsi də əlavə etmək olar. Ləpə əlavə etdikdə un lazım olmur. Çünki nişasta ilə zülal bir-biri ilə “yola getmir”.

Quru meyvədən sadə konfet: Quru meyvələri 12 saat islatmaq, tumlarını çıxartmaq, suyunu içmək, tumların yerinə qoz (yaxud fındıq, badam) ləpəsi yığmaq, kəpəkdə (yaxud, yulaf ununda) dığırlatmaq. Nuş edə bilərsiniz.

Şüluldan konfet: Bir hissə bala 5 hissə yulaf unu və bir hissə hər hansı şülul şirəsi qatıb konfet düzəltmək.

Meyvə şəkəri: Kofe əzəndən keçirilən 750 q şəkər tozunu 200 ml qaynamış və soyudulmuş suya tökmək, 200 q bal əlavə etmək, vahid tərkibli məhlul alınana qədər qarışdırmaq, 8 gün saxlamaq, taxta qaşıqla gündə 3 dəfə qarışdırmaq.

Alma sirkəsi: Almanı təmiz yuyun, çürük yerlərini kəsin, şirə maşınından (ya da geniş gözlü sürtkəcdən) keçirin. Çiy horranı şüşə bankalara, yaxud taxta və ya saxsı qablara tökün. Qaynamış su (bir qədər isti) əlavə edin (hər 400 q horraya 0,5 litr su). Sonra hər litr suya 100 q bal, yaxud şəkər, 10 q çörək mayası (droj) və 20 q quru çörək əlavə edin. Dolu qabı 10 gün açıq yerdə, 20-30 dərəcə istidə saxlayın, horranı gündə 2-3 dəfə taxta qaşıqla qarışdırın, 10 gündən sonra kütləni tənzif torbaya töküb sıxın, alınmış şirəni bir də tənzifdən süzün, çəkisini müəyyən edib, gen ağızlı qaba tökün. Hər litrə 50-100 q bal, yaxud şəkər töküb, tam əriyənə qədər qarışdırın. Sonra bankanı tənziflə örtün, bağlayın, imkan verin qıcqırma davam etsin. 40-60 gündən sonra maye şəffaf olacaq. Bu vaxt mayeni filtirli qıfdan butulkalara tökmək və ağzını tıxacla qapamaq, qapağı mumlamaq lazımdır. Sirkəni sərin yerdə saxlayın. Alma sirkəsini salatlara və digər qidalara əlavə kimi, həmçinin, çürümə törədən bakteriyalara qarşı (məsələn çiy suya, yumurta sarısının üstünə damızdırmaq olar) istifadə etmək lazımdır.

“Diri” çörək (Pol Breqqin resepti): Yarım litr su, 1 x.q sorbit (yaxud 100 q meyvə şəkəri), 100 q təzə maya (yaxud 1 ç.q quru maya), 1,2 kq çovdar unu, 250 q cücərmiş buğda (yaxud yulaf, çovdar) götürün. Sorbiti (yaxud meyvə şəkərini) 0,5 litr suda əridin, qatılaşdırın, maya qatın, unu və buğda dənini əlavə edin. Xəmir yoğurun, 2-3 fətir düzəldin, 100 dərəcə istiliyi olan sobaya qoyun, ağzını açıq saxlayın, qoy xəmir 2 dəfə həcmində şişsin, qapağı bağlayın. Hərarət göstərəni 350 dərəcənin üstündə qoyun. Bişmək üçün 50 dəqiqə vaxt lazımdır. Hazır çörəyi yağla silin (yumşaq qalacaq) və soyudun. Xəmirə xırdalanmış qoz, fındıq, badam, püstə ləpəsi yaxud kişmiş, xurma əlavə etsəniz, çörək daha dadlı və faydalı olacaq.

Ərşad Əzimzadə

20 avqust 2014
GO BACK